25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Dədəm heyvanı yerbəyer edib evə gəldi, söykəyini atıb çay istədi. Anam kənddə

baş verənlərdən qorxmuşdu deyəsən. Odu ki, kişinin bütün dediklərinə anındaca əməl

edirdi. Dədəm çaydan bir qurtum alıb qaşlarını oynatmağa başladı. Çay soyuyub buza

döndü, yemək təkrar isinib süfrəyə gəldi, dədəmdən cınqır çıxmadı. Qaşlar eləcə

«axtarış»ını davam etdirir, bir yerdə qərar tutmurdu. Görünür əmin idi ki, beyninin

hansı küncündəsə düşdüyümüz vəziyyətdən çıxış yolu var. Sadəcə bu yolu tapmaq,

həyata keçirmək gərəkdir.

Nəhayət qaşlar baş-başa gəldi və anındaca dədəmin səsi eşidildi:

«Bala, get Sənəm arvadı çağır».

Sənəm arvad tumanını yığıb sobanın yaxınlığında oturdu. Anam çay süzdü.

Dədəmlə Sənəm arvadın arasında belə bir söhbət oldu.

«Ay Sənəm arvad, sən haqq adamısan, bu Kərimin atası nə təhər adamdı?»

«Nə təhəri olacaq, adamdı da…»

«Axı onlar niyə belə elədilər, bizim nə günahımız vardı?»

«Qudurğandılar, a kişi!»

«İlyaznan nə təhəri qouhumdular?»

«Kərimin anası İlyazın ögey bacısının qızıdı».

«Mehribandılar?»

«Külü qoyum onnarın mehriban başına. İt-pişik kimidilər. O ili otuz kilo pambığın

üstündə Kərimin anası İlyazı itdən alıb itə vermədimi?»

«Bilirsən, Sənəm bacı, biz bu kənddə qəribik, heç kimi tanımırıq. Kəndin acı var,

gici var, alkaşı-avarası var. İndi bu adamları tanımaq üçün gündə yaxalaşmalıyıq?

Kənddə bir ağsaqqal da yoxdu gedib dərdini deyəsən».

«Əşşi onnar ağsaqqal-qarasaqqal sayan döyüllər, özünə əziyyət vermə».

«İndi mən neyləyim, bax gör uşağın sifətini nə günə salıblar? Sabah dərsləri

başlayacaq, dayısı xəbər göndərib, necə getsin indi? Durum gedim şikayət eləyim,

camahatnan üz-göz olum? Böyün o qədər adamın içində mən yaşda adama dişinin

dibindən çıxanı dedilər, üstümə dartındılar. Biz də yiyəsiz deyilik, bizim də

adamlarımız, qohum-əqrəbamız var».

«Bəlkə kalxoz sədrinə şikayət eliyim».

«Birin ağına!»

«Birin ağı nədi?»

«Görməmisən, köpəyoğlunun bir gözünə boz gəlib, kordu. O, adamdı bəyəm,

dərdini deyəsən? Pul alıb oğlunun qanını batıran adamnan nə gözdüyürsən?».

«Oğlunu öldürüblər sədrin?»

«Bıy! Xəbəriniz yoxdu?! Sədrin bacısı oğlu rayonnan qız istiyirdi, vermirdilər.

Elçi-elçi üstündən getdi, xeyri olmadı. Onda hələ sədr döyüldü bu oğraş. Bacısına

məsləhət görür ki, uşaqlar qızı qaçırsın. Bir gün qız ata-anasıynan bizim kəndə toya

gəlir. Bu cavannar da – sədrin oğlu, bacısı oğlu, iki nəfər də dostları, toyda içib

keflənillər. Bacısı oğlu sədrin maşınını götürür, çıxıllar yola. Gözləyillər, qızın atasının

maşını gələndə yolu kəsillər. Kişi yerə düşəndə görür ki, bunnardı! Tez əlindəki

34

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!