25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

kəsilsin, sonra puluyla da olsa ağac-uğac tapmaq olar. Günortadan sonra dədəm

yükləyici dalınca getdi, mən balaca qardaşımı qarşılamağa çıxdım. O, pambıq

sahələrinin yanındakı balaca təpəciklərdə qoyunlarımızı otarırdı.

Örüşə tərəf çıxar-çıxmaz tanımadığım bir oğlan mənə yaxınlaşıb dedi ki,

qoyunlarınızı tutdular. Harda? Pambıqda. Addımlarımı yeyinlətdim. Həqiqətən də

kalxozun pambıq tarlasının yanında, «Mal yeri» deyilən sahədə xeyli adam toplaşmışdı.

İki “Jiquli” maşın vardı. Qaçdım. Kolxoz sədri, sahə müvəkkili, pambığın qoruqçusu,

yaxında-uzaqda pambıq yığan, su-suvaran adamlar… hamısı burda idi. Qoruqçu

qardaşımı tutmuşdu. Qardaşım ağlaya-ağlaya, qışqıra-qışqıra nə qədər dartınırdısa da,

onun əlindən çıxa bilmirdi. Məni görüb daha bərkdən hönkürdü. Nə baş verdiyini

anlamadan qoruqçunun üstünə cumdum: «Uşağı burax!!!»

Qoruqçu: «Pambığı otarmağınız bəs deyil, hələ bir üstümə gəlirsən. Sən öl səni

dədənnən bel-belə sarıtdıracam. Budu e, bütün hökumət burdadı. Qoyunlarınızın

hamısını aktlaşdırıb ətə göndrəcəm».

«Uşağı burax, əclaf!» - qoruqçu ilə yaxalaşdım. Məni tutdular. Bu heynidə

qoruqçunun oğlu üstümə qaçdı, sifətimə möhkəm bir yumruq ilişdirdi. Əvvəlcə sol

gözümdə yaşıl işıq parıldadı, sonra bütün aləm qaraldı. Qollarımdan yapışmasaydılar

yıxılacaqdım. Başıma, gözümə qapaz-yumruqlar dəyir, ancaq o qədər təsir eləmirdi.

Ara-sıra tanımadığım səslər eşidirdim: «Kərim, vurma!», «Kərim! Kərim!», «Ə, biriniz

onu tutun!», «Buraxın məni, onun anasını ….!»

Gözümün altına soyuq suda islanmış əski qoydular. Qardaşım vurulduğumu

görəndən sonra səsini kəsdi. Amma gözümü açanda onun xısın-xısın, səssiz ağladığını

gördüm. Sahə müvəkkili yaxınlaşıb məni vurana, yəqin Kərim bu idi, bir sillə ilişdirdi:

«Əclaf, sən kimsən vətəndaşa əl qaldırırsan!».

Kərimin atası polisin qarşısına çıxdı: «Pox yeyib mən dədəsiynən!»

Sahə müvəkkili: «Pox yemiyəndə, kanfet tükanı açmışam! Sən öl səni soxacam

qoduqluğa».

«Düz elədim, qudurublar bunnar! Babalarının qəbrinə erməni işiyir, gəlib bizim

yerimizi-yurdumuzu basdırırlar» - bunu Kərim dedi.

«Kəs, küçük!» - Kərimin atası oğlunun ağzının üstünə bir qapaz vurdu. Sonra

mənə yanaşdı: «Bala, qələt eləyib. Cavansız, birini sən ona vurdun, birini də o sənə. Sən

də gərək mənə əl qaldırmayaydın, yaşlı kişiyəm».

Sahə müvəkkili maşına minməzdən əvvəl əlini açıq qapıya söykəyib üzünü

camaata tutdu: «Qoyunları aparın kalxozun tövləsinə, aktlaşdırın, nə qədər ziyan

dəyibsə ödəsinlər, mən icazə verməyincə heyvanları buraxmayın».

Bir azdan dədəm gəlib çıxdı. Əvvəlcə bizi danladı, kalxozun yerini basdırdığına

görə balaca qardaşıma bir sillə vurdu. Qardaşım ağlaya-ağlaya: «Ay dədə, vallah,

qoyunları saxlaya bilmədim, qaçıb doluşdular pambığa…» - dedi.

Heyvanlarımızı burxmadılar, dedilər «uçaskov» gəlməsə olmayacaq.

Dədəm piyada düşdü yolun ağına – Səməd Vurğuna tərəf. Biz olan kəndlə Səməd

Vurğun kalxozu eyni sovetlik idi.

Sonralar bildik ki, dədəm gecə gedib sovet sədrini tapıb, vəziyyəti danışıb. xahiş

edib ki, heyvanlarımızı buraxsınlar, bir də belə qələt eləmərik. O da zəng eləyib sahə

30

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!