25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sən mənim üçün bir az aşağı, bir az yuxarı ədəbi yaşıdlarının demək olar ki, heç

birində olmayan bir cəhətinlə həmişə maraqlısan – bədii fikrinin sturktural özülü,

altyapısı, onurğası var. Hörgünü qaldırmazdan öncə özülü qoyursan. Bu, ilk nəsr

kitabının ümumi quruluşundan da görünür. Üç hissədən ibarət kitabın birinci və

üçüncü hissələri arasında yer alan ikinci hissəsini “Aftafalı antrakt” yarımbaşlığı

ilə verməyini kitabın, ümumən bədii sözün tamaşa, teatr, oyun səciyyəsinə dair

gizli işarən kimi anladım. Sənin əksər hekayələrini həm intellektual elita, həm də

kütləvi oxucuya ünvanlamağını – ikili kodlaşdırmanı da tuta bildim. Müəllif

təhkiyəsindəki loru danışıq leksikonu, vulqarizm və rusizmləri aşağı, gizli işarələri

yuxarıya hesablamağın da aydındır. Quş dilini süleymanlar bildiyini bilirsən.

Amma rusizmlər məsələsində, məncə, bəzən lüzumsuz ifratlara varırsan.

Kitabının keçid səciyyəsi özünü ən qabarıq şəkildə ədəbi-bədii metod məsələsində

göstərir. “Kosmos əsrinin gerçəklərindən” silsiləsinə daxil etüdlər, “Corcinin evi”,

“Balabəy”, “Laçınsız ilk gün”, “Mənim 16 saatım” hekayələrində özünün sevimli

realizminə sadiqsən. “Estafet” hekayəsində estefeti heç cür əldən vermək

istəməyən qocaların yeni nəslin başına açdığı iyrənc oyunlardan sənin üçün o qədər

də səciyyəvi olmayan xalis simvolist dillə danışırsan. Və Borxesin məşhur bir

fikrini unudursan ki, simvollar yalnız gerçək, konkret həyat faktının özündən

doğanda ədəbiyyat faktına çevrilir. “İşğaldan bir gün əvvəl”də isə lap vurub

kəlləçarxa çıxmısan. Son iyirmi ildə başımıza gələn faciələrin kökünü, nəhayət ki,

təkcə yerdə yox, həm də göydə axtarır, magik realizm məşqi edirsən. Pis də

eləmirsən və… yaxşı eləyirsən. Yazıçı dünyanı bütöv görməli və göstərməlidir.

Yer və göy, insan və Tanrı sözün konseptual mənasında reallıqda olduğu kimi

mətndə də birləşməlidir. Əski bir türk daş bitiyində deyildiyi kimi, yuxarıda mavi

göy, aşağıda qonur yer yarandıqda, ikisinin arasında insan oğlu yaranmışdır.

Amma sənin gələcək nasir uğurlarını daha çox “Hərbi-siyasi məsələ” hekayəsi və

“Kərpickəsən kişinin dastanı” povestindəki ikibaşlı ironiya, dekonstruktivizm və

intertekstuallıqla şərtlənən postmodernistik cəhdlərində görürəm. Çaylar birbirinnə

qovuşub dənizə töküldüyü kimi sənin bütün izmlərin də postmodernizmdə

aram tapır.

Narahatlıq duymaya bilərsən. Bu, metodoloji xaos yox, cavan nasir üçün keçilməsi

zəruri olan özünüaxtarış mərhələsidir. Amma inanmıram (və istəmirəm!) ki, bu

axtarışlar nə vaxtsa bitsin. Xüsusən son vaxtlar özünün hamıyla yola gedən adam

imicini formalaşdırmağa xeyli qüvvə sərf eləsən də, səni qarşıda yalnız və yalnız

təkbaşına keçilən bir yol gözlədiyini hiss edirəm. Kaş ki yanılmayaydım!

Adamlarla üzülüşməkdən, onları domino daşları kimi bir kənara atmaqdan niyə

ehtiyatlanırsan ki? Adamlar Allahı görməyə sənə ancaq əngəl olacaqlar. Onlardan

ədalət də gözləmə! Məncə, bu ədalətsizliyi bir neçə dəfə artıq görmüsən! “Kino +”

qəzetinin sabiq baş redaktoru, bu, hələ ancaq jurnalıdır, film qabaqdadır. Kaş ki

yanılaydım…

Hekayələrinin iki cəhətini ayrıca vurğulamaq istəyirəm. Birincisi, Qarabağ

müharibəsi, qaçqınların yeni ərazilərə əzablı adaptasiya prosesindən tutmuş

urbanizasiyanın gətirdiyi mənəvi aşınma, romantik idealların kədərli süqutuna

qədər mövzu aktuallığı – bədii sənət həm də bədii sənəd olarsa, bu, onun kəsiri

3

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!