25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Dədəm bir də boğazını arıtladı. Az keçməmiş bir də daha dərindən arıtladı, boynu

ilə yanaşı sinəsini də irəli verib səsinin tonunu dəyişdi:

«Özümüzə daxal tikmək istəyirik».

Sovet sədri gözlərini məndən çəkib dədəmə zillədi:

«Tikin də!»

«Bir az ağac-uğac lazımdı, biz olan kənddə ərər ağacları böyümür, torpağın bir-iki

metrliyində…»

«Tikin də, qoymuruq bəyəm» - sədr dədəmin sözünü kəsdi və əslində onun

yenidən mövzudan sapmağına imkan vermədi.

«Ağacımız yoxdu də… Dedim bəlkə idarənizin həyətindəki bu ağaclardan

birini…» - dədəm həmsöhbətinin tündləşən sifətinə baxıb sözünü yarımçıq kəsdi. Sovet

sədri elə bil dədəmin qoltuğundakı baltanı indi gördü. Üz-gözünü turşutdu, səsi dəyişdi:

«Bilirsiniz, bu ağaclar kalxozundu. Əslində heç kalxozun da deyil, təbiəti

mühafizənindi. »

«Bəlkə kolxoz sədriylə görüşdürəsiniz bizi» - Bu dəfə işin düzəlməyəcəyini yəqin

edən dədəm onun sözünü kəsdi.

«Kalxoz sədri indi burda yoxdu, abeddən sonra gələcək. İdarəsini tanıyırsınız?» -

cavab gözləmədən sağ tərəfinə qoyulmuş kiçik stolun tinindəki düyməni basdı, içəri

cavan bir oğlan girdi.

«Apar bu kişiyə kalxozun idarəsini göstər. »

Nahar vaxtı kalxozun həyətində xeyli hərləndik. Dədəm ərər ağclarına diqqətlə

baxır, orta barmağı ilə gövdəsini ehmalca çırtmalayır, elə bil tikili üçün nə dərəcə

dözümlü olduğunu yoxlayırdı. Arada gözünün birini yumub başını ağaca yaxınlaşdırır,

altdan yuxarı tüfəng lüləsi kimi dümdüz uzanmasına baxıb heyrətlə deyirdi:

«Pahatonnan! Bizdə belə ağac hardan idi? Deyəndə ki, Laçın yaşayış yeri deyil, mənə

gülürdülər. İmkanın ola, elə buralarda ölüb qalasan».

Kalxoz idarəsinin həyətində nəhəng bir xan çinarı vardı. Dədəm bu ağaca da xeyli

tamaşa elədi. Uzun müşahidədən sonra bağı özü salıbmış kimi fəxrlə dedi: «On-on beş

evin materialı var bu çinarda. Qol-qanadını da bir qış uzunu yandırmaq olar».

Sonra cibindən qatlanmış dəmir metrəni çıxarıb ağacın yoğunluğunu ölçdü.

Metrəni gözünə lap yaxınlaşdırıb dırnağının altında sıxdığı rəqəmə diqqətlə baxdı və

heyrətlə başını qaldırdı: «Poohooo!!! Altı metir qırx iki santı… Desən heç kim

inanmaz».

Kalxoz sədrinin yanına tək girdi dədəm. Bu dəfə baltanı da, kepqasını da mənə

verdi. İçəridən çıxanda qaşları yerindəcə biri-birinə düyünlənmişdi. Dinməz-söyləməz

kepqasını da, baltanı da məndən alıb kalxoz idarəsinin həyətindən çıxdı. Darvazadan

təxminən on addım aralanandan sonra dərindən köks ötürüb dedi: «Gəl gedək, Allah

bunnarın da evini yıxsın».

Sənəm arvad bizə gəlmişdi. Dədəmə kənddəki yükləyici traktorla danışıb samanpalçıq

yoğurtdurmağı məsləhət gördü. Nə qədər havalar istidi palçıq qıcqırsın, kərpic

29

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!