25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

«Camahat da gərəy öz taleyinə biganə qalmasın, vətənin gələcəyi üçün əlindən

gələni eləsin» – boğazını arıtladı – «Ölkəmizin gələcəyi, xalqın ağ günə çıxması sizin

kimi gözəl irəhbər işçilərdən də asılıdı. Allah sizə də köməy olsun».

«Sağ olun, sağ olun. Niyə oturmursuz, əyləşin…»

Dədəm «T» şəkilli stolun sol tərəfinə düzülmüş döşəkli stulların birində oturdu.

Arıq boynunu irəli uzadıb nəsə demək istədi, ancaq boğazını arıtlamaqla kifayətləndi.

Kişinin tərəddüd içində var-gəl etdiyini açıqca hiss edən sovet sədri dodağının altında

balaca qımışıb tez ciddiləşdi. Dədəmin nə deyəcəyini və bəlkə daha çox bu «nəyi» necə

deyəcəyini səbrlə, həm də böyük maraqla gözləməyə başladı.

«Allah ölənlərinizə irəhmət eləsin, rəhmətlik dədəm həmişə deyərdi ki, dağ kişinin

atasıdırsa, aran anasıdır. Çətin gündə dağ adamları arana üz tutublar, burda dolanışıq

tapıblar. Yoxsa, iraq olsun, arandakılar biz tərəfə qaçqın gəlsəydilər, qarda-boranda

çətin ki salamat qalardılar» – duruxdu, sözünün bir balaca yersiz olduğunun fərqinə

vardı deyəsən. Belə məqamlarda həmişə misallar gətirir, şeir deyir, şeir deyəndə də

həmişə karıxır. Üryəimdə Allaha yalvardım ki, şeirə keçməsin. Çifayda…

«Aran doğrudan gözəl torpaqdı. Böyük şairmiz Vaqif də yaxşı deyib:

Kür qırağının əcəb seyrəngahı var

Ya… Yaş… Yaşılbaş… Yaşıldbaş» - qaşları düyünləndi - «Yaşılbaş…»

«Yaşılbaş sonası var bu yerlərin» - sədr düzəliş verdi.

«Hə… Hə… Yaşılbaş sonaları da var bu torpağın…» - duruxdu, şeirin düz

getmədiyini anladı, ancaq üzə vurmadı – «Doğrudan qızıldı bu topaq. Hərdən uşaqlara

deyirəm aclıqdan qorxmuyun, Qarabağ bərəkətli yerdi, bərk ayaqda kövşən yerlərində

başaq eləyib çörəyimizi ovcumuzla toplayarıq».

Soved sədrinin səsi gərləşdi:

«Elə niyə deyirsən, ağsaqqal, ölməmişik ha! Şükür olsun Allahın birliyinə, indi hər

hektardan üç-dörd ton taxıl çıxır».

Dədəm müticəsinə gülümsündü:

«Bizim torpağımız yoxdu də, o mənada deyirəm, yoxsa sizdən bir narazılığım

yoxdu ha».

Sovet sədrinin sifətində güclə seziləcək bir təəssüf ifadəsi dolaşdı. Dolaşdı və tez

də sovuşub getdi. Söhbət yenidən əvvəlki məcrasına qayıtdı. Sovet sədrinin tüksüz başı,

kostyumu, qalstuku, qarşısındakı telefonlar, başının üstündəki bayraq, gerb, bunlar

azmış kimi bayaqkı vətənpərvər nitq dədəmin gözünün odunu almış, onu tərksilah

eləyib sovet sədrinin hüzurunda əsir gününə salmışdı. Sovet sədri heç nə demir,

təbəssümlə qıyılan biləndər gözlərini dədəmə dikib susur və bəlkə də onun bu

vəziyyətindən ləzzət alırdı.

Nəhayət dədəm utana-utana sözə başladı:

«Bilirsiniz də, qabaqdan qış gəlir… Biz də əvvəllər İlyazın evində olurduq… Ev

əslində İlyazın deyil, onun qardaşınındı… Qardaşının arvadı isə evi bizə vermişdi…

Bilirsiz, onları da qınamıram, camahatın evini əlindən alası döyülük ha…»

Sovet sədrinin heyrətdən böyümüş gözləri bu dəfə mənə zilləndi. Sual dolu

nəzərlərlə… Onun üz cizgiləri açıqca deyirdi: «Bu kişi nə danışır?»

28

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!