25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Dədəmin pəsdən gözəl oxumağı vardı. Yola pilləkən salmaq üçün ruha sakitlik

gətirən, adamı kövrəldən, az qala ağladan yanıqlı bir avazla oxumağa bşladı:

Mən Kərəməm, Gəncə mənim bağlarım,

Duman gəldi çiskin aldı dağlarım…

«Ay dədə, bizdən başqa qaşqın yoxdu bu kənddə?» - mən soruşdum.

«Biz qaşqın deyilik, məcburi köşkünük. Qaşqın Ermənistandan gələnlərə deyillər».

«Bunun fərqi var ki?»

«Var, var. Yardımda-zadda fərq qoyullar. Onlara güzəştlər lap çoxdu».

Kişini belə savadlı bilməzdim. Səməd Vurğun kalxozunun sovet sədri ilə bir

söhbət elədi ki….

«Siz elə bilirsiz, xalqın azadlığa görə bu qədər qan tökməsinin qiymatını bilmirəm!

Azadlıq qurbansız olmur ha! Əsas odu ki, ölkəmiz azaddı, torpaqlarımızı gec-tez geri

alacağıq».

Sovet sədrinin tüksüz başı daha da parıldadı.

«Biz hörmətli prezidentimizin ətrafında yumruq kimi birləşməliyik. Bütün çətin

işlərin həlli yolu budu. Allah prezidentimizə köməy olsun, onun sayəsində bax bu

oğlum test üsuluynan instuta girdi».

Sovet sədrinin gülümsər gözləri məni başayaq süzdü:

«Haaaa… Təbrik edirəm, təbrik edirəm. Hara düşmüsən, a bala?»

«Nəsrəddin Tusiyə» - şeşələndim.

«Lap yaxşı, mən də Tusini bitirmişəm».

Dədəm ayaq üstə, qoltuğunda balta, əlində toza batmış kepka nazik boynunu irəli

uzada-uzada nitqinə davam etdi:

«Qarabağ məsələsini düyünə salanlar salır. Bu, rus işpiyonlarının işidi. Yoxsa

ermənidə cürət nə gəzir ki, torpaq ala, camahatı qovalaya… Bax elə götürək bizim

rayonu. On iki imam haqqı, yoldaş sədr, «Eşşək meydanı»ndan o üzdə bir dördayaqlı

qoymamışdıq. Dədələrinin üçündə-yeddisində kəsməyə heyvan tapmırdılar» - güldü -

«Camahat zarafatla danışırdı ki, ermənilər bizə xəbər göndərif - siz Allah heç olmasa

damazlıq bir-iki inək saxlayın, gələn il də oğurlamağa bir şey olsun. Ha-ha-ha! Bizim

qonşu kənddə bir İrəsul vardı, anan ölsün, oğul! Çartaz fermasından erməni heyvanı

aparırmış, postda saxlayıllar ki, sənədlərini göstər, cibindən erməni qulağı çıxardır,

deyir mənim arayışım budu. Çox qoçaq oğlanlar vardı, çoox! Bax, sənnən soruşuram,

yoldaş sədr, öz qapısının heyvanını qoruya bilmiyən adam özgə torpağını ala bilərmi?»

Sədr dinmədi.

Dədəm:

«Hə, ala bilərmi?»

Sədr yenə dinmədi.

Dədəm bir də təkrarladı:

«Torpağı deyirəm e… ala bilərmi?»

Sədr dədəmin əl çəkməyəcəyini görüb könülsüz «yox» dedi. Dədəm tutuldu bir az,

tez söhbətinin əvvəlinə qayıtdı:

27

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!