25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

olanda bir az çox deyirdim. Məsələn, 350. Sonralar anladım ki, heç 310 da pis deyilmiş.

Məndən artıq evdəkilər sevinir, kasıb süfrəmizin üstündə Allaha şükür yerinə mərhum

Elçibəyə dualar oxunurdu. Ən çox ali təhsil diplomum üçün Gəncədə üzünə 40 min

manat oxunan dədəm sevinirdi: «Allah onun atasına irəhmət eləsin…»

Tələbə adını almağım münasibəti ilə dədəm bazardan gündəlik azuqəmizlə yanaşı

bir paçka İran xınası alıb gətirdi. Anam saçlarını xınaladı. Balaca bacım da fürsəti

itirməyib əllərini qırmızı boyadı. Məni mal-heyvana göndərmirdilər artıq. Zarafat

deyildi ha, öz gücümə ali məktəbə qəbul olunmuşdum. Di gəl, dərslərin gec başlması

əleyhimə işləyir, tələbə üstünlüyümə tədricən kölgə salmağa başlayırdı.

«Ay oğul qalx, qalx bir çay iç, Səməd Vurğuna gedirik» - dədəm idi. Tikəcəyimiz

daxalın orta tiri üçün qonşuluqdakı Səməd Vurğun kalxozuna gedəcəyimizi axşamdan

bilirdim. Biz olan kənddə ərər (qovaq) ağcları yaxşı böyümürdü. Deyirdilər torpağın

bir-iki metrliyində şor su var, ona görə…

Gün hələ çıxmamışdı, bu kişi ertədən gedib kimin qapısını kəsdirəcək deyə

düşündüm. Sonra bəlli oldu ki, Səməd Vurğuna piyada gedəcəyik. Dədəm axşamdan

itiləyib hazırladığı baltanı qoltuğuna vurdu, “girzovoy sapoklar”ını ayağına çəkib yola

düzəldi. Mən də onunla dabanbasdı… Kəndin təzə götürdüyümüz məhəllə yerinə tərəf

çıxacağında ağ-mavi rənglərlə boyanmış dəmir darvazanın altından balaca bir çubuş

sıyrılıb çıxdı, dədəmin üstünə atılıb beyini mişarlayan nazik və qarışıq səslə hürdü.

Dədəm arxaya necə sıçradısa, balta qoltuğundan yerə düşdü. Çubuş dal-dala çəkilən

kişinin qorxduğunu görüb bir az da qızışdı. Dədəm kepqasını çıxarıb «ay it! ay it!»

deyə-deyə özünü qorumağa başladı. Mən də çaşmışdım, ancaq özümü tez ələ aldım,

yerdən bir kəsək götürüb itə tərəf tolazladım. İt zingildədi, quyruğunu qısaraq çəpərin

dibinə tərəf qaçdı. Dədəm dərindən ah çəkdi: «Köpəyoğlunun iti necə sərt imiş. Bunun

boyuna bax, həşirinə bax!» Papağı ilə bahəm qorxu-hikkəsini də çırpıb yelə verdi, əyilib

baltanı götürdü, şırhaşır axan balaca kanalın tini ilə addımladı.

Darvaza Sonayagilin idi. Aramızda qalsın, Sonyaya vurulmuşdum. Gözəl qız idi.

Uzun saçları, göy gözləri, yaşının az olmasına baxmayaraq gəlişmiş boy-buxunu,

belindəki səhəngə belə naz satan ədalı yerişi, şaqraq qəhqəhələri vardı. Bütün tövrü ilə

başını nümayişkaranə qaldıran məmələrini ətrafdakılara göstərir, hamını bu gözəl

tənasüblüyün fərqinə varmağa məcbur edirdi.

Təzə götürdüyümüz məhəllə yeri Sonyagilin qonşuluğundaydı. Sizdən heç nə

gizlətməyəcəm, qız məni saymırdı. Nəinki saymırdı, üstəlik gülürdü mənə, imkan düşən

kimi ələ salırdı. Qulağıma bir ismarıcını da çatdırmışdılar: «Camaata it hürər, bizə

çaqqal!». Hər dəfə qarşılaşanda yanındakıların qulağına nəsə pıçıldayır, şaqqanaq çəkib

gülürdü. Çox vaxt Sonya ilə üz-üzə gələndə yolumu dəyişirdim. Bel üstə düşmürdüm

amma! Özümü təsdiq etmək, eşqimi sübuta yetirmək, əslində ciddi adam olduğumu

anlatmaq üçün çaba göstərirdim. Ali məktəbə qəbul olunmağım məntiqlə sevgimə öz

töhfəsini verməli idi. Bu töhfəni səbirsizliklə gözləyirdim. Özümüzə ev tikməyimiz də

işin xeyrinə olacaqdı. Səməd Vurğun kalxozuna ağac dalınca getmək lap ürəyimcə

oldu.

26

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!