25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Evə söz ola bilməzdi. Döşəməsi, tavanı, ağ boyanmış suvağı… İkicə gecə

yatmamışdıq ki, dədəm həyətin yaxınlığından keçən qaz borusunu deşib evə ayrıca xət

çəkdi. Axşamlar həyətdəki tut ağacının altında oturanda Laçını unudurduq. Bircə

ağcaqanadlar əsəblərə mizrab çəkən dızıltısı ilə taleyimizi təkrar yada salır, bizə dinclik

vermirdi.

«Bay sənin saqqalına tula bağlayım. Sən də kişisən, a gözüynən görmüş?!» - Düz

tapdınız. Teylurun arvadı gəlmişdi. Həyətdə çaxnaşma düşdü. İlyaz, kənddə ona Dəli

İlyaz deyirdilər, əlinə lapatkə alıb Teylurun arvadının üstünə dartındı: «Qancığın

qarnından çıxan, qardaşımın başını yedin, indi də mənim üstümə şeşələnirsən?!». İri

bədənli, qıvraq, qarayanız, olduqca hikkəli, buna baxmayaraq kifayət qədər yaraşıqlı bir

qadın barmaqlarının ucunda həyəti beş dolanır, sözü mərmi kimi İlyazın üstünə

yağdırırdı: «Ə, cındır, qardaşının qisasını ala bilmədin, qaçıb tuman altda gizdəndin,

hələ utanmıyıf danışırsan!!! Hələ bir dərənin qəhbələrini gətirib evimə yığırsan!»

Teylurun arvadının son cümləsi mədəmin üstündə isti bir partlayış doğurdu. İsti başıma,

sinəmə, boğazıma, boynumun arxasına, qafamın içinə, ən axırda gözlərimə və ağzıma

yayıldı. Dönüb anama baxdım, başını aşağı salmışdı. Balaca bacım anamın ətəyindən

tutub ağlamağa başladı.

Teylurun arvadı saman topasının üstünə sancılmış yabanı götürüb İlyaza tərəf

cumdu. Arvadlar özlərini çatdırıb onu tutdular. Ağzı köpüklənə-köpüklənə İlyaza tərəf

qışqırdı: «Ay oğraşşş!!!». Bu, onun son sözü oldu, huşunu itirib yerə yıxıldı. İlyaz

Teylurun arvadının üzünə həyəcanla su çiləyən arvadlara baxıb acı-acı güldü: «Lotuşka

özünü bijdiyə vurub, ona heç nə olan döy!»

Teylurun arvadını sürüyə-sürüyə evimizə, üzr istəyirəm, öz evinə apardılar. Döşək,

mütəkkə… alnına soyuq suda islanmış əski qoydular.

Arvad ayılan kimi hamımızı heyrətləndirdi: «Siz Allah incimiyin, bir az

hövsələsizəm. Teylurun ölümü bir yana, bu biqeyrətlər bir yana… Başım xarab oluf

tamam, nə danışdığımı bilmirəm, evim sizə qurbandı, nə qədər istəyirsiz qalın».

Bəs indi İlyaz kişidən aldığımız «nota» nə idi. Axı evin əsil yiyəsi Teylurun

arvadıdı. O da bizə «nə qədər istəyirsiniz qalın» demişdi.

Hamı sual dolu nəzərlərlə dədəmə baxırdı.

Dədəm yenə qaşlarını ata-ata fikrə getdi. Onun bu adətini sonralar kompyuterin

axtarış əməliyyatına bənzədəcəkdim. O, eynən kompüter kimi, beynində virtual

kargüzarlıq işi aparır, «kağız-kuğuzu» yerbəyer eləyib qafasının ayrı-ayrı «disklərinə»

atır, lazım olanı öz bəlağətli danışığında bəyana gətirir, məhz bu danışıqdan əvvəl

kişinin qaşları qalxıb alnının ortasında çardaq dirəkləri kimi çatılırdı. Yenə belə oldu.

Qaşlar oynaya-oynaya vəziyyəti təfərrüatı ilə vərəvürd eləyib kşinin balaca alnının

ortasına milləndi: «Çayırlıqda yer götürmüşəm, özümüzə daxal tikəcəyik».

İlyaz kişinin xəbərdarlığının səbəbini Sənəm arvad söylədi bizə: «İlyaz Teylurun

arvadının bacısını oğluna alıb. Bir-iki həftəyə toylarıdı. Toydan sonra bu evə

yığışacaqlar».

Bu ərəfədə gün-güzəranımıza ciddi təsir edən bir hadisə baş verdi; ali məktəblərin

test siyahısında mənim də adım çıxdı. Nəsrəddin Tusi adına Pedoqoji Universitetin

filologiya fakültəsinə qəbul olunmuşdum. Topladğım bal da yadımdadı: 310. Soruşan

25

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!