25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Bu sözləri isə doğma qardaşı qızının son nəfəsinə özünü çatdıran, ata əvəzi onu

qollarının arasına alan dədəm söyləyəcəkdi.

…Əmim iri əli ilə boynumun arxasını sığallaya-sığallaya dedi ki, tüfəng məndə

olsaydı heç kimdən qorxmazdım. Sonra güldü, heç qorxana oxşamırda və birdən mənə

elə gəldi ki, gülməli əhvalat danışır və mən də güldüm…

Kərpickəsən kişinin dastanı

Povest

Dədəm qaşlarını oynadıb-oynadıb alnının ortasında baş-başa gətirdisə, deməli nəsə

ciddi bir iş var: «İlyaz kişi dedi, evi gələn ayın başınacan boşaldın». Hamımız biribirimizə

baxdıq, nə deyəcəyimizi bilmədik. «Gələn ayın başınacan?!» – anam

həyəcanla soruşdu. Dədəm uzun fasilədən sonra «hə» dedi.

İlyaz qonşumuz idi. Daha doğrusu, biz onun qonşuluğundakı iki otaqlı, kürsülü

evin müvəqqəti sakinləri idik. Hələ köçümüz təzə gələn vaxtı qonşu arvadlar tökülüşüb

bu kimsəsiz evin tarixçəsini bizə danışmışdılar. Ev Teylur adında bir kişinin olub.

Teylur İlyazın ögey qardaşı imiş, traktor sürürmüş. Bir gün qohumlarından biri ova

gedəndə kənddən bir az aralı əkin sahəsində Teylurla rastlaşır. Görüşürlər, adama bir

siqaret çəkirlər, sonra Teylur dinc durmayıb tüfəngi ondan almaq istəyir. Ovçu patronun

az olduğunu bəhanə gətirib tüfəngi vermir. Süpürləşirlər. Çəkhaçək, vurhavur… birdən

tüfəng açılır. Açılan kimi Teylurun boğazında ağ deşik görünür…

Teylur yerə yıxılıb xırıldaya-xırıldaya çabalayanda qohumu qorxusundan silahı

atıb qaçır.

İlyaz kişi vaxtı ilə Teyluru güllələyən oğlanın anasını boşayıbmış. Kənddə

danışırdılar ki, arvadını çox incidirmiş İlyaz. Guya arvad özü durmayıb onda. İndi də

oğlunu öyrədib ki, hayıfını alsın bu törəmədən. İlyaz qoca kişidi; bir ayağı burda, o biri

gorda, onu öldürməyəcəkdilər ha! Ən yaxşısı Teylurdu… Cavan, yaraşıqlı, təzə ailə

qurub, körpə uşağı var. Teylurun ölümündən sonra həyat yoldaşı dözməyib bu kənddə.

Övladını da götürüb gedib rayondakı qohumlarının yanına.

Qonşuluğumuzda Sənəm adlı bir qadın vardı. Köçümüz maşından daşınıb

rəhmətlik Teylurun xaraba evinə yığışan vaxtı bizə üzü yumurtalı təndir çörəyi, camış

qatığı gətirmişdi: «Yeyin siz Allah. Allah erməninin bəlasını versin. Hamımız

müsəlmanıq…»

Sənəm arvad dil-ağızdan qalmırdı: «Vallah savabdı, bu komadan da işartı gələr,

insan hənirtisi eşidilər. Evlər boş qalanda, işığı gəlməyəndə Allaha ağır gedir».

Arada anamı yanlayıb başqa vacib xəbərləri də çatdırmışdı: «Bu ev əslində

Teylurun arvadınındı. İlyaz kişiynən qannı-bıçaqdılar. Bilsə, qiyamət qopacaq. Yaman

hayasızdı haaa!» - Əlini əvvəl yavaşca dizinə vurub sonra çənəsini bürmələmişdi.

Laçında, öz doğmaca evimizdə başımız üstündən müharibə xofu asılmışdısa, burda

Teylurun arvadının zəhmi basmışdı bizi. Hər an gələ, bizə dişinin dibindən çıxanı deyə,

mitilimizi bayıra vızıldada bilərdi.

24

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!