25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Neçə dəfə qışın günü ən qəlbi dağların başında ocaq çatıb səhəri dirigözlü açmışdılar.

Belə bir adam necə yoxa çıxa bilərdi.

Mən anamla əmimgilə gedəndə uşaqları bizi görüb ağlaşdılar. Görünür,

uydurduqları yalana özləri də inanmırdılar. Bibim isə, deyəsən, əməllicə incimişdi

ərindən: «Yekə kişisən, adam da altı uşağını bir tövlənin küncündə qonum-qonşu

umuduna qoyub itkin düşər?!»

Bir də açıqca dədəmdən gileyləndilər:

«Gərək heylə söz danışmayaydı. Cəfərqulu uşaq-zaddı bəyəm kanalda

boğulsun?!»

Dədəm qohumların tənəsindən bombardman edilmiş şəhərə bənzəyirdi. Daşı-daş

üstdə qalmamışdı. Hətta əmimin iki-üç yaşlı ürəyi xəstə qızı da deyirdi dədəm gələndə

filan şey belə olacaq, bizim həddimiz nə idi o yan-bu yan danışaq.

Və birdən dədəmə zərbələrin ən ağırını endirdilər. Bacısı qızı televizorda əmimi

«görmüşdü»: «Televizor İstəpanakertdəki girovları göstərirdi, dayımı gördüm». Hətta

deyilənə görə, qız qışqırıb, haray salıb, ata-ana, qardaş-bacı gəlincə veriliş bitib. Qızı

sorğu-suala tutublar. Göyüm-göyüm göynəyib ki, dayım idi, hələ mənə də (yəni

kameraya) baxdı.

Bibim qızı savadsz idi, məktəb üzü görməmişdi. Üstəlik gözlərində zəiflik varıdı.

Anası yandığından deyib, ay bala, qardaşımın uşaqları cüyür kimi mələşir, yazıqdılar,

bu nə hay-küydü salmısan qohumların arasına. A səni qarabaxt olasan, günün günorta

vaxtı inəyi camışdan ayıra bilmirsən, bu boyda şüşənin içində dayını necə tanıdın?!

Bu xəbər əmimin arakəsmə ilə ayırdığı «ev»ində bomba kimi partladı. Uşaqlar

elə şivən salırdılar ki, yaxınlıqdakı kələsərdə üzüm yığmağa gələn qadınlar da

ağlayırdı. Hərdən çəkinə-çəkinə ictimai tövlənin yırtıq-deşiyindən böcək kimi giribçıxan

qaçqınlara yanaşıb soruşurdular: «O kişidən səs-soraq yoxdu?»

Hələ qabaqda məşum Ağcabədi həyatı vardı. Taxtakörpü qəsəbəsinin on-on bir

kilometrliyində, düzəngah səhranın ortasında yerləşən Ağbulaq yatağında… Dədəmi

vaxtı ilə göstərdiyi sübutsuz inada görə daha çox qınayacaqdı qohumlar. Çünki əmimə

şəhid statusu almaq lazım idi. Bu dolanışıq üçün uşaqlara kömək edərdi.

Əmim hər ölənlə yada düşəcək, kəndimizin bütün yas məclislərinin qeydsizşərtsiz

qəhrəmanına çevriləcəkdi. Camaatımız bundan sonra anlayacaqdı ki, vaxtlıvaxtsız

ölüb basdırılanlardan ötrü Allaha şükr etmək lazımdı. Torpağın üzü soyuqdu.

Amma itkinliyin sonu, nəhayəti olmur, bu dərd həmişə təzə-tərdi.

İtkinlyinin onuncu ilində də əmimin qızları «ay dədə, gəl» deyəcəkdilər. Hətta

biri-birləri ilə dalaşıb ağlayanda da! Və bəzən bu ağlaşmaya bibim də, artıq bığ yerləri

tərləmiş əmim oğlanları da qoşulacaqdı. Günlərin bir günü əmimin sonbeşiyi ürəyini

tutub yorğan-döşəyə düşəcək, uşaq ikən ayağı altına taburetka qoyub öpdüyü portreti

indi onun yatdığı çarpayıya gətirəcəkdilər. O da bu on ildə söyləməkdən yorulmadığı

sözləri zəif səslə təkrar edəcəkdi: «Qoy dədəynən görüşüm».

…Və bir gün son sözünü deycəkdi əmim qızı:

«Dədəm gəlsin».

«Gəlsin də, ay bala… qoymuruq bəyəm?»

23

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!