25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

«Ay Xanış, deyillər bir ay əvvəl kanaldan bir meyit axıb».

«Hə… Mən də gördüm».

Dədəm diksinib.

«Hələ meyit buralara çatmamış xəbərini eşitmişdim. Uşaqlara dedim gözdəqulaqda

olun. Günlərin birində balacamız atın belində xəbər gətirdi ki, meyit gəlib

çıxıb. Getdim, kotyanka məftildən qarmaq eləyib toqqasına keçirdim. Əprişmişdi

tamam, birtəhər çəkib çıxartdıq. Uşaqlar şalvarını açıb baxdılar ki, ermənidi, təzədən

qaytarıb suya atdıq».

Dədəm ümidini üzmək istəməyib.

«Kürəyində bankə yeri yoxudu ki?»

«Vallah dəqiq baxmadım ona, amma olsaydı da, bilinməzdi, pis vəziyyətə

düşmüşdü, əti sümüyünün üstündə durmurdu».

«Bə elə idisə, erməni olduğunu necə bildilər?».

«Onu uşaqlar dedi, mən görmədim. Deyirsən yanı Cəfərqulu ola bilərmiş».

«Deyirəm başın xarab olub e, sənin. Cəfərqulu ola, mən onu tanımıyam?! Heylə

şey olar! Meyidin əynində «vayenni» şalvar, ayağında «patinkə» vardı. Toqqadan

yuxarı lüt idi, sifəti də çox çürüməmişdi. Həm də boyu Cəfərquludan qısa idi».

Meyidi görən başqa adamlar da Xanışın dediklərini təsdiq ediblər.

Qürub vaxtı imiş. Həmin vaxt Qarabağ kanalının xırda ləpələri günəş şüaları

altında gümüş sikkə kimi parıldayırmış.

Dədəmin ehtimalında hərbi şalvar və əsgər çəkməsi olmasa da, düşünürdü ki,

Xanış səhv sala bilər. Yaxud, o, meyitə baxanda ağlına gəlməz, sonra anlayar ki, bu

filankəs də ola bilərmiş. Day indi durub deməyəcək ki, şübhələnmişdim, amma

qaytarıb suya atdım.

Bir də toqqadan yuxarı lüt olması yuyunmaqdan ötəri soyunmaq anlamına gəlir.

Amma o da ola bilərdi ki, toqqadan yuxarı paltarı kanalda harasa ilişib cırılsın və

tədricən əynindən çıxsın. Yəni bu həqiqətən də erməni olsun.

«Lap ermənidi, nə olsun ki! Hamımızı Allah yaradıb, götür bir yerdə basdır

dəəə…» - bu da dədəmin fikri idi.

Xülasə, kişi mehrini Qarabağ kanalına salmışdı, elə hey, «mənim qardaşımı bu

kanal aparıb» - deyirdi. Amma bir gün, balaca bir ismarışla onun aylarla

möhkəmləndirdiyi qənaəti məhvərindən oynatdılar. İsmarış əmimin qızlarından

gəlmişdi: «Dədəmizi axtarmağın dərdindən orda-burda danışır ki, kanalda boğulub!»

Bu ismarışdan sonra dədəm susdu, heç nə danışmadı. Amma ötən hər gün, hər

həftə onun fikirlərini təsdiq etməkdə idi. Əmimdən səs-soraq gəlmirdi ki, gəlmirdi.

Dəyişən bircə o idi ki, bu günlərdə camaat fikirləşib onun üçün yaxşı bir «alqış»

tapmışdı: «Sağdısa, Allah yolunu açsın, ölübsə, rəhmət eləsin».

Bir də bolluca xatirələr danışırdılar.

Əmim uşaqlarının yaşadığı «ev»də əhvali-ruhiyyə xeyli dəyişmişdi. Nədənsə

inanırdılar ki, ataları Kəlbəcərdədir, qayıdıb gələcək, qohumlar boş hay-küy salırlar.

Bir-iki ay nədir ki?! Kənddə həftələrlə qalxıb yaylaqlarda ov dalınca gəzmirdilərmi?

22

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!