25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

evə gəldik, yataqdakılara xəbər verdik. Onlar da gəlib baxdılar, amma çıxarmadılar.

Təxminən bir gündən sonra kanal yenişə axıb getdi».

Dədəm cavan oğlandan xahiş edir ki, onu meyidi görən yaşlıların yanına aparsın.

Uşaq getmir, uzaqdan yataq yerini göstərir ki, özün get. Kişi çar-naçar düşür yolun

ağına. Gözü zəif olduğundan yolunu azır, çoban itlərinin boğanağından birtəhər keçib

özünü həmin yatağa çatdırır. Yatağın bütün yaşlı kişiləri toplaşırlar dədəmin başına və

Qurandan don geyirlər ki, belə hadisə olmayıb, o uşaq kimdirsə səni aldadıb.

«Bilmədim neyləyəm. Dedim, əyər uşağı bura çağırtdırmasanız heç yana gedən

deyiləm. Məni qovmaq istədilər, dedim, sizi polisə verəcəm. Bir insaflısı çıxdı, uşağı

gətirtdi. Qancığın qarnından çıxan bayaq dediyi sözləri dandı: «Mən meyit-zad

görməmişəm».

Əvvəlcə elə bildim məni ələ salıb uşaq, sonra hiss elədim ki, öyrədiblər onu.

Öyrədiblər ki, denən görməmişəm. Axırda kişilərdən biri qoluma girib camaatdan

araladı, dedi, sənə baxıram, ürəyim ağrıyır, ay rəhmətliyin oğlu, bir ay bundan əvvəlki

meyitin arxasınca nəyə düşmüsən? Çoxdan balıqlara yem olub. Dedim, bilmək

istəyirəm, o mənim qardaşımdı, ya yox. Kişi dedi, meyiti öz gözlərimlə gördüm,

amma qorxudan nə polisə xəbər verdik, nə də yaxın düşdük. Bilirsən ki, rayonda it

yiyəsini tanımır, ağrımaz başımıza niyə duz bağlayaq. Bu kanalnan o qədər meyit axıb

gedir ki…»

«Sən özün o meyiti gördün eləmi?» – dədəm soruşub.

«Gördüm».

«Kürəyində nə var idi?»

«Bankə yerləri…»

Dədəm qaşlarını qaldırdı və söhbətinə ara verdi. Sonra başını aşağı salıb baş və

orta barmaqlarını balaca gözlərinin üstünə qoydu. Biz biri-birimizə baxdıq, ağlamaq,

yoxsa beləcə sakit dayanmaq lazım olduğunu anlaşdıra bilmədik. Anamın səsi gəldi:

«Elə o imiş… Allah rəhmət eləsin».

Amma biz dədəmin son sözünü gözləyirdik. Çünki bu maraqlı nağılı üç

almayacan danışmaq yalnız onun haqqı idi. Dədəmsə sarsaq bir qəhərin zibilinə

keçmişdi.

«Sənə qurban olum, Xanış!»

Ay gözəl dünya! Sən demə dos-doğma kəndçimiz Xanalı kişi Qarabağ kanalının

İmişli həndəvərində yaşayırmış. Biz ona Xanış deyirdik. Dədəm Xanışı görən kimi

boynuna sarılıb başlayıb hönkürməyə. Xanış da qoşulub dədəmə, sıqqasıq ağlaşıblar.

Əmimin itkin düşdüyünü o da bilirmiş. Yenə də adamın öz eli! Daxal. Rəngli çay.

Şirin söhbət. Və təbii, gəliblər mətləb üstünə:

«Ziyad» – dədəmə ən doğma adamaları belə müraciət edir – «bu nə sir-sifətdi?»

«Gözdərim tökülsün, əmoğlu, bə Cəfərqulunun başına nə gəldi?»

«Uşaqları hayandadı?»

«Füzulidə, Horadizin yanında olullar».

Xanış yenə ağlayıb. Bu dəfə dədəm sözə başlayıb:

21

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!