25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Qadın cəld donunun ətəyini dartıb açıq dizini örtdü və camışın qarnının altından

darvazaya tərəf baxdı. Kişi də arxaya boylandı. Hətta camış belə gövşəyə-gövşəyə

üzünü bizə sarı çevirdi. Kişi ayaqlarını sürüyə-sürüyə azca aralanmış darvazaya

yaxınlaşdı. Dədəm kepqasını başına qoyub qəddini düzəltdi. Ayna qarşısındaymış

kimi paltarını səliqəyə saldı.

«Dığğğğğ...» - darvaza ağır-ağır açıldı, kişi dədəmlə üzbəüz dayandı. Fənəri

onun sifəti bərabərinə qaldırıb saxladı, diqqətlə baxdı. Hannan-hana yorğun səsi

eşidildi:

«Kimsən?»

«Allah qonağıyıq, ağsaqqal!»

«Allaha da qurban, qonağına da...»

Kişi üzünü çevirib evə tərəf getdi. Dədəm də arxasınca… Bir azdan kişinin

xırıltılı səsi gəldi:

«Ay qız, Yasəmən, gəl qonaqların əlinə su tök».

Əlində vedrə tutmuş gözəl-göyçək bir qız evin dəhlizinə tərəf yaxınlaşdı.

Vedrəni bizdən iki-üç addım aralı, pilləkənin üstünə qoyub içəri keçdi. Əlində aftafa,

qolunun üstündə ağ dəsmal geri qayıtdı. Kişi sakitcə dayanıb baxırdı.

Əvvəlcə dədəm ovuclarını tutdu. Əllərini biri-birinin üstündə təzəcə hərləmişdi

ki, qız qəflətən qeyri-adi bir səslə qışqırdı:

«A pişik!!!»

Hamımız diksindik. Qız özü də qorxdu və əlini ağzına aparıb susdu. Sonra cəld

aftafanı yerə qoyub pilləkəndəki vedrəyə tərəf yüyürdü. Vedrəyə qara bir pişik

sırmanmışdı. Qızın gəlişini görən heyvancığaz evin dəhlizi ilə qaranlıq küncə tərəf

götürüldü. Qız pilləkəndəki palçıqlı qaloşlardan birini götürüb pişiyin arxasınca

tolazladı. Qaloş da, pişik də qaranlıqda görünməz oldu. Artıq mən qızın əlindən yerə

düşüb suyu laqqaluqla boşalan aftafanı qaldırıb dədəmin əllərinə su tökürdüm. Qız

utandığından baş barmağının dırnağını qabaq dişlərinin arasına sürtə-sürtə bizə

yaxınlaşdı və birdən pıqqıldayıb gülməyə başladı. Nə qədər başını gizlədib özünü ələ

almağa çalışdısa da, heç nə alınmadı. Kişi dözmədi:

«Noolub, bala?»

Qız əlindəki dəsmalı kişiyə verib qaça-qaça bizdən uzaqlaşdı.

Yuyunub, qurulanandan sonra evə keçdik. Bura yəqin ki, qonaq otağı idi. Bir

stol, dörd stul, bir «Rekord» markalı köhnə televizor və bir çarpayı vardı. Stolun

üstünə çıraq qoyulmuşdu. Əyləşdik. Kişi görünüşünə bab gələn usandırıcı bir

ağırlıqda söhbətə başladı:

«Uzaq yerdən gələnə oxşuyursuz».

«Hə, Laçınnanıx» – dədəm cavab verdi.

«Laçını da verdilər?»

«Verdilər».

«Köpəyuşağı... Yoxdu da bu millətin yiyəsi. Nə təhər çıxdınız? Ölüm-itim

olmadı ki?»

Dədəmin səsi boğuldu:

«Hələ bilmirik».

Kişi dədəmin qəhərləndiyini görüb, təsəlli vermək istədi:

16

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!