25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

«Uşaqlarım qaldı! Atam qaldı! Ailəm qaldı! Balalarım qaldı! Qardaşımın

yetimləri qaldı!»

Tanklar hərəkətə gəldi. Adamlar yoldan çəkildilər və camaatı düşmən umuduna

qoyub nərildəyə-nərildəyə aradan çıxan bu cansız əjdahalara nifrinlər yağdırmağa

başladılar. Bircə Əliqulu yoldan çıxmadı. Qabaqdakı tank məcbur olub dayandı,

içindən çantaraq bir əsgər düşüb Əliquluya yaxınlaşdı:

«Dayı, çıx yoldan».

«Bala, bizi qoyub hara gedirsiniz? Barı silahlarınızı verin, gedib arvaduşağımızı

xilas edək də...»

«Çıx yoldan! Mane olma, biz əmrə tabeyik ».

Əliqulu üzüqoylu asfaltın ortasına uzandı:

«Onda mənim üstümdən keçəcəksiniz».

Tankdan daha bir əsgər başını çıxarıb zabitəli səslə rus dilində nəsə dedi.

Görünür komandir idi. Cantaraq əsgər onu dinləyəndən sonra tələsik Əliqulu kişiyə

yaxınlaşdı və avtomatın qundağı ilə boynunun arxasına möhkəm bir zərbə endirdi.

Əliqulu kişinin sifəti asfalta dəyincə hüşunu itirdi. Əsgər yaxasından yapışıb onu

yolun kənarına sürüdü. Asfalta tökülmüş qanın içində Əliqulunun qızıl dişləri

parıldayırdı.

Qaş qaralmışdı artıq. Qələbəliyin içində hamı biri-birindən kimisə xəbər alırdı.

Biz də təsadüfən bir qohumumuzu gördük. O, dedi ki, dayım maşın tutub heyvanları

Ağcabədiyə aparıb. Day elə bir işimiz qalmamışdı. Elə həmin maşının üstündəcə

Cəbrayılın Dastumas kəndinə gəldik.

Tanımadığımız tinlərin birində düşdük. Kənddə işıq yanmırdı, küçələr zülmət

içində idi. Dədəm qalın şüşəli eynəyini taxıb sağa-sola boylandı:

«Bu kənddə olmamışam, heç yanı tanımıram».

Boş küçə ilə kəndin içinə tərəf addımladıq. Acından ürəyim gedirdi. Hündür

darvazalı evlərin birindən bişmiş çolpa ətinin qoxusu gəlirdi.

«Bax, bir kasıb evi tap, a bala, gözüm yaxşı seçmir».

«Kasıb niyə?»

«Kasıblar dargöz olmur».

Qəribədir, dədəm kəndimizin ən varlı adamlarından idi.

Sınıq-salxaq bir darvazanın qarşısında dayandıq. Həyət divarla deyil, dağılıbyırtılmış

köhnə çəpərlə əhatələnmişdi. Dədəm darvazanı taqqıldatdı, cavab gəlmədi.

Bir də... Bir də... Yerdən daş götürüb, təkrar taqqıldatdı. Yenə cavab gəlmədi.

Darvazanı qorxa-qorxa itələdi. Açıq idi, amma eybəcər cırıltısı vardı. Bir qarış

açmışdı ki saxladı, kepqasını götürüb başını içəri uzatdı:

«Ay ev yiyəsi!»

Mən çəpərin yırtığından həyətdəki tövlənin dəhlizini aydınca görürdüm. Əyninə

plaş geyinmiş uzun bir kişi əlində fənər, o biri əlində ağac üzü tövləyə dayanmışdı.

Qarşısında bir camış vardı. Camışın altında çömbəltmə oturan qadının çılpaq dizi

fənər işığında ağappaq ağarırdı.

«Ay ev yiyəsi!»

15

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!