25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

«Şuşanın alınmasını eşidən kimi işimi bildim, dava-dərmanı yarımçıq qoyub

gəldim. Laçını alıblar da, gedib də! Qohum-övladın çoxu qalıb kənddə, inanmırlar ki,

torpaq alınacaq… Qız-gəlini güdaza verəcəklər!» - dədəm çox həyəcanlı idi.

Sonra izah elədi ki, biz dayımı və əmimi qarşılamaq üçün Laçına tərəf

getməliyik. Onlar köç yolu ilə heyvan gətirirlər.

Köç yoluna maşın işləmirdi. Asfaltla gedənlər isə yalnız ev-eşik yığmaq üçün

tutulan «partavoy» maşınlar idi. Allah işimizi rast saldı. Asfaltdan köç yoluna tərəf ağ

bir «Qaz 53» buruldu. Dədəm kepqasını yelləyə-yelləyə maşına tərəf yüyürdü:

«Ə, saxla! Ə, saxla! Belə gündə adam adamı yolda qoyar?!»

Maşın dayandı, onlar da bizim kimi adam qarşılamağa çıxımışdılar.

«Kuza»ya qalxdıq. Yol boyu heyvanlarını qabağına salıb gələn yüzlərlə adam

varıdı. Soraqlaşa-soraqlaşa ta Laçının qənşərinəcən gəldik. Xoşbəxtlikdən mindiyimiz

«Qaz 53»-ün sahibləri axtardığı adamı tapa bilmirdilər, yoxsa qalan yolu piyada

getməli olacaqdıq. Dağtumasdan Muradxanlıya tərəf sallananda əmimlə rastlaşdıq.

Saqqal basmışdı tamam. Onu belə görməmişdim heç vaxt. Dədəm maşının salonunu

orta barmağı ilə taqqıldatdı, maşın dayandı, düşdük. Xahiş elədik, bizi bir dəqiqə

gözləsinlər. Əmimlə görüşdük, dedi, dayımı görməyib. O biri əmim isə kənddə qalıb,

gəlmək istəmir. Bir dəstə kənd adamına qoşulub gedənlərə gülür və deyir, qayıdanda

sizi kəndə buraxmayacağıq. Dədəm başını buladı və biz maşına qayıtdıq.

«Kuza»da azca saman varıdı. Dədəm samanı ayağı ilə küncə toplayıb üstündə

oturdu, kepqasının arxasını qaldırıb başını «port»un taxtasına söykədi və mürgülədi:

«Necə gündü yuxusuzam. Yerimə qor dolub elə bil».

Maşın qəflətən çalaya düşüb atdandı, «port» dədəmin başının arxasına dəyincə

kepqası atılıb «kuza»nın ortasına düşdü. Cəld kepqanı götürüb çırpdım və dədəmə

qaytardım. Dədəm əli ilə başının arxasını ovuşdura-ovuşdura dedi:

«Görəsən buralardan maşın tapmaq olarmı? Gedib Cəfərqulunun da evini yığıb

gətirək».

Cəfərqulu dədəmin ortancıl qardaşı idi.

Muradxanlıdan azca yuxarı, Laçına tərəf dikləşmişdik ki, yolun içində böyük

qələbəlik gördük. Elə bir basabas, itələşmə vardı ki, torpaq atsan yerə düşməzdi: bir

tərəfdə hərbçilər – tank, top, qrad qurğuları, bir tərəfdə camaat – qohumları o bir üzdə

qalan laçınlılar...

Hərbçilərdən biri tankın üstünə çıxıb qışqırdı:

«Ay camaat, Laçını ermənilər aldı! İndi Qayğı qəsəbəsindən də yolu

bağlayacaqlar! İrəli getmək olmaz!»

«Bəs siz harda ölmüşdünüz ki, Laçını aldılar? Həə, a qurumsaxlar!» – səsindən

tanıdım, Əliqulu kişi idi... Uzun müddət qonşu kənddə briqadir işləmişdi, qoçaq

adamıdı.

Bu sözün arxasınca bir qışqırıq, bir haray-həşir düşdü ki, adamı lap vahimə

basırdı. Kişilər də arvadlara qoşulub şivən qoparırdı.

14

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!