25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Camaatın ölü sükutunu Çoban Səlimin qışqırığı pozdu. O, tütəyinin də,

barmaqlarının da al qan içində olduğunu indi görmüşdü. Səlim tütəyini atdı,

əllərindəki qana baxa-baxa geri çəkildi, sonra qışqıra-qışqıra kəndə tərəf götürüldü.

O gecə kənddə Çoban Səlimdən başqa heç kəsin gözünə yuxu getmədi. Hətta

quşların, həşaratların belə. Külək də rahatlanmır, ağacları ahəstə xışıldadıb bir neçə

saatdan sonra baş verənlərə şahid olmaq üçün oyaq saxlayırdı.

Səhərə yaxın ilk atəş səsi eşidildi.

Kəndxuda “evimiz yıxıldı” söylədi. İsfəndiyar kişi “Allah sən saxla”- deyə

titrək səslə dua etdi. Gərəhməz isə şeytani bir şövqlə parıldayan gözlərini evinin

balaca pəncərəsindən səs gələn tərəfə zilləyib ürəkdən pıçıldadı: “Xoş gəldiniz!”

Laçınsız ilk gün

...Mən Əhmədbəyliyə – Əşrəf əmigilin yatağına çatanda gördüm kəndçimiz

Zaman su maşınının içindən uşaq çıxarır: əlini çənin bacasından içəri sallayıb nəsə

axtarır, yuxarı dartır, maşının üstündə və yanında dayanan çobanlar pencəklərinin

boynu, yaxası «quzğun çaynağı»na keçmiş uşaqları ziyanlıq mal kimi biri-birinə

ötürüb yerə qoyurlar. Uzun müddət tifillər ayaqlarının keyini açıb yeriyə bilmir.

Zaman yenə zarafatından qalmırdı. Kimin peysərindən yapışıb çəndən çıxarırdısa,

alnına yağlı bir söyüş də şappıldadırdı:

«Əlini ver görüm, sənin xalanı... Nə təhər gəldiniz? Köpəyuşağı! Çənin pasını

üst-başınızla yaxşıca təmizləmisiz. Basırığa düşəniniz yoxdu ki...»

Hər uşağın qucağında öz dəyişək paltarı vardı. Ata-anaları Laçında qalmışdı bu

uşaqların. Uzağı Kəlbəcər üzdən piyada gələrdilər. Ayağı yer tutmayan uşaqları,

qocaları isə beləcə arana yola salırdılar. Ağcabədi uzaq idi. Ona görə əlsiz-ayaqsızları,

xəstələri Füzulidə, Cəbrayılda məskunlaşan tanış-bilişin evində qoyub geri qayıtmaq

lazım idi. Kənddə hələ çox adam qalmışdı, vaxt isə daralırdı.

Əşrəf əmi məni görən kimi təlaş içində olduğumu anladı:

«Niyə belə sınıxmısan, ə! Çörək vermillər sənə? Qorxma, sizin eviniz bir az

bundan əvvəl keçdi Ağcabədi tərəfə. Öz gözümnən gördüm».

Mən Füzulinin Alxanlı kəndi həndəvərindəki yataqların birində,

qohumlarımgildə olurdum. Qoyun-quzu saxlayırdıq. Qorxum ondan idi ki, dədəm

kənddə deyildi. Bakıya müalicəyə getmişdi. Yel xəstəliyi vardı kişinin. Laçın soyuq

yer olduğundan həmişə ağrıyırdı. Ağrıyan kimi də qanı qaralırdı.

«Bu xarabadan nə vaxt canımız qurtaracaq. Ay bura daş qoyanın...»

İki gün sonra aşağı yataqlardan bir uşağı mənim ardımca Alxanlıya göndərdilər:

«Dədən dedi, təcili gəlsin Əhmədbəyliyə...»

Getdim.

13

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!