25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Şükür kişi danışmır, camaata baxıb səssizcə ağlayırdı. Kənd sakinləri bir

müddət çaşqınlıq içində ona tamaşa etdilər. Sonra körpələrin ağlaşma səsi gəldi.

Ardınca qadınların, daha sonra kişilərin… Bir-bir Şükür kişinin yanında zühur edən

rəhmətə getmiş kənd sakinləri də səssiz göz yaşları axıdırdılar. Bu adamların içində

Səlimin atası da vardı, Gərəhməzin əri də… Ancaq onlar başlarını qaldırıb dirilər

tərəfə baxmırdılar. Dirilər də ölülərin sifətinə baxa bilmirdilər.

Qəflətən dirilər Şükür kişinin qarşısında diz çökdülər. Kiminsə boğuq səsi

eşidildi:

“Sənə qurban olum, Şükür kişi, bizə yol göstər”.

Şükür kişidən səs-səmir gəlmədi.

“Yol göstər bizə! Yol göstər bizə!” – yerbəyerdən həyəcanlı qışqırıqlar eşidildi.

Şükür kişi başını bulaya-bulaya ağlamağına davam etdi. Göz yaşı axıda-axıda

gəldiyi işıq-pilləkənlə yuxarı qalxdı və gözdən itdi. Onunla gələnlər də eyni ilə

arxasınca getdilər. İşıq şüasının üstündə bir nəfər güləş çöhrəli uşaq qaldı. O, ağlamır,

hüznlə gülümsəyirdi.

“Tanıdınızmı?” – Gərəhməz uşağa işarə edib soruşdu.

Adamlar təəccüblə udqundular.

Gərəhməz üzünü İsfəndiyar kişiyə tutdu:

“Həə… hörmətli ağsaqqal, bax görək tanıyırsanmı?”

İsfəndiyar kişi gözlərini qıyıb xeyli tamaşa edəndən sonra qışqırdı:

“Kərəm!”

Uşaq bir az da gülümsədi.

“İndi Kərəmin kim olduğunu denən, hamı bilsin”.

İsfəndiyar kişi çaşqınlıq içində sözə başladı:

“Müharibənin pis vaxtları idi. Camaat ağac qabığı yeyirdi. Kərəmin də onda

olardı 8-9 yaşı… Məndən bir-iki yaş böyük idi. Anası ölmüşdü, atasını cəbhəyə

aparmışdılar. Bir ayağı şikəst olan əmisinin yanında qalmışdı üç uşaq – Kərəm, 5-6

yaşında bir bacısı, 4-5 yaşında bir qardaşı… Əmisinin ac uşaqlara verməyə heç nəyi

yox idi. Üstünə diləyə getməyə də adam qalmamışdı, hərə öz başının hayındaydı. Ona

görə Kərəmin əmisi gecələrin birində uşaqları yuxuda qoyub arvadı ilə bahəm qaçıb

getdilər kənddən. Səhər açılar-açılmaz uşaqlar əl-ələ verib ağlaşa-titrəşə qapımıza

gəldilər, “Əmimiz hanı” – deyib haray saldılar. Dədəm əlindəki ağacla bax o haça

qayanı göstərib dedi, əminiz, arvadı ilə birlikdə ordan aşıb getdilər” – İsfəndiyar kişi

əlini kənd torpaqlarının uzaq qurtaracağındakı haça qayaya uzatdı – “Uşaqların üçü də

əl-ələ verib həmin haça qayaya tərəf yola düşdülər.

O gündən bəri bu uşaqları “gördüm” deyən olmadı…” – İsfəndiyar kişi

duruxdu, birdən Kərəmin qarşısında diz çöküb başını yerə döyə-döyə qışqırdı:

“Sizə bir loxma çörək verən tapılmadı, Kərəm! Hansı qurda, hansı quşa yem

oldunuz, hansı qayadan uçdunuz, hansı canavar parçaladı sizi, hansı sel apardı bilən

olmadı, maraqlanan olmadı… İndi özümüz o günə düşdük! Bütün kənd, bütün

insanlar…”

İsfəndiyar kişi hönkürdü. Sonra başını zorla qaldırıb Kərəmin zühur etdiyi

tərəfə baxdı. Havadan bir damcı göz yaşı asılmışdı.

12

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!