25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

amma Gərəhməzin çəkdiyi çevrədən kənara çıxa bilməyən bu adamlar kəndin

ölülərinin hamısı deyildi. Bunu yerində donub qalmış dirilərin arasından yeganə fərq

edən İsfəndiyar kişi oldu.

“Bəsdir gözünüzü döydünüz” – Gərəhməz idi – “Haydı, ardımca gəlin, Ata yeri

qayasının başına çıxmalıyıq”.

Adamlar yuxudan ayıldılar elə bil. Yaş çökəkdə nə çevrə vardı, nə də onun

içində vurnuxan ölülər.

İsfəndiyar kişi təəcüblə soruşdu:

“Şükür kişini görmədik axı!”

Gərəhməz ona çəpəki bir nəzər saldı:

“Şükür kişini işıqlı dünyadan çağıracağıq”.

Ata yeri qayasının üstündən kəndin bütün torpaqları görünürdü. Yamyaşıl

yamaclar sozalmış, dağlar balacalaşmış, bulaqlar azalmış, çaylar bulanmışdı. Göydəki

buludların hamısı tünd qara rəngdə idi. Göy qaş-qabağını sallamışdı.

İsfəndiyar kişi Ata yeri qayasının üstündən kəndin geniş, bərəkətli torpaqlarına

həsrətlə baxıb dərindən köks ötürdü:

“Babalarımız vaxtı ilə burda dayanıb kənd torpaqlarını adamlar arasında

bölüşdürmüşdülər, bir nəfər belə narazı qalmamışdı. Onların ruhu indi bizimlədir, bizə

kömək edəcəklər”.

Gərəhməz Ata yeri qayasını başındakı balaca düzəngahda saatlarla sağa-sola

qaçdı, qəribə hərəkətlər edə-edə əcaib dillərdə nəsə oxudu, ancaq heç nə alınmadı.

Hamı getdikcə daha böyük maraqla işıqlı dünyadan gələcək adamı gözləyirdi.

Artıq qüruba əyilən günəş Ata yeri qayasının başına toplaşan insanların üzünə

son dəfə işıq salırdı. Sanki onları bir-bir bağrına basır, əlacsız-köməksiz qoyub

getmək istəmirdi.

Gərəhməz qan-tər içində düzəngahın kənarındakı ağ mamırlı daşın üstündə

oturdu. Camaatdan tütün istədi, tüsdülədə-tüsdülədə gözlərini qıyıb çox uzaqlara

baxdı. Onun rəngi daha da saralmış, ovurdları çuxura düşmüşdü.

Lal-dinməz xeyli oturandan sonra əlini Çoban Səlimə uzatdı:

“Yaxın gəl, bala”.

Çoban Səlim qorxa-qorxa Gərəhməzə yaxınlaşdı.

“Çıxar tütəyini. Bu tütək kəndimizin İsrafil suru olacaq. Çal. Çal görək

harayımıza kim gəlir”.

Çoban Səlim tütəyi çalmağa başladı. Tütək çaldıqca dəliklərindən qan axır,

Səlimin nazik barmaqları qana bulaşırdı. Səlim gözlərini yumduğundan heç nəyin

fərqində deyildi.

Az keçməmiş göydən qayanın tilinə solğun bir işıq düşdü. Sonra uzun, ağ əba

geyinmiş nurani bir adam pilləkənmiş kimi işığın üstü ilə aşağı endi. Adamlar onun

nurlu sifətinə diqqətlə baxdılar. Gələn Şükür kişi idi.

11

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!