25.10.2014 Views

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

Kitabı yüklə - Kitabxana

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

“Arxamca gəlin!” Və sürətlə getməyə başladı. Adamlar ha qaçsalar da ona çata

bilmirdilər. Birdən onun addım atmadığını, eləcə göylə uçduğunu gördülər. Az sonra

kənd adamları da Gərəhməzlə birlikdə havada uçurdular.

Yaş çökəyə necə çatdıqlarını bilmədilər. Gərəhməz gələn kimi yerin altından

eşidilən qarışıq səslər kəsildi. O, Yaş çökəkdə xeyli hərlənəndən sonra böyük bir

çevrə cızdı, addımları ilə ölçüb çevrənin ortasını tapdı. Dodağının altında nəsə oxuyaoxuya

dabanı ilə nəm torpağı eşib balaca bir oyuq açdı, həmin oyuqdan nəsə

çıxarırmış kimi əllərini altdan yuxarı hərəkət etdirməyə başladı. Əllərinin hər ikisi göy

üzünə doğru açılıb dayananda Gərəhməz üzünü camaaata tutdu:

“Ölüləriniz narahatdır, sizinlə görüşmək istəyirlər, kimi çağırım əvvəlcə?”.

Adamlar çaşıb qaldılar, bir şey söyləyə bilmədilər.

“Bəlkə Səlimin atasını çağırım” – Gərəhməz eyhamla Kəndxudaya baxdı,

Kəndxuda yerində qurcuxdu.

Gərəhməz bir də soruşdu:

“Kimin ölüsünü çağırım? İrəli durun!”.

Camaatın arasında narahat bir uğultu gəzdi, amma heç kim yerindən

tərpənmədi.

“Nə gərnəşirsiz?! Hamının öləndən sonra yurdunu kor qoyduğu bir-iki qohumu

var. Maşallah, bu barədə səxavətiniz əskik olmayıb. Amma kefinizi pozmayın, onlar

bu ağır gündə belə üzünüzə baxmaq istəmirlər”.

Hamı İsfəndiyar kişiyə tərəf çevrildi. İsfəndiyar kişi boğazını arıtlayıb irəli

durdu:

“Rəhmətlik Şükür kişini çağır. O, böyük ağsaqqal olub, gör bizə nə məsləhət

verir”.

“Bilirəm” – Gərəhməz dilləndi – “Kəndin ən hündür damının üstünə çıxıb, filan

qızı filan oğlana verdim söylərdi. Valideynlər heç nə deməzdilər. Çünki Şükür kişi

heç vaxt layiq olmayanları evləndirməzdi. Həmin ailələr ən möhkəm ailələr olurdu.

Amma bu ailələrdən siz doğuldunuz!”

Gərəhməz qəflətən əllərini kənara açıb dal-dala qaşa-qaça qışqırdı:

“Haddın! Haddın! Haddın! Brrəvın! Brəvvın! Brrəvın!”

Bayaqkı oyuqdan uğultuyla torpaq püskürməyə başladı. Torpaq havada tüstü

kimi görünür, yerə qayıdınca, heykəllərin üstünə tökülürmüş kimi adam şəkli alırdı.

Sanki əvvəldən kəndin ən dərin dərəsi olan Yaş çökək gözəgörünməz adamlarla dolu

imiş. Gərəhməz onların üstünə torpaq tökən kimi görünməyə başladılar.

Bu adamlar hamısı çılpaq idi. Üz-gözlərini, ayıb yerlərini torpaq örtsə də, kənd

adamları öz ölülərini tanıdılar. Onlar yerin altında olduğu kimi qarışıq səslər çıxarır,

narahatlıqla ora-bura qaçışırdılar. Ölülər ağzını açdıqca onların dilinin yerində bir

ovuc çürüntü görünürdü. Odur ki, danışa bilmir, dəhşətli bir hadisənin şahidi

olduqlarını hərəkətləri ilə dirilərə anlatmağa çalışırdılar. Deyəsən, heç qohumlarını da

tanımırdı bu adamlar. Ruhları, yaddaşları yox idi bəlkə də… Tanrıdan beş-on

dəqiqəlik möhlət istəmişdilər, tanrı da sadəcə can vermişdi onlara. Ona görə daha çox

heyvan sürüsünə bənzəyirdilər. Cürbəcür dəhşətli səslər çıxarıb sağa-sola qaçışan,

10

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!