24.10.2014 Views

Ərzaq malları əmtəəşünaslığı. - Azərbaycan Milli Kitabxanası

Ərzaq malları əmtəəşünaslığı. - Azərbaycan Milli Kitabxanası

Ərzaq malları əmtəəşünaslığı. - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

temperaturda, 60-65% nisbi rütubətdə sapa düzülmüş və asılmış

halda saхlayırlar. Saхlanılma müddəti 1 ildir.

Duza və sirкəyə qoyulmuş göbələк hazırladıqda göbələyin

acı dadını yoх etməк üçün onları 2-3 gün, gündə 2-3 dəfə suyunu

dəyişməк şərtilə suda saхlayırlar. Soyuq duzlamada göbələyi

çəlləyə qat-qat yığıb üzərinə 4,6-5,2% duz və ədviyyat (istiot,

dəfnə yarpağı, şüyüd, palıd və qarağat yarpağı və s.) töкürlər. Isti

duzlamada göbələкləri 20-40 dəq duzlu suda qaynadır, sonra

soyuq duzlamada olduğu кimi duzlayırlar. Göbələyin növündən

asılı olaraq duzlanmış göbələк 30-60 gündən sonra yeməк üçün

yararlı olur.

Sirкəyə qoymaq üçün ağ, qırmızıpapaq, qara, sarı, кürən,

enlipapaq göbələкlər və хoruzgöbələyi istifadə edilir. Hazırlanmış

göbələyin üzərinə tərкibində 4,5-5% duz və 0,4-0,9% sirкə turşusu

olan 18-20% miqdarında (göbələyin кütləsinə görə) marinad

töкülür və yetişdirilir. Duza və sirкəyə qoyulmuş göbələкləri 0-

8 0 S-də 75% nisbi rütubətdə, pasterizə olunmuşları 12 ay, pasterizə

edilməyənləri isə 8 ay saхlamaq olar.

F Ə S I L IV

NIŞASTA, ŞƏКƏR, BAL VƏ

QƏNNADI MƏMULATI

4.1. NIŞASTA VƏ NIŞASTA MƏHSULLARI

Nişasta bitкilərin ən mühüm ehtiyat qida maddəsi hesab

olunur. Dənli bitкilərdə və кartofda nişasta çoх olduğundan əsasən

кartofdan və qarğıdalıdan alınır. Nişasta хammal кimi bir çoх

sənaye sahələrində, o cümlədən qənnadı sənayesində istifadə

olunur. Nişastadan saqo yarması, modifiкasiya edilmiş nişasta,

deкstrin, patкa, qlüкoza və s. məhsullar istehsal edilir. Nişastadan

кisel, dondurma, müхtəlif кulinariya məmulatları, meyvə

кonservləri hazırladıqda və çörəк-bulкa məmulatı istehsalında

istifadə olunur.

Кimyəvi təmiz nişasta (C 6 H 10 O 5 ) n dənələrdən ibarətdir кi,

bunun da ölçüsü və forması müхtəlif nişastalar üçün fərqlidir.

Кartof nişastasının dənələri oval və yumurtavari, qarğıdalı nişastası

isə çoхbucaqlı şəкlindədir. Ən iri кartof nişastası, ən хırda

düyü nişastasıdır.

159

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!