06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

dövrləri ilə əlaqələndirilir. Milli sərhədlərin dəyişdirilməsi, şübhəli siyası

məqsədlərə çatmaq üçün millli liderlərin siyasi sistemlə manipulyasiyası

və/və ya mənfi münasibətdən əziyyət çəkən irqi, dini və ya etnik

azlıqların kənar və ya izolə edilməsi üçün vətəndaşlığın verilməsindən

imtina və ya məhrum etmə dünyanın bütün regionlarında apatridlərin

yaranmasına gətirib çıxarır. Son 20 il ərzində vətəndaşlıqdan məhrum

edilmiş və ya vətəndaşlıq almaq imkanı olmayan şəxslərin sayı getdikcə

artırdı. Bu vəziyyət olduğu kimi qalarsa, hüquqların davamlı pozulması

nəticədə bu problemlərdən əziyyət çəkən şəxslərin köçməsinə gətirib

çıxara bilər.

“Vətəndaşlıqdan məhrum edilmək, sivilizasiyanın nailiyyətlərindən

məhrum olmaq deməkdir. Bu primitiv, mağara həyatına qayıtmaq

kimidir... İnsan bütün keyfiyyətlərini itirir, halbuki, başqalarının onu

bu keyfiyyətlərə görə özlərinə bərabər sayırlar. O, iz qoymayıb,

dunyaya heç nə buraxmayıb yaşaya və ölə bilər. ”.

Xanna Erendt, Totalitarizm tarixçisi

Hazırkı təlimatın məqsədi parlament üzvlərinə vətəndaşlıq və

vətəndaşsızlığı nizamlayan beynəlxalq prinsipləri müfəssəl şəkildə

göstərməkdən ibarətdir. Beynəlxalq hüquq Dövlətlərə vətəndaşlarının

ilkin məcmusunun müəyyən edilməsi məsələlərində və vətəndaşlığın

alınması, itirilməsi və saxlanılması sahəsində geniş imkanlar yaradır.

Lakin, XX əsr ərzində bərqərar olmuş humanitar prinsiplər bu azadlığı,

o, vətəndaşsızlığa gətirib çıxarırsa və/və ya ayrıseçkiliklə tədbiq edilirsə,

məhdudlaşdırılır.

Dövlətlərin vətəndaşsızlıqla bağlı problemlərin həlli ilə əlaqədar birbiri

ilə əməkdaşlıq etmələrinə baxmayaraq, yenə də əvvəlki kimi bütün

dünyada milyonlarla insanın vədəndaşlığı yoxdur. Hazırkı təlimatda

beynəlxalq hüquq, xüsusilə, Vətəndaşlığı Olmayan Şəxslərin Statusuna

dair 1954-cü il Konvensiyası tərəfindən müdafiə olunan apatridlərin

hüquq və vəzifələri müzakirə olunur (BMT QAK-ın səylərinə baxmayaraq,

2008-ci il 31 iyul tarixinədək 1954-cü ilin Konvensiyasını yalnız

63 ölkə ratifikasiya edib və ya qoşulub, müqayisə üçün isə Qaçqınların

statusuna dair 1951-ci il Konvensiya və/və yaxud 1967-ci il protokolunu

isə 147 ölkə ratifikasiya edilib və ya qoşulub). Təlimatda, həmçinin,

vətəndaşsızlığın səbəbləri və hakimiyyət tərəfindən daxili qanunvericiliyin

vətəndaşsızlığa gətirməmək şərti ilə istifadə etmələri müzakirə

edilir.

BMT QAK vəzifələrinə apatridlərin sayının azaldılması və onlara

vətəndaşlığın alınmasında köməkliyin göstərilməsi daxil olan agentlik-

7

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!