06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Hər konvensiyada yalnız məhdud sayda qeyd-şərt qoymaq olar.

Parlament üzvləri Konvensiyaların təsirli tətbiqini necə təmin edə

bilərlər?

Hər iki Konvensiyanın təsirli tətbiqi üçün milli qanunvericilik qəbul

edilməli və ya ona müvafiq əlavələr edilməlidir. Hər ölkənin hüquqi

ənənələrini və ehtiyatlarını beynəlxalq öhdəliklərə uyğunlaşdırmaq

məqsədi ilə BMT QAK dövlətlərə öz mütəxəssislərinin məsləhətlərini

təklif edə bilər.

Parlament üzvləri öz Ölkələrinin hökumətlərini Konvensiyaya

qoşulmağa sövq etmək üçün hansı təcrübi addımlar ata bilərlər?

- Müəyyən Ölkənin Konvensiyalardan birinə və ya hər ikisinə qoşulub

qoşulmadığını müəyyən etmək lazımdır.

- Ölkə Konvensiyalara hələ qoşulmayıbsa, bu barədə hökumətə yazılı,

yaxud şifahi sorğu vermək və ya müvafiq təşəbbüslə çıxış etmək

lazımdır.

- Ratifikasiya və ya qoşulma barədə ağlabatan müddətdə parlamentə

təklif verilibsə, zəruri məlumatın təhlilindən sonra onun qəbuluna səs

vermək lazımdır.

- Hökumət ağlabatan müddətdə təklifi parlamentin müzakirəsinə çıxarmadıqda,

parlament prosedurundan istifadə edərək, gecikdirilmənin

səbəbləri barədə hökumətə sorğu göndərmək və hökuməti təcili olaraq

ratifikasiya /qoşulma prosesinə başlamağa sövq etmək lazımdır.

- Hökumət Konvensiyalardan biri və ya hər ikisini imzalayıb, lakin

ratifikasiya prosesini gecikdirirsə, parlament prosedurundan istifadə

edərək, gecikdirilmənin səbəbləri barədə hökumətə sorğu göndərmək

və hökumətə bu prosesi tezləşdirməyi tövsiyə etmək lazımdır. Bu

məqsədlə qanunvericilik təşəbbüsü hüququndan istifadə etmək olar.

- Hökumət Konvensiyanın ratifikasiyasına və qoşulmaya etiraz edirsə,

bu mövqenin səbəblərini dəqiqliyi ilə təhlil etmək lazımdır. Zərurət olduqda

şübhələrin və anlaşılmazlığın aradan qaldırılmasında kömək etmək

və bu prosesin tezləşdirilməsi məqsədi ilə mövcud siyasi əlaqələrdən

istifadə etmək lazımdır. Konvensiyaların ratifikasiyası və /və ya

qoşulmaya dair məsələnin müsbət həlli üçün seçicilərin dəstəyindən

istifadə etmək lazımdır.

67

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!