06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Daxili İşlər Nazirliyi və İmmiqrasiya İdarəsinin Müfəttişi tərəfindən

hazırlanmış inzibati prosedurlar sadə, qısa və ədalətlidirlər.

Vətəndaşlığı olmayan şəxslər üçün iki fərqli prosedur nəzərdə

tutulub:

- de facto vətəndaşlığı olmayan şəxslər (adətən Hindistanın 1982-

ci il bəyanatından sonra qüvvəsini itirmiş hindistan pasportu olan

şəxslər) Şri-Lanka vətəndaşlığını könüllü olaraq almaq niyyətlərini

bəyan etməlidirlər. Bu adətən ailə başçısı tərəfindən edilir. Sonra

müvafiq ərizə İmmiqrasiya idarəsi tərəfindən imzalanır. Ərizə təsdiq

edildikdən sonra bütün ailə üzvlərinə vətəndaşlıq verilir.

- de jure vətəndaşlığı olmayan şəxslər yazılı ərizə verməli deyillər,

lakin onlara xüsusi bəyannamə formasını doldurmaq tövsiyə edilir.

Dövlət məmurları tərəfindən imzalandıqdan sonra bu bəyannamə

gələcəkdə şəxsiyyəti təsdiq edən sənədlərin alınması prosedurunu

asanlaşdıracaq.

Prosedurların hər ikisi pulsuzdur, onlar üçün müddətlər müəyyən

edilməmişdir.

2003-cü ilin dekabr ayında BMT QAK və Seylon İşçilərinin Konqresi

eyni zamanda 500 könüllü üçün seminar keçirmişdilər. Bu könüllülər

sonradan bütün çay plantasiyaları regionu üzrə 50 səyyar mərkəzdə

işləyirdilər. Tədris prosesində könüllülər vətəndaşsızlıq problemi ilə

əlaqədar əsas faktlar, bu problemlə bağlı 1948-ci ildən sonra qəbul

edilmiş müxtəlif qanunlar, yeni qanun və onun meyarları barədə

məlumat alırdılar.

2003-cü il dekabr ayında 10 gün ərzində səyyar mərkəzlərin

əməkdaşları vətəndaşlığın alınmasına dair müraciətlər qəbul edirdilər.

BMT QAK bu kampaniyanı maliyyələşdirirdi və müraciətçilərin

yüksək məlumatlılığını və qərarların könüllü olaraq qəbul edilməsini

təmin etmək məqsədi ilə prosesin monitorinqini həyata keçirirdi.

Ayın sonunda 190 minə yaxın ailə başçısı Şri-Lanka vətəndaşlığını

almışdı. Bunlarda 80 minə yaxış şəxslərin əvvəl Hindistan pasportu

olub, qalanları isə de jure vətəndaşlığı olmayan şəxslər olub.

2004-cü ilin iyul və avqust aylarında ölkənin şimal-şərqində analoji

kampaniya keçirilmişdir. 2000-dən artıq insan vətəndaşlıq almaq üçün

ərizə ilə müraciət edib və onlara vətəndaşlıq verilmişdir. Daha sonra

tamillərin bir hissəsi öz dairələrində hökumət nümayəndəsi vasitəsi

ilə müraciət edərək və ya paytaxt Kolomboda İctimai Təhlükəsizlik,

Qanunçuluq və Asayiş Nazirliyinin Vətəndaşlıq Məsələləri üzrə

Şöbəsinə birbaşa müraciət edərək vətəndaşlıq almışdılar.

61

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!