06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

nümayəndələri daxildir). İcraçı Komitənin vətəndaşsızlıq məsələlərinə

dair 1995-ci il Rəyi “QAK-ı apatridlərin maraqlarına uyğun fəaliyyətlərini

davam etməyə çağırır” və “QAK-ın dövlətlərin Vətəndaşlığı olmayan

şəxslərin statusuna dair 1954-cü il Konvensiyasına qoşulmalarında

fəal dəstək verməsini xahiş edir”. İcraçı Komitənin Rəyi, həmçinin,

vətəndaşsızlığın qarşısının alınmasını və azaldılmasını məlumatın

yayılması və əməkdaşların və məmurların peşəkar tədrisi vasitəsi

ilə fəal dəstəkləməsini, və digər maraqlı təşkilatlarla əməkdaşlığın

genişləndirilməsini” xahiş edir.

1996-cı ildə BMT-nin Baş Məclisi, həmçinin Ali Komissarı vətəndaşlığı

olmayan şəxslərin maraqlarına uyğun işi davam etməyə, 1954 və 1961-

ci il Konvensiyalarına riayət edilməsinə və yeni üzvlərin qoşulmasına

dəstək verməyə çağıran qətnaməni (A/RES/50/152) qəbul etmişdir.

Qətnamə, həmçinin, BMT QAK-dan “maraqlı Dövlətlərə vətəndaşlıq

barədə qanunvericiliyin hazırlanması və həyata keçirilməsi ilə əlaqədar

texniki və məsləhətçi xidmətlərinin göstərilməsini” xahiş edir.

Həmin Qətnamədə Baş Məclis “Dövlətləri vətəndaşsızlığın azaldılması

və qabaqcadan vətəndaşlıq alınmadan vətəndaşlıqdan və ya onun

verilməsindən imtina etmək imkanını yaradan müddəaların çıxarılması

məqsədi ilə, beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq,

vətəndaşlıq haqqında qanunlar qəbul etməyə, eyni zamanda Dövlətin

vətəndaşlığın verilməsini, ondan imtina və itirilməsini nizamlayan

qanunlarını qurmaq hüquqlarını tanımağa çağırır”.

BMT QAK-ın İcraçı Komitəsi tərəfindən (Rəy № 92 [LIII] a) təqdir

edilən və 2002-ci ildə BMT Baş Məclisi tərəfindən dəstəklənən Müdafiə

Proqramında vətəndaşlıqsız şəxslərin köçürülməsinin və qaçqınların

yaranmasının səbəblərindən biri olduğu qəbul edilir. BMT QAK tərəfindən

keçirilən beynəlxalq müdafiə üzrə Qlobal məsləhətləşmələrin nəticəsi

olan Müdafiə proqramına məqsəd və vəzifələrin müəyyən edilməsi və

qaçqınların beynəlxalq müdafiəsinin gücləndirilməsi üçün tələb olunan

fəaliyyətlərin siyahısı daxildir. Bu sənəd, Dövlətlərin, hökumətlərarası

və qeyri-hökumət təşkilatlarının geniş əndişə və təklif sahələrini əks

etdirir və konkret hərəkətlər üçün rəhbərdir. Vətəndaşsızlıq problemini

həlli burada şəxslərin məcburi köçürülməsinin qarşısının alınmasının və

onların vətəndaşlıq hüququnun həyata keçirilməsinin əsas yollarından

biri kimi göstərilir.

İşçilərinin uzun illər ərzində hərəkətsiz qalan apatridlərin yolverilməz

böyük sayı barədə narahatçılığı bildirərək İcraçı Komitə 2004-cü ildə

BMT QAK-ı yaranan vəziyyətdə həll yollarının axtarılması üçün müvafiq

Dövlətlərlə iş üzrə daha fəal rol oynamağa çağırır. İcraçı Komitə

57

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!