06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

56

IV FƏSİL

BMT QAK-ın rolu

BMT QAK fəaliyyətinin 1950-ci ildə başlanğıcından vətəndaşsızlıq

problemləri və vətəndaşlığı olmayan şəxslərlə məşğul olur. Bu müəssisə

BMT-nin qaçqınların müdafiəsi və fəlakət vəziyyətindən çıxış yollarını

axtarmaqda dəstək Mandatına malikdir. Bütün bu illər ərzində BMT

QAK-ın köməklik etdiyi qaçqınlardan çoxu həm də vətəndaşlığı olmayan

şəxslər olublar. Keçmiş onilliklər ərzində Dövlət tərəfindən müdafiənin

itirilməsi (və ya bu cür müdafiədən imtina) və vətəndaşlığın itirilməsi (və

ya vətəndaşlığın verilməsindən imtina) arasında aydın əlaqə nümayiş

etdirilmişdir. İndiki zamanda vətəndaş olmağın və vətəndaşlıqla əlaqədar

hüquqlarını həyata keçirə bilmənin, məcburi köçürülmənin qarşısını ala

bildiyi faktı ümumi qəbul olunmuş sayılır.

BMT QAK vətəndaşsızlıq probleminin həllində necə

iştirak edirdi?

Keçmiş illər ərzində BMT QAK-ın inkişafı ilə birlikdə, vətəndaşsızlıq

hallarının azaldılmasında və apatridlərə köməyin göstərilməsində

onun rolu da artırdı. BMT QAK-ın vətəndaşsızlıq sahəsində fəaliyyəti

beynəlxalq müqavilələrə, BMT-nin Baş Məclisinin qətnamələrinə və

təşkilatın şəxsi konsultativ orqanın – Ali Komissarın Proqramının İcraçı

Komitəsinin (İcraçı Komitə) tövsiyələrinə uyğun həyata keçirilir.

Vətəndaşlığı olmayan şəxslərə dair 1954-cü il Konvensiyasının lazımi

tətbiqinə nəzarətə dair orqanın yaradılması barədə müddəalar yoxdur.

Lakin, Vətəndaşsızlığın azaldılmasına dair 1961-ci il Konvensiyasının

11-ci maddəsi “hazırkı Konvensiya əsasında müəyyən üstünlüklər tələb

edən şəxslərin, onların tələblərinə baxılması və müvafiq hakimiyyət

orqanı tərəfindən onların işinə baxılması üçün müraciət edilməsində onlara

köməklik göstərilməsi xahişi ilə müraciət edə biləcəyi müəssisənin”

yaradılmasına çağırır. 1975-ci ildə Konvensiya qüvvəyə minəndə BMTnin

Baş Məclisi bu funksiyanı BMT QAK-ın üzərinə qoymuşdu. Təşkilatın

vəzifələri sonrakı qətnamələrdə dəqiqləşdirilmişdir.

1995-ci ildə Ali Komissarın Proqramının İcraçı Komitəsi vətəndaşsızlıqla

əlaqədar geniş məsələlər dairəsi üzrə rəhbər müddəaları təsdiq etmişdir.

Bu müddəalar vətəndaşsızlığın qarşısının alınması və azaldılması və

apatridlərin müdafiəsi barədə Rəydə göstərilmişdir (Rəy № 78), (İcraçı

Komitəyə ECOSOC tərəfindən onların qaçqın problemlərinə göstərdikləri

maraq əsasında seçilmiş - 2008-ci il 31 iyul tarixinə 76 – ölkənin

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!