06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Razılığa gələn Dövlətlər yuxarıda göstərilən əsaslarla, yalnız onlar

aşkar şəkildə Konvensiyanın imzalanması, onun ratifikasiyası

və ya ona qoşulma anında qanunda göstərildiyi halda və onların

qanunvericiliklə uzlaşdığı və işə ədalətli baxılması hüququ kimi,

hərtərəfli prosedur zəmanətləri ilə müşayiət olduğu halda, fərdi

vətəndaşlıqdan məhrum edə bilərlər. Razılığa gələn Dövlət müəyyən

şəxsi və ya şəxslər qrupunu irqi, etnik, dini və siyasi əsaslarla

vətəndaşlıqdan məhrum edə bilməz.

Ərazinin verilməsi (Maddə 10)

Müqavilələr ərazinin verilməsi nəticəsində vətəndaşsızlıq hallarının

yaranmamasını təmin etməlidirlər. İmzalanmış müqavilələr olmadıqda

Dövlət (Dövlətlər) əks halda vətəndaşlığı olmayan şəxslərə çevrilə

biləcək fərdlərə vətəndaşlıq verməlidirlər.

Beynəlxalq təşkilat (Maddə 11)

Konvensiya, BMT çərçivəsində Konvensiyanın təsiri altında

düşdüyünü hesab edən şəxslərin onların tələblərinə baxılması

və müvafiq hakimiyyət orqanı tərəfindən onların işinə baxılması

üçün müraciət edilməsində onlara köməklik göstərilməsi xahişi ilə

müraciət edə biləcəyi müəssisənin yaradılmasına çağırır. Baş Məclis

bu öhdəliyi BMT QAK-ın üzərinə qoymuşdu.

Mübahisələrin həllinə dair (Maddə 14)

Razılığa gələn Dövlətlər arasında başqa üsulla həll edilə bilməyən

mübahisələr, mübahisə edən Tərəflərdən hər hansı birinin tələbi ilə

Beynəlxalq Ədalət Məhkəməsinə verilir.

Yekun müddəa

Yekun müddəa de facto vətəndaşlığı olmayan şəxslərə mümkün

olduğu qədər de jure vətəndaşlığı olmayan şəxslər kimi baxılmasını

tövsiyə edir, bu da onlara vətəndaşlıq almaq imkanını yaradacaq.

55

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!