06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ayrı-seçkilik və ya vətəndaşlıqdan əsassız məhrumetmə ilə

əlaqədar səbəblər

Ayrı-seçkilik.

Vətəndaşlığın verilməsi və verilməsindən imtina məsələlərində

Dövlətlərin hərəkət azadlığını məhdudlaşdıran əsas prinsiplərdən biri,

irqi ayrı-seçkiliyin qadağan edilməsidir. Bu prinsip İrqi ayrı-seçkiliyin

bütün formalarının ləğv edilməsinə dair Konvensiyada və bir çox başqa

sənədlərdə əks etdirilir. İrqi ayrı-seçkiliyin ləğvi üzrə BMT-nin Komitəsi

1 oktyabr 2004-cü il tarixli ayrı-seçkiliyə dair ümumi tövsiyələrində

göstərmişdir ki, “irq, dərisinin rəngi, mənşə, milliyyət və etnik mənşə

əsasında vətəndaşlıqdan məhrum etmə Dövlətlərin öhdəliklərinin,

xüsusilə, ayrı-seçkilik olmadan vətəndaşlıq vermə öhdəliyinin

pozulmasıdır”.

Lakin, hərdən bəzi şəxslər müəyyən Dövlətin, bu Dövlətlə sıx bağlılığının

olmasına baxmayaraq, vətəndaşlığını ala bilmirlər. Başqaları üçün bu

əlaqənin mövcudluğu vətəndaşlıq almaq üçün kifayət ola bilərdi. İrq,

dərisinin rəngi, etnik mənşə, din, cins, siyasi baxışlar və digər amillərə

görə ayrı-seçkilik açıq-aşkar və ya qəsdsiz qanunlarda və ya onların

tətbiqində baş verə bilər. Qanunları, onlara qabaqcadan müəyyən

münasibət bildirən ifadələr daxil olduqda və ya onların tətbiqi ayrıseçkiliyə

gətirib çıxardıqda, ayrı-seçkilik adlandırmaq olar.

Bu problemdən necə qaçmaq olar:

- Vətəndaşlığa dair ayrı-seçkiliyin yolverilməzliyi prinsipinin konstitusiya

və vətəndaşlıq haqqında qanunlara daxil edilməsi və inzibati və

məhkəmə qərarlarının əsasında bu prinsipin həyata keçirilməsi vacibdir.

- Dövlətlər, həm ölkə daxilində, həm də başqa Dövlətlərlə əməkdaşlıqda,

hər bir uşağın doğulduqda vətəndaşlıq almaq imkanı olması üçün

bütün zəruri tədbirləri görməlidirlər. Bu müddəaya görə nikahda olan

valideynlərdən olan uşaqlar, nikahdan kənar doğulan uşaqlar, və

vətəndaşlığı olmayan valideynlərdən olan uşaqlar vətəndaşlıq almağa

bərabər hüquqları var.

- Ərdə olan qadının vətəndaşlığına dair 1957-ci il Konvensiyası və

Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvinə dair 1979-

cu il Konvensiyası qadınlara vətəndaşlığın alınması, dəyişdirilməsi

və saxlanılması məsələlərində kişilərlə yanaşı bərabər hüquqların

52

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!