06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

imkanını nəzərdə tutan Avropa Konvensiyasının 7.1.a maddəsində

yer almış başqa vətəndaşlığın tanınmaması barədə müddəa əsasında

həll edilə bilər. Dövlət, həmçinin, maraqlı şəxsdən başqa vətəndaşlığı

olmadığı və olmayacağı barədə yazılı bəyanat tələb edə bilər. Bu,

Dövlətə, nəticədə maraqlı şəxsin yalan bəyanat verdiyi aşkarlandığı

halda öz vətəndaşlığını ləğv etməyə imkan yaradacaq.

Faydalı təcrübə: Çexiya Respublikası

1 yanvar 1993-cü il tarixində, əvvəllər Çexoslovakiya adlanan Dövlət

dağıldıqda, hər iki varis Dövlət - Çexiya Respublikası və Slovakiya

Respublikası – hər ölkənin vətəndaşlarının ilkin məcmusunu müəyyən

etmiş vətəndaşlıq haqqında yeni qanunlar qəbul etdi və əsasında onların

vətəndaşlığının verildiyi proseduru müəyyən etdilər. Lakin hər iki qanun

məcmusu Çexoslovakiyanın 1969-cu ildə qəbul olunmuş vətəndaşlıq

haqqında qanunu əsasında hazırlanmışdı və bu səbəbdən yeni reallıqlara

uyğun deyildilər.

İki yeni yaradılmış Dövlətin vətəndaşlıq haqqında qanunlarına əsasən

1954-cü ilə qədər anadan olmuş şəxslər, yəni Çexoslovakiya Sosialist

Respublikasının federativ dövlətə çevrildiyi tarixə qədər 15 və daha

çox yaşı olan şəxslər bu dövlətlərin ərazisində doğulublarsa onların

vətəndaşları olurdular (jus soli). 1954-cü ildən sonra doğulmuş şəxslər ya

jus soli əsasında (qarışıq çex/slovak vətəndaşlığı olan valideynlərdən olan

şəxslər adətən doğulduqları yerdən asılı olaraq vətəndaşlıq alırdılar) və ya

valideynlərinin vətəndaşlığı əsasında (jus sanguinis) – hər iki valideynin

vətəndaşlığı eyni olduqda, bu Dövlətlərin vətəndaşı olurdular.

Nəticədə, ömür boyu Çexiya Respublikasında yaşayanların çoxu Slovakiya

vətəndaşlığı aldılar və əksinə. Çexiya Respublikasında yaşayan etnik azlıq

olan qaraçıların əksəriyyəti hüquqi cəhətdən çıxılmaz vəziyyətə düşdülər,

ona görə ki, onların çoxu Slovakiya ərazisində doğulmuş və ya onların

əcdadları Slovakiyada doğulmuşdular.

Slovakiyanın vətəndaşlıq haqqında qanunu Çexoslovakiyanın bütün

keçmiş vətəndaşları üçün vətəndaşlıq almaq hüququnu məhdudlaşdırmırdı,

lakin Çexiya Respublikasının vətəndaşlıq haqqında yeni qanunu əsasında

Çexiya vətəndaşlığının verilə biləcəyi sərt tələblər qoymuşdu. Çexiya

vətəndaşlığını almaq üçün şəxs aşağıdakı şərtlərə uyğun gəlməli idi:

- Federasiyanın dağılmağından əvvəl iki il ərzində Çexiya

Respublikasının ərazisində daimi yaşamalı və qeydiyyatda

olmalıdır;

50

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!