06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

alınmamasının sübutunu tələb etməməlidir”.

8-ci maddənin birinci paraqrafı vətəndaşlığın alınmasında sübut etmə

şərti ilə bağlı standart tələblərin yerinə yetirilməsinin fərd üçün qeyrimümkün

və ya artıq dərəcədə çətin olduğu halları müzakirə edir. Bəzi

hallarda fərdin onun mənşəyini təsdiq edən bütün sənədləri təqdim

etməyə imkanı olmaya bilər. (məsələn, vətəndaşlıq aktlarının qeydiyyat

arxivi məhv edilibsə). Bəzən, yaşayış yerinin qeydiyyatı aparılmırsa,

yaşayış yeri barədə sənədli sübutlar gətirmək də qeyri-mümkün olur.

Göstərilən müddəa, həmçinin, bu cür hallara aiddir ki, fərd tələb olunan

sübutları gətirə bilər, lakin bu düşüncəsiz olardı. Məsələn, bu halda

sübutların təqdim edilməsi ərizəçinin səhhəti və həyatını təhlükə altına

atır. Sübutların gətirilməsini çətinləşdirən hallar hər zaman Dövlətlərin

varislik aktı ilə birbaşa əlaqədar deyillər. Onlar varislik aktından əvvəl və

ya sonra baş vermiş hadisənin nəticəsi ola bilər. (məsələn, sələf Dövlətin

rejimində vətəndaşlıq vəziyyəti aktlarının arxivi məhv edilmişdirsə və ya

müəyyən sənədlər əhalinin bəzi kateqoriyalarına verilmirdisə). Bu hallar

bu cür sübutların olmasının böyük ehtimalı və/və ya müstəqil ifadələr

varis Dövlətin vətəndaşlığını almaq üçün tələb olunan şərtlərin yerinə

yetirilməsində kifayət sayıla bilər.

8-ci maddənin ikinci paraqrafı sələf Dövlətin mövcudluğunu itirdiyi və

bunun nəticəsi olaraq bütün vətəndaşların öz vətəndaşlıqlarını avtomatik

olaraq itirdiyi hallara aiddir. Əgər varis Dövlət çoxvətəndaşlılığı qəbul

etmir və ya vətəndaşlıqların sayını məhdudlaşdırırsa, həmin Dövlət

maraqlı şəxsdən başqa vətəndaşlıq almadığı və ya vətəndaşlığı olmayan

şəxs olduğu barədə sübutlar tələb edə bilər. Başqa vətəndaşlığın

olmamağı və ya vətəndaşsızlıq barədə sübutların tələbini çox vaxt yerinə

yetirmək mümkün deyil. Ona görə ki, bu digər Dövlətlərin əməkdaşlığa

hazırlığından asılıdır. Varislik nəticəsində maraqlı şəxsin vətəndaşlığı

olmayan şəxsə çevrilmək təhlükəsi mövcud olduqda, varis Dövlət bu

şəxsə vətəndaşlıq verməzdən əvvəl başqa vətəndaşlıq almadığı və ya

vətəndaşlığı olmayan şəxs olduğu barədə sübutlar tələb etməməlidir.

Bu qayda üstünlük təşkil edən fikir üzərində qurulub ki, vətəndaşsızlığın

azaldılması dünya ictimaiyyəti üçün prioritetdir, eyni zamanda bir neçə

vətəndaşlıq almaq və ya onlardan imtina etmək hər Dövlətin fərdi

şəkildə həll etdiyi məsələdir.

Bu müddəalar, ərazisində çoxvətəndaşlılıq hallarının azaldılmasına

çalışan Dövlətin başqa Dövlətlərlə əməkdaşlığına və vətəndaşlığın

alınması və itirilməsinə dair məlumat mübadiləsinə əngəl yaratmır. Çoxvətəndaşlılıq

problemi Milli qanunlar arasında ziddiyyətlərə dair bəzi

məsələlər haqqında 1930-cu il Haaqa Konvensiyasında və fərdin könüllü

olaraq başqa vətəndaşlıq aldıqda, vətəndaşlığın avtomatik itirilməsi

49

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!