06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

dağıldıqda, süquta uğramış Dövlətin yerində yeni varis-Dövlət (Dövlətlər)

yarandıqda və ya Dövlət müəyyən müddətdən sonra bərpa olunduqda,

milli qanunvericilik və təcrübə qaçılmaz olaraq dəyişilir. Bu hadisələrdən

hər biri vətəndaşlıq haqqında yeni qanun və fərmanların və /və ya yeni

inzibati prosedurların qəbul olunmasına təkan verir. Bu halda fərdlər

yeni qanunvericiliyə/fərmana və ya inzibati prosedurlara müvafiq olaraq

vətəndaşlıq əldə edə bilməyərək və ya onlar qüvvədə olan qanunun

və təcrübənin yeni şərhi əsasında vətəndaşlıqdan məhrum edildikdə

vətəndaşlığı olmayan şəxslərə çevrilə bilər.

Bu problemlərdən necə qaçmaq olar:

- Vətəndaşsızlığın azaldılmasına dair 1961-ci il Konvensiyasının 10-

cu maddəsi göstərir ki, ərazinin verilməsi nəticəsində Razılığa gələn

Dövlətlər vətəndaşsızlıq hallarının yaranmamasını təmin etməlidirlər.

Dövlətlər ərazilərin bu cür verilməsi hallarında vətəndaşsızlıq hallarının

yaranmamasını təmin edən müddəaları özündə ehtiva edən iki və ya

çoxtərəfli müqavilələr bağlamalıdırlar. Bu cür müqavilələr olmadıqda

Dövlətlər əks halda vətəndaşlığı olmayan şəxslərə çevrilə biləcək

fərdlərə vətəndaşlıq verməlidirlər.

- Təcrübədə əhali adətən müəyyən əraziyə bağlıdır; lakin bəzi

beynəlxalq müqavilələr, konstitusion müddəalar və milli qanunvericilik

də, həmçinin varis Dövlətlərin vətəndaşlıqları arasından seçim imkanını

yaradırlar.

- Varislik haqqında müqavilələrə, həmçinin, Dövlətlərin dağılmasının

və ya bölünməsinin vətəndaşlığa təsirinə dair müddəalar da daxil edilə

bilər.

- Varis Dövlətlərə dair vətəndaşlıq sahəsində beynəlxalq hüququn

kodlaşdırılması və hazırlanması ehtiyacına cavab olaraq BMTnin

Beynəlxalq Hüquq Komissiyası (BHK) BMT-nin Baş Məclisinin

55/153 2001 qətnaməsində olan bu məsələ üzrə maddə layihələrini

hazırlamışdır. Maddə layihələri bildirir ki,

- Bütün maraqlı Dövlətlər Dövlətlərin varis olmaları tarixinə sələf

Dövlətin vətəndaşları olan şəxslərin varislik nəticəsində vətəndaşlığı

olmayan şəxslərə çevrilməmələri üçün müvafiq tədbirlər görməlidirlər;

- Varislik aktının təsiri altına düşən ərazidə daimi yaşayış yeri olan şəxs

varislik aktının qəbul edilmə tarixinə varis Dövlətin vətəndaşlığını almış

şəxs sayılır;

47

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!