06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

vətəndaşlıq haqqında qanunvericiliklərinə nikahı pozulmuş qadınlara

avtomatik olaraq əvvəlki vətəndaşlığını sadə ərizə nəticəsində bərpa

etmək imkanını yaradan müddəaları daxil etməlidirlər.

Vətəndaşlığın avtomatik itirilməsi.

Bəzi Dövlətlər ölkəni tərk etmiş və ya xaricdə yaşayan şəxslərin

vətəndaşlığını avtomatik olaraq ləğv edir. Şəxsin ölkəni cəmi bir neçə

ay müddətində tərk etdiyində vətəndaşlıqdan məhrum etmə çox vaxt

pis inzibati təcrübə ilə əlaqədardır. Beləliklə, şəxs bu dövlətin müvafiq

orqanlarında müntəzəm qeydiyyatdan keçmədikdə vətəndaşlıqdan

məhrum edilmə mümkünlüyü barədə məlumatlandırılmır. Bu şəxs doğum

və ya mənşə əsasında deyil naturalizasiya əsasında vətəndaşlığını əldə

edibsə, hətta müntəzəm qeydiyyatdan keçmə də şəxsə vətəndaşlıqdan

məhrum edilməyəcəyinə zəmanət vermək üçün kifayət olmaya bilər.

Vətəndaşsızlıq çox vaxt bu cür təcrübənin birbaşa nəticəsi olur.

Bu problemdən necə qaçmaq olar:

- Vətəndaşsızlığın azaldılmasına dair 1961-ci il Konvensiyasının 7(3)

maddəsi göstərir ki, fərd ölkədən getdiyinə, xaricdə yaşadığına, qeydiyatdan

keçmədiyinə görə və analoji səbəblərdən vətəndaşlığını

itirməməli və beləliklə vətəndaşlıqdan məhrum edilməməlidir. Konvensiyada

naturalizasiyalaşmış, xaricdə ardıcıl olaraq yeddi ildən artıq

yaşayan vətəndaşlara münasibətdə bu müddəaya istisnalar vardır.

Bu şəxslər müvafiq orqanlarda vətəndaşlıqlarını saxlamaq istəklərini

təsdiqləməlidirlər. Dövlətlər naturalizasiyalaşmış vətəndaşları bu

sahədə apardıqları siyasətləri barədə həm ölkə daxilində həm də

xaricində məlumatlandırmalıdırlar (konsulluq şöbələri vasitəsi ilə).

- Vətəndaşlıq haqqında Avropa Konvensiyası kimi daha sonra qəbul

olunmuş sənədlər Dövlətlərə vətəndaşı onun daimi xaricdə yaşadığı

səbəbindən, həmin şəxs nəticədə vətəndaşlığı olmayan şəxsə çevrilirsə,

vətəndaşlıqdan məhrum etməyə icazə vermir.

Dövlətlərin varisliyi ilə əlaqədar səbəblər

Ərazinin verilməsi və ya müstəqilliyi.

Beynəlxalq sənədlərdə və prinsiplərdə yalnız qismən müzakirə

edilən ərazinin verilməsi və ya müstəqilliyi uzun müddət ərzində

vətəndaşsızlığın səbəbi olmuşdu. Dövlətin ərazisində və ya

suverenliyində mühüm dəyişikliklər baş verəndə, məsələn, Dövlət

müstəmləkəlik metropoliyasından müstəqillik əldə etdikdə, Dövlət

46

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!