06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Uşaq Hüquqları haqqında Konvensiyaya (UHK) əsasən bütün uşaqlar

doğulduqları yerdən asılı olmayaraq doğulduqdan dərhal sonra qeydiyyata

alınmalıdırlar. Bütün uşaqların vətəndaşlıq almaq hüquqları var.

Uşağın vətəndaşlığı müvafiq Dövlətin qanunlarına əsasən müəyyən

edilir və bütün Dövlətlər uşağın doğulduğu yer və onun valideynləri

barədə məlumat istəyirlər. Doğum faktının sübutu olmadan, yəni doğum

haqqında şəhadətnamə olmadan uşağın şəxsiyyətini müəyyən etmək,

demək olar ki, mümkün deyil, bununla da o, vətəndaşlıq almaq hüququndan

məhrum edilir.

Bu problemdən necə qaçmaq olar:

- Dövlətlər UHK-nın 24-cü maddəsinə və MSHBP-nın 7-ci maddəsinə

əsasən doğumun sistematik qeydiyyatını təmin etmək üçün müvafiq

yerli hakimiyyət orqanlarını lazımi vasitələrlə təmin etməlidirlər. Zərurət

yarandıqda onlara beynəlxalq ictimaiyyət, xüsusi lə UNİCEF tərəfindən

dəstək verilə bilər.

- Uşağın doğulmasının qeydiyyatı zamanı Dövlət mübahisəli

vətəndaşlıq hallarını aşkar etməli və əks halda, uşaq apatrid olacaqsa,

öz vətəndaşlığını verməlidir. Vətəndaşsızlığın azaldılmasına dair

1961-ci il Konvensiyasına qoşulduqdan sonra, Konvensiyanın müvafiq

müddəaları milli qanunvericiliyə daxil edilməlidir. Bu müddəalar

hətta Dövlət 1961-ci il Konvensiyasına qoşulmadığı halda belə milli

qanunvericiliyə daxil edilməlidir.

- Vətəndaşlıq haqqında qanunvericilikdə uşağın doğulduğu ölkənin

vətəndaşlığını almağı barədə müddəalar olmalıdır. Bu uşaq doğulduqda

onun vətəndaşlığının müəyyən edilməsində səhv buraxıldığı hallarda

vətəndaşsızlığın qarşısını almağa imkan yaradır.

- Milli qanunvericiliyə əsasən nikahdan kənar doğulmuş uşaqlar üçün

nikahda doğulmuş uşaqlar kimi vətəndaşlığın doğulduqda verilməsi

maksimal dərəcədə əlçatan olmalıdır.

Bir çox ölkələrdə qadınlar öz vətəndaşlıqlarını uşaqlarına verə

bilməzlər, hətta uşaq anasının vətəndaşı olduğu Dövlətin ərazisində

doğulduqda, atasının isə vətəndaşlığı olmadığı halda belə. Bu halda

uşaq vətəndaşlığı olmayan şəxsə çevrilir.

Bu problemdən necə qaçmaq olar:

- Ərdə olan Qadının Vətəndaşlığına dair 1957-ci il Konvensiyası və

Qadinlara Qarşi Ayri-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi

43

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!