06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

42

Bu əlavə və dəyişikliklərin vətəndaşlığı olmayan şəxslərin problemlərinin

həllində böyük irəliləyişə nail olmaq imkanını yaratmalarına

baxmayaraq, ikili vətəndaşlığa konstitusion qadağa daxil olmaqla

Ukrayna vətəndaşlığını almaqda başqa əngəllər qalmaqda idi.

Məsələn, Krıma qayıtmazdan əvvəl de jure Özbəkistan vətəndaşı

olmuş repatriantlar Ukrayna vətəndaşlığını almamışdan əvvəl

formal olaraq Özbəkistan vətəndaşlığından imtina etməli idilər. Lakin

bunun üçün 100 ABŞ dolları məbləğində rüsum ödəmək, Kiyevdə

Özbəkistan səfirliyinə getmək və əksər hallarda bir ildən çox çəkən

inzibati prosedurdan keçmək lazım idi.

BMT QAK və ATƏT iki ölkə arasında danışıqlarda vasitəçi kimi

çıxış etdilər. Bu danışıqlar 1998-ci ildə vətəndaşlığın dəyişdirilməsi

prosedurunu sadələşdirən ikitərəfli sazişin qəbul edilməsi ilə

nəticələndi. Özbəkistan vətəndaşlıqdan imtinaya görə rüsum

almamağa və vətəndaşlıqdan imtina barədə ərizələrin Ukrayna

Daxili işlər Nazirliyinin Pasport İdarəsinin əməkdaşları tərəfindən

yığılıb Özbəkistan hökumətinə verilməsinə razılıq verdi. BMT QAK

narahatlığına cavab olaraq, Özbəkistan vətəndaşlığından imtina

ilə eyni zamanda Ukrayna vətəndaşlığını almaq imkanının yaradan

inzibati prosedur qəbul olunmuşdu. Bu da ərizəçilərin inzibati

prosedurların keçirilməsi müddətində vətəndaşlığı olmayan şəxslərə

çevrilməsinin qarşısını almağa imkan yaratdı. Göstərilən ikitərəfli

sazişin qüvvədə olduğu üç il müddətində Özbəkistandan olan 80

minə yaxın repatriant Ukrayna vətəndaşlığı almışdı. Daha sonra

Belarus (1999), Qazaxıstan (2000), Tacikistan (2001) və Qırğızıstan

Respublikaları ilə (2003) ikitərəfli sazişlər bağlanmışdır.

2001-ci ilin yanvar ayında Ukrayna Parlamenti vətəndaşsızlığın

qarşısının alınması üçün əlavə tədbirlər müəyyən edən yeni qanun

qəbul etmişdir. Digər müddəalarla birgə 2005-ci ildə yenidən baxılan

qanun ərizəçilərə Ukrayna vətəndaşlığını aldıqdan sonra bir il ərzində

başqa ölkələrin vətəndaşlıqlarından imtina etməyə və vətəndaşlıqdan

imtinaya görə rüsum Ukraynada minimal aylıq əmək haqqından çox

olduqda vətəndaşlıqdan imtina edilməsinin formal qaydalarına riayət

etməməyə icazə verir.

Xüsusilə uşaqlara aid qanunlar və təcrübə

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta (MSHBP) və

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!