06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

müdafiəsindən istifadə etmirlər.

Vətəndaşlığı olmayan şəxslərin ən yaxşı müdafiə yolları

hansılardır?

Vətəndaşlığı olmayan şəxslərin ən effektiv müdafiə yolu, ilk növbədə

vətəndaşsızlığı qeyri-mümkün edən qanunvericiliyin hazırlanmasıdır

(bax Fəsil 3, burada Vətəndaşsızlığın azaldılmasına dair 1961-ci il

Konvensiyası və onunla əlaqədar Dövlətin vətəndaşsızlığın azaldılması

və tam aradan qaldırılması üçün görə biləcəyi tədbirlər müzakirə edilir).

Lakin, vətəndaşsızlıq problemi tam aradan qalxmayana qədər,

vətəndaşlığı olmayan şəxslər kimi tanınan fərdlərin müdafiəyə

ehtiyacı var. Vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü

il Konvensiyasına qoşulma, həmçinin, müvafiq qanunvericiliyin qəbul

edilməsi vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələrinə riayət

olunmasını təmin edəcəkdir.

Yuxarıda göstərildiyi kimi, 1954-cü il Konvensiyası fərdin vətəndaşlığını

dəyişmir, eyni olaraq Dövlətlərin üzərinə qaçqın olmayan vətəndaşlığı

olmayan şəxsləri ərazisinə qəbul etməyə öhdəlik qoymur. 1954-cü il

Konvensiyasının müddəalarının tətbiqi vətəndaşlığın verilməsini əvəz

etmir. Bunun mümkün olduğu bütün hallarda, Dövlətlər ərazilərində

yaşayan vətəndaşlığı olmayan şəxslərin assimilyasiyasını və

naturalizasiyasını qanunvericiliyə və vətəndaşlıq məsələlərinə dair

təcrübəyə əsasən asanlaşdırmalıdırlar. Problemin bu cür həlli yerli inteqrasiya

adı altında məlumdur.

2005-ci ildə Qırğızıstan və Türkmənistan hökumətləri Tacikistandan

olan çoxsaylı vətəndaşlığı olmayan qaçqınlara, onlara sığınacaq

verən ölkədə normal həyata başlaya bilmələri üçün tezləşdirilmiş

formada vətəndaşlıq almaq üçün imkan yaratmışdılar.

Bəzi müstəsna hallarda vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu

onların yaşadıqları ölkədə qaydaya salına bilər. Bu cür şəxslərə

uyğun həll yolu başqa ölkəyə köçürülmə ola bilər. Baxmayaraq ki,

Dövlətlər tərəfindən tətbiq edilən köçürülmə amillərinə vətəndaşsızlıq

halları daxil deyil (köçürülmə adətən qaçqınlara münasibətdə tətbiq

edilir), BMT QAK-ın İcra Komitəsi Dövlətlərdən tətbiq etdikləri amilləri

genişləndirmək və onlara vətəndaşlığı olmayan şəxsləri daxil etməyə

çağırmışdı. İcra Komitəsinin № 95 (2003) saylı Rəyində deyilir:

35

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!