06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

vətəndaşlığı olmayan şəxslərin çoxlarının qanuni yaşadığı ölkəsi olmaya

bilər. Yol sənədləri bir tərəfdən vətəndaşlığı olmayan şəxslərin

eyniləşdirilməsinə səbəb olur, digər tərəfdən isə onlara müvafiq Dövlətin

ərazisinə girmək imkanını yaradır.

Yol sənədləri xüsusilə təhsil almaq, iş axtarmaq, müalicə və ya köçmək

məqsədi ilə xaricə getmək istəyən vətəndaşlığı olmayan şəxslərə vacibdir.

Konvensiyaya Əlavəyə əsasən Razılığa gələn hər Dövlət başqa

Dövlətlər tərəfindən verilmiş nəqliyyatdan istifadə sənədlərini tanımalıdır.

BMT QAK bu cür sənədlərin verilməsinə dair texniki tövsiyələr edə

bilər.

Vətəndaşlığı olmayan şəxs kimi tanınan fərdi Dövlət ölkədən çıxara

bilərmi?

Konvensiyanın müddəalarına əsasən ölkədə qanuni yaşayan

vətəndaşlığı olmayan şəxslər bunun milli təhlükəsizlik və ictimai

asayiş məqsədlərinə görə tələb olunduğu hallar istisna olmaqla

ölkədən çıxarılmır. Ölkədən çıxarılma, milli təhlükəsizlik baxımından

başqası tələb olunduğu hallar istisna olmaqla, müvafiq hüquq proseduruna

əsasən həyata keçirilməlidir. Buna görə vətəndaşlığı olmayan

şəxsə ittihamlara cavab verməyə, müvafiq sübutlar gətirməyə, vəkil

xidmətlərindən istifadə etmək və apelyasiya hüququnu əldə etmək üçün

imkan yaradan prosedur qarantiyaları həyata keçməlidir

Konvensiyanın yekun müddəasında göstərilir ki, ölkədən çıxarılmama

(nonrefoulement) ümumi qəbul olunmuş prinsipdir. Çıxarılmama,

şəxsin onun üçün təqib təhlükəsi olan əraziyə qaytarılmaması prinsipi,

aydın şəkildə bir neçə beynəlxalq müqavilələr tərəfindən təsdiq

və interpretasiya edilir, bunlara BMT-nin Qaçqınların Statusuna dair

Konvensiyasının 33-cü maddəsi, İşgəncə və digər qəddar və qeyri-insani

rəftara qarşı Konvensiyanın 3-cü maddəsi və Mülki və siyasi hüquqlara

dair Beynəlxalq Paktın 7-ci maddəsi, həmçinin, insan hüquqlarına

dair bir neçə regional sənəd də daxildir.

Çıxarılmanın qadağan edilməsi beynəlxalq hüquq prinsipi sayıldığından

Konvensiyanı hazırlayanlar onu Konvensiyanın de jure vətəndaşlığı olmayan

şəxslərin statusunu tənzimləyən maddələrinə daxil edilməsini

artıq sayıblar.

Çıxarılma barədə yekun qərar verildikdə Konvensiya Dövlətlərə müvafiq

şəxsə başqa ölkəyə girməyə razılıq almaq üçün kifayət olan müddətin

verilməsini təklif edir.

33

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!