06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Fransada vətəndaşsızlıq statusunun tanınması proseduru Fransanın

Qaçqın və vətəndaşlığı olmayan şəxslərin müdafiəsi İdarəsi (OFPRA)

tərəfindən həyata keçirilir ki, bu İdarə vətəndaşlığı olmayan şəxslərə

hüquqi və inzibati müdafiəni təmin edir. Ərizəçilər bilavasitə OFPRAya

müraciət etməlidirlər.

İspaniyada Xaricilər haqqında qanun vətəndaşsızlıq statusunun

müəyyən edilməsini kral dekretinin təyin etdiyi prosedur əsasında

Daxili İşlər Nazirliyinə həvalə edir. Ərizəçilər polis bölməsinə və ya

Sığınacaq verilməsi və qaçqın məsələlər üzrə İdarəyə (OAR)Müraciət

edə bilərlər. Yoxlamanı bitirdikdə OAR müəyyən edilmiş proseduru

həyata keçirir və bundan sonra əsaslandırılmış rəyini Daxili İşlər

Nazirliyinə verir.

İtaliyada 1993-cü ildə bir il əvvəl qəbul edilmiş vətəndaşlıq

haqqında qanuna əlavə və dəyişikliklərin edilməsinə dair fərmanın

həyata keçirilməsi çərçivəsində Daxili İşlər Nazirliyi vətəndaşsızlıq

statusunun müəyyən edilməsi üçün səlahiyyət almışdır.

Vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi üçün təyin edilmiş

prosedur olmadıqda nə qədər vətəndaşsızlıq halının müəyyənləşdirilməmiş

qaldığını və problemin miqyasını müəyyən etmək qeyri-mümkün

olur.

Bunun üçün hansı sübutlar tələb olunur?

Adətən, ərizəçi “əslən olduğu ölkənin” – doğulduğu və ya ona sərhədi

keçmək üçün sənəd verilən ölkənin - səfirliyi və ya konsulluğundan

sənəd təqdim etməlidir ki, bu şəxs həmin ölkənin vətəndaşı deyil.

Yuxarıda göstərildiyi kimi, bu hər zaman mümkün deyil. Bütün sənədlər

olmadıqda bəzi Dövlətlər, vətəndaşlıq haqqında müvafiq qanunların

təhlili və ya şahidlər və ya başqa üçüncü tərəflərin bəyanatları kimi,

başqa sübut formalarını qəbul edə bilirlər. Məlumat axtarışı müxtəlif

dövlət orqanlarının, həmçinin müxtəlif Dövlətlərin müştərək səylərini

tələb edə bilər.

Sənədin hazırlanması zamanı Dövlət arasında vətəndaşlığı olmayan

şəxslərin müəyyən edilməsinə razılaşdırılmış yanaşma mövcud deyildi.

Vətəndaşsızlığı müəyyən edən sübutların amilləri müxtəlif Dövlətlərdə

fərqlənə bildiyindən, bir ölkədə vətəndaşlığı olmayan şəxs kimi tanınan

fərd, başqa ölkədə apatrid sayılmaya bilər.

26

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!