06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

- vətəndaşlıqla əlaqədar hüquq və vəzifələri yaşadıqları ölkənin

səlahiyyətli hakimiyyət orqanları tərəfindən tanınan şəxslər

Bu o deməkdir ki, vətəndaşlığı olmayan şəxsin Dövlətdə qanuni yaşayışı

və 1954-cü il Konvensiyasında verilən hüquqlardan daha çox hüquqları,

xüsusilə həmin Dövlətin vətəndaşlarının istifadə etdiyi hüquqlara bərabər

olan tam iqtisadi və sosial hüquqlar təmin edilmişdirsə, deportasiyadan

və çıxarılmadan müdafiə edilirsə bu şəxsə münasibətdə Konvensiyanın

tətbiqinə ehtiyac yoxdur. Baxmayaraq ki, o, faktiki olaraq vətəndaşlığı

olmayan şəxsdir.

- beynəlxalq sənədlərdə müəyyən edildiyi kimi sülhə qarşı, hərbi cinayət

və ya insanlığa qarşı cinayət törətmiş şəxslər;

- onlara sığınacaq vermiş ölkədən xaricdə və bu ölkəyə buraxılmamışdan

əvvəl ağır qeyri-siyasi cinayət törətmiş şəxslər; və ya

- Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olan

əməllər törətməkdə təqsirli bilinən şəxslər.

Fərd nə vaxt artıq vətəndaşlığı olmayan şəxs sayılmır?

Vətəndaşsızlıq vəziyyəti şəxsin vətəndaşlıq aldığında bitir.

24

Həbəşistanda 2003-cü ilin dekabr ayında və Konqo Respublikasında

2004-cü ilin noyabr ayında qəbul olunmuş vətəndaşlıq haqqında

qanunvericilik nəticəsində böyük sayda insanların vətəndaşlıqsız

qaldığı iki uzadılmış vəziyyətə son qoyula bilər. Həbəşistan

qanunvericiliyi Həbəşistanda yaşayan şəxslərə həbəş vətəndaşlığını

almağa imkan verir, KDR-nın yeni qanunvericiliyi isə ölkə

vətəndaşlarının məcmusunu müəyyən etməyə kömək edir.

Vətəndaşlığı olmayan şəxsin müəyyən edilmə qaydası necədir?

Baxmayaraq ki, 1954-cü il Konvensiyası apatridlərin anlayışını verir,

o, vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi qaydasını

təyin etmir. Buna görə, Dövlətlərin vətəndaşlığı olmayan şəxslərin

müəyyən edilməsi qaydasını təyin edən qanunvericilik qəbul etmələri

həm Dövlətlərin, həm də Konvensiyanın tətbiq edilə biləcəyi şəxslərin

marağındadır. Bu cür qanunvericilik, həmçinin, bu məsələ üzrə qərarın

kim tərəfindən qəbul ediləcəyini və fərdin vətəndaşlığı olmayan şəxs

kimi tanınmasının nəticələrini müəyyən etməlidir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!