06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II FƏSİL

22

Vətəndaşığı olmayan şəxslərin müəyyən edilməsi

və onların müdafiəsi

Vətəndaşsızlıq hallarının vətəndaşlıq haqqında milli qanunvericilik

və Vətəndaşsızlığın azaldılmasında dair 1961-ci il Konvensiyasının

və digər beynəlxalq sənədlərin reallaşması əsasında azaldılması

sahəsində çoxsaylı cəhdlərə baxmayaraq, BMT QAK-ın hesablarına

görə hazırda dünyada milyonlarla insan apatriddirlər. BMT-də qəbul

olunmuş Vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü

il Konvensiyası vsətəndaşlığı olmayan şəxin anlayışını verir, bu

cür şəxslərin eyniləşdirilməsini müəyyən etməyə imkan yaradır və

vətəndaşlığı olmayan şəxslərin əsas hüquq və azadlıqlarının ayrı-seçkilik

olmadan təminatını tələb edir.

“Biz normal iş tapa bilmirik, ölkə ərazisində hərəkət edə bilmirik,

biz limansız gəmilər kimiyik. Təhsil və səhiyyə sistemlərinə çıxış da

problemdir. Mən məktəbi bitirə və ya kollecə qəbul oluna bilmirdim.

Mən yalnız özəl xəstəxanalarda müalicə ala bilərəm, dövlət xəstəxanaları

mənim üçün bağlıdır”.

Abdulla, Birləşmiş Ərəb Əmirliklərində yaşayan vətəndaşlığı olmayan

şəxs

Kimlər vətəndaşlığı olmayan şəxs sayılır?

1954-cü il Konvensiyasında vətəndaşlığı olmayan şəxs “qanun əsasında

heç bir Dövlət tərəfindən vətəndaş kimi qəbul edilməyən şəxs” sayılır

(Maddə 1). Bu sırf hüquqi anlayışdır. Burada vətəndaşlığın keyfiyyəti,

vətəndaşlığın alınması yolu və ya vətəndaşlığa çıxış barədə heç nə

deyilmir. Bu tərif yalnız Dövlətin vətəndaşlıq sahəsində ex lege və ya

avtomatik olaraq kimin vətəndaş olduğunu müəyyən edən qanununa

istinad edir.

Bu tərifi nəzərə alaraq insanın “vətəndaşlığı olmayan şəxs” kimi qəbul

edilməsi üçün əksini sübut etməlidir ki, onun hər hansı müvafiq ölkə ilə

hüquqi bağlılığı yoxdur.

Vətəndaşsızlıq faktını təsdiq etmək üçün Dövlət şəxsin əvvəllər əlaqəsi

olduğu Dövlətlərin (doğulma vasitəsi ilə, əvvəlki adi yaşayış yeri, onun

ərinin (arvadının) və ya uşaqlarının vətəndaşı olduğu Dövlət (Dövlətlər),

valideynlərinin və ya nənə və babasının vətəndaşı olduğu Dövlət

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!