06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

edilmişdir. Məsələn, Konvensiyaya ikinci Protokol ikinci nəsil miqrantlara

və qarışıq nikahda olan ər-arvada, həmçinin, onların uşaqlarına bir

neçə vətəndaşlıq əldə etməyə imkan yaradır.

1997-ci ildə Vətəndaşlıq haqqında Avropa Konvensiyası qəbul

edilmişdir – Avropa Şurası tərəfindən hazırlanmış daha bir regional

sənəd. Bu sənəd 1930-cu il Haaqa Konvensiyasında vətəndaşlıq

haqqında qanunlar arasında ziddiyətlər müzakirə ediləndən sonra daxili

qanunvericilikdə və beynəlxalq hüquqda vətəndaşlıq məsələlərinə

dair vahid mətnin hazırlanması zərurətindən yaranıb. Bu Konvensiya

1963-cü il Konvensiyasına dəyişiklik etmir, bundan əlavə, o,

həm də əvvəl sitat gətirilmiş Konvensiya ilə razılaşdırılır. Mahiyyətcə,

1997-ci il Konvensiyası fərqli vətəndaşlığı olan ər-arvada və onların

uşaqlarına bir neçə vətəndaşlıq əldə etmək imkanı yaradır. Bundan

əlavə, Konvensiyada vətəndaşlığın alınması, saxlanılması, itirilməsi və

bərpası məsələləri, prosesual hüquqlar, Dövlətin varisliyi kontekstində

vətəndaşlıq, hərbi mükəlləfiyyət və vətəndaşsızlığın qarşısının alınması

məsələləri müzakirə edilir. Vətəndaşlığı olmayan şəxsin tərifinə dair

Konvensiyada Vətəndaşlığı olmayan şəxslərin satatusuna dair 1954-

cü il Konvensiyasına istinad edilir, yəni Vətəndaşlıq haqqında Avropa

Konvensiyası yalnız de jure vətəndaşlığı olmayan şəxslərə aid edilir.

Avropanın yaxın keçmişdə əldə etdiyi Dövlətlərin varisliyinə dair

təcrübəsi bir çox insanların yeni vətəndaşlıq almadan əvvəl vətəndaşlıqlarını

itirməklə vətəndaşlığı olmayan şəxs olmaq riski altına

düşməyi faktının qəbul edilməsinə gətirib. Ərazinin bir dövlətdən o

birisinə verilməsi, dövlətlərin birləşməsi, dövlətlərin dağılması və ya

ərazisinin hisəsinin və ya hissələrinin ayrılması nəticəsində Dövlətlərin

varisliyi ilə əlaqədar vətəndaşsızlıqdan qaçmaq məqsədi ilə Avropa

Şurası Dövlətlərin varisliyi ilə əlaqədar vətəndaşsızlıqdan qaçmaq

haqqında Konvensiya qəbul etmişdir, hansında ki, bu problem xüsusi

olaraq toxunulur. 2006-cı ilin mart ayının 15-də qəbul edilmiş Konvensiya

vətəndaşlığa dair ümumi prinsiplərini dəqiqləşdirərək, Dövlətlərin

varisliyi ilə əlaqədar vətəndaşsızlığın qarşısının alınmasına dair Konvensiya

Dövlətlərin varisliyi hallarında vətəndaşsızlığın qarşısının

alınmasının dəqiq qaydalarını ğzündə ehtiva edir. Protokolun 22

maddəsində varis dövlətlərin və əvvəlki dövlətlərin vəzifələri, sübut

etmə qaydaları, doğulduqda vətəndaşsızlığın qarşısının alınması və

vətəndaşlığı olmayan şəxslər tərəfindən vətəndaşlıq almaq prosedurunun

asanlaşdırılması kimi məsələlər üzrə təcrübi tövsiyyələr verilir.

1999-cu ildə Afrika Birliyi Təşkilatı (Afrika Birliyi) Uşağın rifah və

firavanlığına dair Afrika xartiyasını qəbul etmişdir. Bu xartiya Uşaq

Hüquqları Konvensiyasına oxşar hazırlanmış, ondan əvvəl qəbul edilmış

20

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!