06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ikisi də qanunların toqquşması nəticəsində yaranan vətəndaşsızlıq

probleminə həsr olunmuşdur. Gələcəkdə vətəndaşsızlığın ləğv

edilməsinə həsr olunmuş Konvensiyanın müddəaları gələcəkdə

vətəndaşsızlığın azaldılmasına həsr olunmuş ikinci konvensiya

layihəsində nəzərdə tutlmuş müddəalara nisbətən daha uzaqgedən

idi. Bu məsələyə baxılması üçün çağırılmış konfransın iştirakçıları

belə nəticəyə gəlmişlər ki, birinci layihə həddindən artıq radikaldır və

vətəndaşsızlığın azaldılmasına dair Konvensiya layihəsi üzərində

işlərini davam etməyi qərara almışdılar. Vətəndaşsızlığın azaldılmasına

dair 1961-ci il Konvensiyası bu işin nəticəsi olmuşdur (Əlavə 2-də 1961-

ci il Konvensiyasına qoşulmuş dövlətlərin siyahısı gətirilmişdir).

1961-ci il Konvensiyasının müddəaları doğulduqda vətəndaşsızlıgın

yaranmasının qarşısının alınmasına yönəlib, lakin onlar müəyyən

şəraitdə vətəndaşlıqdan məhrum etmə və ya hazırda vətəndaşlığı olmayan

bütün şəxslərə vətəndaşlığın retroaktiv verilməsi ehtimalını istisna

etmirlər. Konvensiya, həmçinin, Konvensiyanın təsiri altına düşən

şəxsin onun işinə baxılması və ona müvafiq hökumətə ərizə verməkdə

koməklik etmək üçün müraciət edə biləcəyi orqanin yaranmasını da

nəzərdə tuturdu. Daha sonra BMT-nin Baş Məclisi BMT QAK-a bu rolu

təklif etdi.

PAİ və Üzv Dövlətlər apatridlərə beynəlxalq yardımın göstərilməsi

zərurəti barədə qərar verdilər ona görə ki, şəxsə müəyyən Dövlətin

vətəndaşlığının verilmısində rədd cavabı verildikdə, onun nə kifayət

qədər maddi imkanları, nə də müvafiq Dövlətə vətəndaşlığın verilməsi

üçün ərizə verməyə təcrübəsi və müəyyən ixtisası yoxdur. Çətin ola bilsin

ki, başqa Dövlət bu cür şəxsin maraqlarına uyğun hərəkət edə biləcək

bir müstəqil, beynəlxalq qurum yaratsın. Beynəlxalq təşkilat tərəfindən

müvəkkillik, həmçinin, şəxsin beynəlxalq hüququn subyekti olduğunu

sual altina qoymamağa imkan yaradır. Bundan başqa, bu cür fəaliyyətlə

məşğul olan təşkilat nəticədə bu cür məsələlərdə təcrübə toplayır, və

bu təcrübə yalnız fərdlərə məsləhət vermək üçün deyil, həmçinin, effektiv

vətəndaşlıq almaq yolları və ümumilikdə vətəndaşsızlıq probleminin

həlli üzrə təkliflər verməyə imkan yaradır.

Vətəndaşsızlığın azaldılması məqsədi ilə 1961-ci il Konvensiyası

onu imzalamış Dövlətlərdən vətəndaşlığın alınması və ya itirilməsi

məsələlərində müəyyən standartları əks etdirən milli qanunvericiliyi

qəbul etmələrini tələb edir. Konvensiyanı imzalamış Dövlətlər arasında

onun şərhinə və tətbiqinə dair fikir ayrılığı yarandıqda və bunun digər

yollarla həlli mümkun olmadıqda, tərəflərdən birinin xahişi ilə məsələ

baxılması üçün Beynəlxalq Məhkəməyə verilə bilər.

15

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!