06.03.2014 Views

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

Kitab oz format DEYİSHİKLİKLÜER. 26 11 2008 1.indd - Inter ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

I FƏSİL

Vətəndaşlıq almaq hüququnun beynəlxalq hüquqi bazası

və vətəndaşsızlığın azaldılması

Vətəndaşlıq məsələsi çox incə məsələdir. Bu müstəqilliyin və ölkənin

özünü ifadə formasıdır. Buna görə, təəccüblü deyil ki, vətəndaşlıqla

bağlı fikir ayrılıqları Dövlətin daxilində və Dövlətlərarası gərginliyə və

münaqişələrə gətirib çıxara bilər, çox vaxt da gətirib çıxarır. XX əsr ərzində

həm apatridlərin sayının artması, həm də insan hüquqlarının onların

pozulması ilə əlaqədar getdikcə daha çox dərk edilməsi müşahidə olunurdu.

Bu səbəbdən vətəndaşlıq məsələlərinə dair beynəlxalq qanunvericilik

iki istiqamətdə inkişaf etmişdir: artıq vətəndaşlığı olmayanlara

müdafiənin və köməyin göstərilməsi, və vətəndaşsızlığın səbəblərini

aradan qaldırmağa və ya, ən azı, məhdudlaşdırmağa çalışmaqdır.

Bu və ya digər şəxsin müəyyən ölkənin vətəndaşı olub olmadığını kim

müəyyən edir?

Prinsip etibarilə, vətəndaşlıq məsələləri hər ölkənin daxili yurisdiksiyasına

aiddir. Lakin, Dövlətin daxili qərarlarının tətbiqi digər Dövlətlərin analoji

hərəkətləri və ya beynəlxalq hüquqla məhdudlaşdırıla bilər.

1923-cü il Tunis və Mərakeş vətəndaşlığına dair Konsultativ rəydə

Beynəlxalq Daimi Ədalət Məhkəməsi göstərmişdir:

“Bu məsələnin həllinin ölkənin tamamilə daxili yurisdiksiyasına

aid olmağı – nisbi məsələdir; bu beynəlxalq münasibətlərin

inkişafından asılıdır ”.

Həqiqətdə, Daimi Məhkəmə bildirmişdir ki, prinsipcə vətəndaşlıq

məsələləri Dövlətin daxili yurisdiksiyasına aiddir. Lakin buna baxmayaraq,

Dövlətlər digər Dövlətlərə münasibətdə üzərlərinə götürdükləri,

beynəlxalq hüquq tərəfindən müəyyən edilmiş öhdəliklərə riayət

etməlidirlər.

Bu mövqe yeddi il sonra Milli Qanunvericiliklər arasında ziddiyyətlərə

dair bəzi məsələlər üzrə Haaqa Konvensiyasında öz təsdiqini

tapmışdır. Bir sıra Dövlətlər 1930-cu il Vətəndaşlıq haqqında Haaqa

Konvensiyasının hazırlanması prosesində 1923-cü il Daimi Palatanın

Konsultativ Rəyinə dair öz fikirlərini bildirmişdirlər. Dövlətlərin çöxu

Konsultativ rəyi Dövlətin vətəndaşlıq məsələlərinə dair qərarlarının bu

dövlətdən xaricdə, xüsusilə bu qərarların digər dövlətlərin vətəndaşlığa

9

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!