24.04.2013 Views

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

yoldaşına edilən müraciətlər cavabsız qalmışdır. Bundan 2010-cu ilin iyun ayının

1-dən 2012-ci il iyul ayının 1-dək olan dövrü əhatə edən dövrdə 160 manat

məbləğində səkkiz rübün istismar xərcləri, zirzəmidə sıradan çıxan kanalizasiya

borusunun ana xəttinin bir hissəsinin təmirinə 5 manat, su nasosunun mühərrikinin

və elektrik yeşiyinin yanmasının aradan qaldırılmasına 3 manat, liftin əsaslı

təmirinə 45 manat, cəmi yaranmış borc 213 manat məbləğində təşkil edir.

Cavabdehin borcu ödəməməsi faktı kooperativin səkkiz rüblük aktında qeyd

olunub. Hesablanmış borcun cavabdeh tərəfindən ödənilməsi barədə dəfələrlə

edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir.

Cavabdehin bu cür hərəkətləri kooperativ üzvlərinin 09 oktyabr 2010-cu il tarixdə

keçirdiyi iclasda təftiş komissiyası tərəfindən tərtib olunmuş hesabatda öz əksini

tapmışdır. Həmin iclasda cavabdeh istismar xərclərinin ödənməməsinin səbəbini

iclasda kooperativə aid olmayan səbəblərlə əsaslandırmağa çalışmışdır. Daha sonra

MTK tərəfindən cavabdehə 06 mart 2012-ci il tarixdə poçt vasitəsi ilə rəsmi

xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh həmin məktubu 07 mart 2012-ci il

tarixdə şəxsən qəbul etmişdir. Eyni zamanda cavabdeh L.Ə.Ə.nın həyat yoldaşı

N.N.Ə. Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvü olduğunu bildirərək

kommunal xərclərin ödənilməsində müəyyən imtiyazlara malik olduğunu

bildirmişdir. Kooperativ tərəfindən sözügedən təşkilata rəsmi müraciət edilmiş və

oradan verilmiş cavabdan məlum olmuşdur ki, təşkilatın istər işləyən, istərsədə

işləməyən üzvlərinin heç bir imtiyazları yoxdur. Bu əsaslarla iddiaçı iddianın təmin

olunması barədə qətnamə çıxarılmasını məhkəmədənxahiş etmişdir.

Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək

göstərmişdir ki,həqiqətəndə o, ailə üzvləri ilə Bakı şəhəri Nərimanov rayonu,

Azadlıq prospekti, ev «n», «n» saylı ünvanda yaşayır. Yalnız o, və onun oğlu

Ə.N.N. oğlu həmin mənzildə pasport qeydiyyatındadırlar. Daha sonra uzun

müddətdir ki, həmin mənzildə yaşadığını, bütün ödənişləri vaxtında etdiyini və

kommunal xərclərə görə 128 manat məbləğində borcu olduğunu bildirən cavabdeh

məhkəmə tərəfindən ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Nərimanov Rayon Məhkəməsi tərəfindən işə baxılmış və 10 oktyabr 2012ci

il tarixli qətnamə ilə iddia qismən təmin edilmişdir. Məhkəmə,cavabdeh

L.N.Ə.dan ödənilməmiş istismar xərclərinin əvəzi kimi 96 manat pul və 10 manat

ödənilmiş dövlət rüsumu, cəmi 106 manat pul tutularaq “S.” Mənzil Tikinti

Kooperativinə ödənilməsinə qərar vermişdir.

İddiaçı məhkəmə qətnaməsindən apellyasiya qaydasında şikayət vermişdir.

Apellyasiya şikayətində iddiaçı qeyd etmişdir ki, birinci instansiya məhkəməsində

işin bütün halları ətraflı təhlil olunmamışdır. Məhkəmənin gəldiyi nəticə işin

hallarına uyğun deyildir. Apelyator şikayətin təmin olunmasını məhkəmə

kollegiyasından xahiş etmişdir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!