24.04.2013 Views

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası adından

QƏTNAMƏ

İş № 2(103)-312/2013

13 fevral 2013-cü il Bakı şəhəri

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası

Hakimlər Natiq Mehdi oğlu Abbasovun sədrliyi və məruzəsilə,

Aygün Abdulla qızı Abdullayeva və İsmayıl Kamil oğlu Xəlilovdanibarət tərkibdə,

məhkəmə iclas katibi Fərid İlham oğlu Əyyubovun katibliyi ilə,

iddiaçı “S.” MənzilTikinti Kooperativinin sədri R.L.X.in, cavabdeh L.Ə.Ə.nın

iştirakı ilə,

iddiaçı “S.” Mənzil Tikinti Kooperativinin cavabdeh L.Ə.Ə.ya qarşı borcun

ödənilməsi tələbinədair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 10 oktyabr

2012-ci il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə

əsasən işə açıq məhkəmə iclasında baxaraq

M ü ə y y ə n e t d i :

İddiaçı“S.” Mənzil Tikinti Kooperatiməhkəmədə cavabdeh L.Ə.Ə.ya qarşı

iddia qaldıraraq, 250 manat məbləğində borcun və ödənilmiş 20 manat miqdarında

dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş

etmişdir.

İddia ərizəsi 18 iyul2012-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə

təqdim olunmuşdur.

İddiaçı qeyd edir ki,cavabdeh L.Ə. və onun oğlu N.N.Ə. Bakı şəhəri

Nərimanov rayonu, Azadlıq prospekti, ev «n», «n» saylı mənzildə pasport

qeydiyyatındadırlar. Cavabdehin həyat yoldaşı Ə.N.N. oğlu və qızı Ə.L.N. qızı isə

Bakı şəhəri, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, ev «n», mənzil “n” ünvanında

pasport qeydiyyatındadılar. Cavabdehin həyat yoldaşı həmin mənzili kirayə

verərək, ailə üzvəlri ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti,

ev «n», mənzil «n»-də daimi yaşayırlar. Cavabdeh yaşadığı mənzilin rüblük

istismar xərclərini iki ildir ki, kooperativə ödəmir. Cavabdeh kooperativ tərəfindən

məişət tullantılarını aparan təşkilata, su nasoslarının və liftlərin istismarı üçün

verilən elektrik enerjisinin, binada aparılan təmir işlərinin və işçilərin

məvaciblərinə yığılan pulların onun üzərinə düşən hissəsinin ödənməsindən boyun

qaçırır. Dəfələrlə kooperativin rəhbərliyi tərəfindən cavabdeh və onun həyat

yoldaşına edilən müraciətlər cavabsız qalmışdır. Bundan 2010-cu ilin iyun ayının

1-dən 2012-ci il iyul ayının 1-dək olan dövrü əhatə edən dövrdə 160 manat

məbləğində səkkiz rübün istismar xərcləri, zirzəmidə sıradan çıxan kanalizasiya

borusunun ana xəttinin bir hissəsinin təmirinə 5 manat, su nasosunun mühərrikinin

və elektrik yeşiyinin yanmasının aradan qaldırılmasına 3 manat, liftin əsaslı

təmirinə 45 manat, cəmi yaranmış borc 213 manat məbləğində təşkil edir.

Cavabdehin borcu ödəməməsi faktı kooperativin səkkiz rüblük aktında qeyd

olunub. Hesablanmış borcun cavabdeh tərəfindən ödənilməsi barədə dəfələrlə

edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir.

Cavabdehin bu cür hərəkətləri kooperativ üzvlərinin 09 oktyabr 2010-cu il tarixdə

keçirdiyi iclasda təftiş komissiyası tərəfindən tərtib olunmuş hesabatda öz əksini

tapmışdır. Həmin iclasda cavabdeh istismar xərclərinin ödənməməsinin səbəbini

iclasda kooperativə aid olmayan səbəblərlə əsaslandırmağa çalışmışdır. Daha sonra

MTK tərəfindən cavabdehə 06 mart 2012-ci il tarixdə poçt vasitəsi ilə rəsmi

xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh həmin məktubu 07 mart 2012-ci il

tarixdə şəxsən qəbul etmişdir. Eyni zamanda cavabdeh L.Ə.Ə.nın həyat yoldaşı

N.N.Ə. Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvü olduğunu bildirərək

kommunal xərclərin ödənilməsində müəyyən imtiyazlara malik olduğunu

bildirmişdir. Kooperativ tərəfindən sözügedən təşkilata rəsmi müraciət edilmiş və

oradan verilmiş cavabdan məlum olmuşdur ki, təşkilatın istər işləyən, istərsədə

işləməyən üzvlərinin heç bir imtiyazları yoxdur. Bu əsaslarla iddiaçı iddianın təmin

olunması barədə qətnamə çıxarılmasını məhkəmədənxahiş etmişdir.

Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək

göstərmişdir ki,həqiqətəndə o, ailə üzvləri ilə Bakı şəhəri Nərimanov rayonu,

Azadlıq prospekti, ev «n», «n» saylı ünvanda yaşayır. Yalnız o, və onun oğlu

Ə.N.N. oğlu həmin mənzildə pasport qeydiyyatındadırlar. Daha sonra uzun

müddətdir ki, həmin mənzildə yaşadığını, bütün ödənişləri vaxtında etdiyini və

kommunal xərclərə görə 128 manat məbləğində borcu olduğunu bildirən cavabdeh

məhkəmə tərəfindən ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Nərimanov Rayon Məhkəməsi tərəfindən işə baxılmış və 10 oktyabr 2012ci

il tarixli qətnamə ilə iddia qismən təmin edilmişdir. Məhkəmə,cavabdeh

L.N.Ə.dan ödənilməmiş istismar xərclərinin əvəzi kimi 96 manat pul və 10 manat

ödənilmiş dövlət rüsumu, cəmi 106 manat pul tutularaq “S.” Mənzil Tikinti

Kooperativinə ödənilməsinə qərar vermişdir.

İddiaçı məhkəmə qətnaməsindən apellyasiya qaydasında şikayət vermişdir.

Apellyasiya şikayətində iddiaçı qeyd etmişdir ki, birinci instansiya məhkəməsində

işin bütün halları ətraflı təhlil olunmamışdır. Məhkəmənin gəldiyi nəticə işin

hallarına uyğun deyildir. Apelyator şikayətin təmin olunmasını məhkəmə

kollegiyasından xahiş etmişdir.

İş üzrə tərəflərə apellyasiya instansiyası məhkəməsində işin baxılması ilə

bağlı qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. İddiaçı apellyasiya

şikayətini müdafiə etmişdir.

Cavabdeh apellyasiya baxışı zamanı izahat verərək apellyasiya şikayəti

qəbul etmədiyini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən

saxlanılmasını xahiş etmişdir.

Təfsilatı ilə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

İş materiallarından görünür ki, “S.” MTK 1983-cü ildə yradılmışdır.

Adıçəkilən kooperativ Bakı şəhəri, Azadlıq prospekti, «n» ünvanda yerləşir.

Yaşayış binasında 104 mənzil vardır. Həmin ünvanda «n» saylı mənzildə cavabdeh

L.Ə.Ə. ailə üzvləri ilə yaşayır. L.Ə.Ə. 18 fevral 1965-ci il tarixdə Bakı şəhərində

anadan olmuşdur. Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti, ev «n»,

mənzil «n» ünvanında pasport qeydiyyatındar.Cavabdehin yaşadığı mənzil onun

xüsusi mülkiyyətindədir. Həmin ünvanda cavabdeh oğlu N.N.N. ilə birlikdə

qeydiyatdadır.

İşdəki“S.” MTK-nın 09 oktyabr 2010-cu il tarixli iclas protokolundan

görünür ki, təftiş komissiyası tərəfindən 01 iyul 2010-cu il tarixdən 30 sentyabr

2010-cu il tarixədək maliyyə vəziyyətini yoxlama akt tərtib olunmuşdur. Həmin

aktda «n», «n» və «n»-ci mənzil sahiblərinin borcu yarandığı qeyd olunmuşdur.

İş materiallarına əlavə olunmuş 05 mart 2012-ci il tarixli 13 nömrəli

xəbərdarlıqdan görünür ki, cavabdehə 1 il 9 ay ərzində istismar xərcləri üzrə

yaranmış 124 manat pulun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

İş materiallarına əlavə olunmuş 02 iyul 2012-ci il tarixdə “S.” MTK-nın

təftiş komissiyasının tərtib etdiyi aktdan görünür ki, 2012-ci ili aprel-iyun

aylarında ödəniş haqqlarının hesabatı aparılmışdır. Həmin hesabatda bir rüb üçün

ödəniş haqqı 20 manat məbləğində göstərilmişdir, «n»-ci mənzilin sahibi Ə.L.Ə.

qızının iki il ərzində borcu 160 manat məbləğində qeyd olunmuşdur.

İş materiallarına əlavə olunmuş “S.” MTK-nın mənzil mülkiyyətçilərinin

istismar xərclərinin hesabatından görünür ki, iki nəfər üçün xərclər 12 manat

məbləğində hesablanmışdır.

Birinci instansiya məhkəməsi qeyd edir ki, Bakı şəhəri Nərimanov rayonu

Azadlıq prospekti, ev «n»«n» mənzil «n» ünvanında iki nəfər yəni, cavabdeh

Ə.L.Ə. qızı və onun oğlu Ə.N.N. oğlu qeydiyyatdadılar. “S.” MTK-nın “mənzil

mülkiyyətçilərinin istismar xərclərinin hesabatı”na baxış keçirilən zaman müəyyən

olunmuşdur ki, iki nəfərlikmənzildə rüblük ödəniş iki nəfər üçün 12 manat təşkil

edir, ona görə də cavabdehin kooperativə olan borcu 2010-cu ilin 3-cü və 4-cü

rübləri üçün 24 manat (12 manat +12 manat), 2011-ci il 1,2,3 və 4-cü rübləri üçün

48 manat (12 manat+12 manat+12 manat +12 manat), 2012-ci ilin 1-ci və 2-ci

rübləri üçün 24 manat, cəmi 96 manat məbləğində təşkil edir. Birinci instansiya

məhkəməsi məhz, bu həcmdə iddia tələbini əsaslı hesab etmişdir. Birinci instansiya

məhkəməsi həmçinin iddianın ödənilmiş 20 manat dövlət rüsumunun

cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə hüquqi qiymət verərək

hesab edir ki, iddiaçının qaldırdığı iddia tələbi tam şəkildə təmin edilmədiyindən,

iddiaçının ödədiyi 20 manat dövlət rüsumu, 10 manat miqdarında cavabdehdən

tutularaq iddiaçıya qaytarılmalıdır.

Göründüyü kimi, iddiaçı cavabdehdən 4 nəfər ailə üzvlərinin sayına görə

250 manat məbləğində pul vəsaiti tələb edərkən, həmin pulun kooperativin zəruri

xərcləri ilə bağlı olmasını qeyd etmişdir. İddiaçı “S.” MTK-nın 1983-cü ildə təsdiq

olunmuş Nizamnaməsinin 37-ci bəndinə əsasən, cavabdehdən ailə üzvlərinin

sayına görə ödəniş aparılmasının əsaslı olmasını bildirmişdir. Nizamnamənin 37-ci

bəndində göstərilir ki, kooperativ üzvünün ailə üzvləri kooperativin istismar

xərclərində və sahənin təmiri ilə bağlı xərclərdə iştirak etməlidirlər. İddiaçı

Nizamnamənin məhz, həmin normasına əsaslanaraq tələb irəli sürmüşdür.

Məhkəmə kollegiyası qeyd edir ki, kooperativin ali idarəetmə orqanı onun

üzvlərinin ümumi yığıncağı olduğundan, iddiaçı kooperativ tərəfindən ümumi

yığıncaq keçirilməli və sakinlərin zəruri xərclərə cəlb olunması barədə qərar

verilməli idi. MM-nin 111-ci maddəsinə əsasən, kooperativ üzvlərinin ümumi

yığıncağının müstəsna səlahiyyətinə onun əmlakının saxlanılması ilə bağlı

məsələləri həll etmək aiddir. Lakin kooperativin sədri tərəfindən ümumi yığıncağ

çağırılmamış və hazırda sakinlərdən tələb olunan xərclər kooperativin sədrinin

“qərarı” əsasında həyata keçirilir. Məhkəmə kollegiyası belə bir formada “yığım”

aparılmasını əsaslı və qanuni hesab etmir. Kooperativ yaşayış binalarının daxilində

yerləşən sahələrinin saxlanılması, liftdən istifadəyə görə və digər zəruri xərclər

üçün istismar yığımı tarifləri “Azərbaycan Respublikasında dövlət və ictimai

mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzilkommunal

xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Nazirlər

Kabinetinin 10 mart 2000-ci il tarixli qərarına uyğun aparılmalıdır.

Məlumdur ki, bina daxilində hər bir mənzil üzrə istilik, su, kanalizasiya,

elektrik enerjisi, təbii qazdan istifadəyə görə xərclər müvafiq aidiyyəti istismar

təşkilatlarına ödənilir. Həmin xərclərin ödənilməsi qaydası və tarifləri normativ akt

əsasında həyata keçirilir. Kooperativin fəaliyyəti ilə bağlı məsələlər isə

kooperativin ümumi yığıncağının qərarı ilə tənzimlənməlidir.

Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin

apellyasiya dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Nərimanov Rayon

Məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri

baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli

məhkəmə araşdırmasını təmin etmişdir. Beləliklə, Məhkəmə kollegiyası

Azərbaycan Respublikası MPM-in 384-cü maddəsində müəyyən olunmuş

səlahiyyətinə əsaslanaraq hesab edir, qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti

isə təmin edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası

Q ə t e t d i :

Apellyasiya şikayəti təmin edilməsin.

Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul

olunmuş 10 oktyabr 2012-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın.

İşdə iştirak edən şəxslər qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay

müddətində ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan

Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə

bilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!