24.04.2013 Views

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

sənədi yüklə - PDF formatı - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İş № 7(103) –153/13

QƏRAR

21 fevral 2013-cü il Bakı şəhəri

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası

Hakimlər – Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə,

Sahibxan Arzuman oğlu Mirzəyev və Camal Cumar oğlu Ramazanovdan

ibarət tərkibdə,

Məhkəmə iclas katibi – Ülkər Təhmasib qızı Həsənovanın,

Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının

müdafiəsi üzrə idarənin apellyasiya və kasassiya instansiyası məhkəmələrində

dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Abbas

Ələkbər oğlu Abbaslının,

Məhkum - Ə.M.S.un,

Müdafiəçi –Mehram Məlik oğlu Kərimovun iştirakları ilə məhkum S.Ə.M.

oğlunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart 2012-ci il tarixli hökmü

ilə Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə məhkum olunduğu 300

manat cərimə cəzasından azad olunmasına dair təqdimatın təmin edilməsi barədə

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli qərarından

Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin

prokuroru, ədliyyə müşaviri Eldar Cabbarov tərəfindən verilmiş apellyasiya

protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında

baxaraq

MÜƏYYƏN ETDİ:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli qərarı ilə

(sədrlik edən Ə.S.Qəhrəmanov)

13 may 1991-ci ildə Bakı şəhərində anadan

olmuş, Azərbaycan Respublikasının

vətəndaşı, orta təhsilli, subay, işləməyən,

Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov

küçəsi, ev « n »-da qeydiyyatda olan və

yaşayan, barəsində « başqa yerə getməmək

haqqında iltizam » qətimkan tədbiri

seçilmiş,

S.Ə.M. oğlu

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-124/2012 saylı, 06 mart

2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci

maddəsi ilə məhkum olunduğu 300 manat cərimə cəzasından azad olunmuşdur.

Həmin qərardan Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi

üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Eldar Cabbarov apellyasiya protesti

verib, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli qərarı

dəyişdirilərək S.Ə.M. oğlunun barəsində CM-in 132-ci maddəsi ilə olan cinayət işi

üzrə 06.03.2012-ci il tarixli hökmdən CM-in 67-ci maddəsi xaric edilməklə CM

132-ci maddəsi ilə təyin olunmuş cəzadan azad olunaraq əvvəlki hökmlə təyin

edilmiş 400 manat cərimənin ödənilməmiş qalan 200 manat hissəsinin qüvvədə

saxlanılmasını xahiş etmişdir.

Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya

məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi

haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli Qanununu tətbiq

edərkən S.Ə.M. oğluna təyin olunmuş qəti cəzanın yalnız Azərbaycan

Respublikası CM-in 132-ci maddəsi ilə təyin olunmuş cəzadan qismən azad etməli

olduğu halda bunu etməmiş və qanunsuz olaraq bütövlükdə onu qəti cəzadan, yəni

300 manat cərimə cəzasından azad etmişdir.

Apellyasiya məhkəməsi baxışında işin materiallarını araşdırıb, proses

iştirakçılarının çıxışlarını dinləyib, birinci instansiya məhkəməsinin qərarının

qanuniliyi və əsaslılığını yoxlayaraq məhkəmə kollegiyası hesab edir ki,

apellyasiya protesti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı

dəyişdirilməlidir.

İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin

06.03.2012-ci il tarixli hökmünə əsasən S.Ə.M. oğlu Azərbaycan Respublikası

CM-in 132-ci maddəsi ilə təqsirli bilinərək, barəsində CM-in 65.3 və 62-ci

maddələri tətbiq edilməklə 200 manat cərimə cəzasına məhkum edilmiş, CM-in

67.1-ci maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin 25.05.2011-ci il tarixli

hökmü ilə Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinib,

ona təyin edilmiş 400 manat cərimə cəzasının bu hökm elan edildiyi tarixədək

ödənilməmiş qalan 200 manat hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən

birləşdirilməklə üzərində qəti olaraq 300 manat cərimə cəzası saxlanılmışdır.

Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru T.A. təqdimatla

müraciət edərək Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə məhkum

olunmuş S.Ə.M. oğlunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-

124/2012- saylı, 06 mart 2012-ci il tarixli hökmü ilə təyin edilmiş 300 manat

cərimə cəzasından “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər

edilməsi haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli Qanuna

əsasən azad olunması məsələsinə baxılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsi qeyd edilən qanunu tətbiq edərək təqdimatı

təmin etmiş, S.Ə.M. oğlu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-

124/2012 saylı, 06 mart 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası

Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə məhkum olunduğu 300 manat cərimə

cəzasından azad olunmuşdur.

Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi “Azərbaycan

Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan

Respublikasının 29.06.2012-ci il tarixli Qanununu tətbiq edərkən S.Ə.M. oğluna

təyin olunmuş qəti cəzanın yalnız Azərbaycan Respublikası CM-in 132-ci maddəsi

ilə təyin olunmuş cəzadan qismən azad etməli olduğu halda bunu etməmiş və

qanunsuz olaraq bütövlükdə onu qəti cəzadan, yəni 300 manat cərimə cəzasından

azad etmişdir.

Beləliklə, birinci instansiya məhkəməsi cinayət qanunu normasını düzgün

tətbiq etməyərək qanunsuz və əsassız qərar qəbul etmişdir.

Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi

haqqında" Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli Qanununun 3-cü

maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək CM-in 132-ci maddəsi ilə

məhkum olunmuş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar,

habelə bu Qanun qüvvəyə minənədək CM-nin 132-ci maddəsi ilə məhkum

olunaraq cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan şəxslər hesab olunurlar.

Həmin Qanun 4-cü maddəsinə əsasən 3-cü maddəyə uyğun olaraq cəza

çəkməkdən azad edilmə,cəzanın azaldılması, cinayət törətmiş şəxsin vəziyyətini

başqa cür yaxşılaşdırma məsələlərinə cəzanı icra edən müəssisə və ya orqanın

təqdimatı əsasında, hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer

üzrə məhkəmə tərəfindən CPM-də nəzərdə tutulmuş hökmün icrası qaydasında

baxılır.

Göstərilən Qanunun 5-ci maddəsinə əsasən CM-in 132-ci maddəsi ilə

məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinayət

işlərinə və materiallara əməlin cinayət olmasını və ya cəzalanmalı olmasını aradan

qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad

edilmə əsasları ilə həmin tarixdən xitam verilir və ya cinayət təqibinin

başlanmasından imtina edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması

məsələsi araşdırılır.

Odur ki, apellyasiya protesti əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri

Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli qərarı dəyişdirilərək

S.Ə.M. oğlunun Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə məhkum

olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart 2012-ci il tarixli

hökmündən Azərbaycan Respublikası CM-in 67-ci maddəsi xaric edilməklə

Azərbaycan Respublikası CM 132-ci maddəsi ilə təyin olunmuş cəzadan azad

olunaraq S.Ə.M. oğlunun Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə

məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin 25.05.2011-ci il tarixli

hökmü ilə təyin edilmiş 400 manat cərimənin ödənilməmiş qalan 200 manat hissəsi

qüvvədə saxlanılmalıdır.

Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası CPM-in 398.1.4-ci

maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya protesti təmin edilsin.

Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin təqdimatı qismən təmin edilsin.

Məhkum S.Ə.M. oğlunun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart

2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə

məhkum olunduğu 300 manat cərimə cəzasından azad olunmasına dair təqdimatın

təmin edilməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2012-ci

il tarixli qərarı dəyişdirilsin.

S.Ə.M. oğlunun Azərbaycan Respublikası CM-in 132-ci maddəsi ilə məhkum

olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart 2012-ci il tarixli

hökmündən Azərbaycan Respublikası CM-in 67-ci maddəsi xaric edilməklə

Azərbaycan Respublikası CM 132-ci maddəsi ilə təyin olunmuş cəzadan azad

olunaraq S.Ə.M. oğlunun Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə

məhkum edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin 25.05.2011-ci il tarixli

hökmü ilə təyin edilmiş 400 manat cərimənin ödənilməmiş qalan 200 manat hissəsi

qüvvədə saxlanılsın.

Qərar elan olunduğu andan qanuni qüvvəyə minir.

Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə

tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət

Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!