24.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

2

ata-ana payı)- dəyəri 480 manat, “Allah” yazısı olan kulon 7q- dəyəri 260 manat, sep

5q (uşaq üçün nənə-baba hədiyyəsi)- dəyəri 200 manat, qolbağı 11 q- dəyəri 440

manat, sırğa brilliant qaşla- dəyəri 280 manat, brilliyant qaşlı fantaziya üzük 6 qdəyəri

660 manat olan əmlakın və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən

alınaraq ona verilməsini xahiş etmişdir.

İddia ərizəsində qeyd edilmişdir ki, tərəflər 2010-cu ilin aprel ayında ailə həyatı

quraraq evlənmişlər. Münasibətlər kəskinləşdiyi üçün onlar 2011-ci ilin noyabr ayında

ayrılmışlar. İddiaçı atası evinə qayıtmışdır. Nikaha daxil olarkən iddiaçının özü ilə

apardığı cehiz əşyaları cavabdehə məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh

küçəsi, «n» saylı evin “n” saylı mənzilində qalmışdır və onları götürmək mümkün

olmamışdır. Əmlakını tələb etməsinə baxmayaraq onlar qaytarılmamış, əksinə bəziləri

yararsız vəziyyətə gətirilmişdir.

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 23.07.2012-ci il tarixli qətnaməsi ilə

iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2,

34.1-ci maddələrinə, Mülki Məcəllənin 157.2, 225.2, 225.3-cü maddələrinə, Mülki

Prosessual Məcəllənin (MPM) 77.1-ci maddəsinə istinad etmişdir.

İddiaçının apellyasiya şikayətində rayon məhkəməsinin qətnaməsinin ləğv

edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilir.

Apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi

qanunsuz və əsassızdır, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyət daşıyan

halların müəyyən olunması məqsədilə iddiaçı tərəfindən təqdim olunmuş şahidlər-

M.H., S.H. və Ş.İ. dindirilməmiş, qətnamə birtərəfli olaraq qarşı tərəfin şahidlərinin

ifadələri və onların birtərəfli qaydada tərtib etdikləri aktlar əsasında çıxarılmışdır.

Bundan başqa, məhkəmənin 23.07.2012-ci il tarixli iclası barədə iddiaçıya heç bir

məlumat verilməmiş, bununla da iddiaçı məhkəmədə sübutları təqdim etmək

imkanından məhrum olmuşdur. Şikayətə görə iddiaçı tərəfin iddianın təmini tədbiri

barədə vəsatəti təmin olunsa da həmin qərar vaxtında icra olunmamış, cavabdeh tərəf

iddia ərizəsində göstərilən əşyaların gizlədilməsinə nail ola bilmişdir. Məhkəmə də

ancaq cavabdeh tərəfin ailə üzvlərinin ifadələrinə və mənzildəki bəzi cehiz əşyalarının

yığıldığı bir otağa baxış keçirmişdir. Halbuki, həmin mənzil 3 otaqdan ibarətdir və

məhkəmə mənzilin bütün ərazisinə baxış keçirməli idi.

İddiaçının nümayəndəsi Ə.Ş.İ. oğlu izahatında apellyasiya şikayətinin dəlillərini

müdafiə etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız

olduğunu bildirməklə rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın

tam təmin edilməsini xahiş etmişdir.

İzahatında nümayəndə şikayətlərinin əsasən qızıl-zinət əşyaları ilə bağlı

olduğunu, iddiaçının döyülərək evdən çıxdığını, evdən çıxarkən gecə köynəyində

olduğunu, hətta uşağı da götürə bilmədiyini, sonradan gəlib uşağı apardığını

bildirmişdir.

Cavabdeh F.N. apellyasiya şikayətinin əsassız olduğunu, izahatında iddiaçının

hazırlaşıb paltarlarını yığaraq bibisi ilə evi tərk etdiyini, hətta onun nişan üzüyünü də

özü ilə apardığını, qalan əşyalarını isə sonradan onun bibisi, bacısı və qardaşının gəlib

apardığını bildirmişdir.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!