24.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

2(103)-5318/2012

Azərbaycan Respublikası adından

Q Ə T N A M Ə

22 noyabr 2012-ci il Bakı şəhəri,

Bakı Apellyasiya Məhkəməsinin

Mülki Kollegiyası

hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), Azad Nizam oğlu

İmanov və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə,

Aynur Oqtay qızı Alxanovanın katibliyi, iddiaçının nümayəndəsi Ə.Ş.İ. oğlunun və

cavabdehin iştirakı ilə,

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2012-ci il tarixli qətnaməsindən

iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında

iddiaçı H.V.H. qızının cavabdeh N.F.F. oğluna qarşı əmlak tələbinə dair iddiası üzrə

mülki işə açıq məhkəmə iclasında baxaraq

m ü ə y y ə n e t d i :

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim G.Əsədova) 23 iyul 2012-ci

il tarixli qətnaməsi ilə V.H.nın iddiası qismən təmin edilmiş, N.F.F. oğlundan ümumi

dəyəri 3500 manat olan yataq mebelinin bir hissəsi- yəni baş hissəsi olmayan 1 ədəd

taxt, 3 hissəli 1 ədəd güzgüsüz kamot, 5 siyirməli 1 ədəd kamot, 2 ədəd 2 siyirməli

tumba, 1 ədəd dəyəri 1100 manat olan “Beko” markalı soyuducunun, göstərilən

əmlaklardan hər hansı biri mövcud olmadıqda, onların dəyərinin, eləcə də iş üzrə

ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh N.F.F. oğlundan tutulub iddiaçı

H.V.H. qızına verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti vermişdir.

Tərəflər 2010-cu ilin aprel ayından 2011-ci ilin noyabr ayınadək faktiki nikahda

olmuşlar. Birgə nikahdan bir uşaq- 25.01.2011-ci il təvəllüdlü A. doğulmuşdur.

İddiaçı V.H. cavabdeh F.N.a qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə

məkəməyə müraciət edərək yataq mebeli (İstikbal)- dəyəri 3500 manat, ütü (Tefal)-

dəyəri 85 manat, tozsoran (Kenwood)- dəyəri 145 manat, ətçəkən maşın (Kenwood)-

dəyəri 120 manat, soyuducu (Beko)- dəyəri 1100 manat, şirəçəkən (Kenwood)-dəyəri

100 manat, yataq dəsti- dəyəri 100 manat, pokrıval- dəyəri 100 manat, Nokia (5310)

markalı mobil telefon- dəyəri 350 ABŞ dolları, üzük 6 q- dəyəri 240 manat, sırğa 8 q-

dəyəri 320 manat, kolye 18 q- dəyəri 720 manat, qolbağı 13 q- dəyəri 520 manat,

brilliant nişan üzüyü (750 prob) 6 q- dəyəri 700 manat, sırğa “Versace” 8 q- dəyəri

320 manat, üzük 750 (prob) 8 q- dəyəri 320 manat, sep 12 q (750 prob, üç günlükdə

2

ata-ana payı)- dəyəri 480 manat, “Allah” yazısı olan kulon 7q- dəyəri 260 manat, sep

5q (uşaq üçün nənə-baba hədiyyəsi)- dəyəri 200 manat, qolbağı 11 q- dəyəri 440

manat, sırğa brilliant qaşla- dəyəri 280 manat, brilliyant qaşlı fantaziya üzük 6 qdəyəri

660 manat olan əmlakın və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən

alınaraq ona verilməsini xahiş etmişdir.

İddia ərizəsində qeyd edilmişdir ki, tərəflər 2010-cu ilin aprel ayında ailə həyatı

quraraq evlənmişlər. Münasibətlər kəskinləşdiyi üçün onlar 2011-ci ilin noyabr ayında

ayrılmışlar. İddiaçı atası evinə qayıtmışdır. Nikaha daxil olarkən iddiaçının özü ilə

apardığı cehiz əşyaları cavabdehə məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh

küçəsi, «n» saylı evin “n” saylı mənzilində qalmışdır və onları götürmək mümkün

olmamışdır. Əmlakını tələb etməsinə baxmayaraq onlar qaytarılmamış, əksinə bəziləri

yararsız vəziyyətə gətirilmişdir.

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 23.07.2012-ci il tarixli qətnaməsi ilə

iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2,

34.1-ci maddələrinə, Mülki Məcəllənin 157.2, 225.2, 225.3-cü maddələrinə, Mülki

Prosessual Məcəllənin (MPM) 77.1-ci maddəsinə istinad etmişdir.

İddiaçının apellyasiya şikayətində rayon məhkəməsinin qətnaməsinin ləğv

edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilir.

Apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi

qanunsuz və əsassızdır, məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyət daşıyan

halların müəyyən olunması məqsədilə iddiaçı tərəfindən təqdim olunmuş şahidlər-

M.H., S.H. və Ş.İ. dindirilməmiş, qətnamə birtərəfli olaraq qarşı tərəfin şahidlərinin

ifadələri və onların birtərəfli qaydada tərtib etdikləri aktlar əsasında çıxarılmışdır.

Bundan başqa, məhkəmənin 23.07.2012-ci il tarixli iclası barədə iddiaçıya heç bir

məlumat verilməmiş, bununla da iddiaçı məhkəmədə sübutları təqdim etmək

imkanından məhrum olmuşdur. Şikayətə görə iddiaçı tərəfin iddianın təmini tədbiri

barədə vəsatəti təmin olunsa da həmin qərar vaxtında icra olunmamış, cavabdeh tərəf

iddia ərizəsində göstərilən əşyaların gizlədilməsinə nail ola bilmişdir. Məhkəmə də

ancaq cavabdeh tərəfin ailə üzvlərinin ifadələrinə və mənzildəki bəzi cehiz əşyalarının

yığıldığı bir otağa baxış keçirmişdir. Halbuki, həmin mənzil 3 otaqdan ibarətdir və

məhkəmə mənzilin bütün ərazisinə baxış keçirməli idi.

İddiaçının nümayəndəsi Ə.Ş.İ. oğlu izahatında apellyasiya şikayətinin dəlillərini

müdafiə etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız

olduğunu bildirməklə rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın

tam təmin edilməsini xahiş etmişdir.

İzahatında nümayəndə şikayətlərinin əsasən qızıl-zinət əşyaları ilə bağlı

olduğunu, iddiaçının döyülərək evdən çıxdığını, evdən çıxarkən gecə köynəyində

olduğunu, hətta uşağı da götürə bilmədiyini, sonradan gəlib uşağı apardığını

bildirmişdir.

Cavabdeh F.N. apellyasiya şikayətinin əsassız olduğunu, izahatında iddiaçının

hazırlaşıb paltarlarını yığaraq bibisi ilə evi tərk etdiyini, hətta onun nişan üzüyünü də

özü ilə apardığını, qalan əşyalarını isə sonradan onun bibisi, bacısı və qardaşının gəlib

apardığını bildirmişdir.

3

Məhkəmə Kollegiyası tərəflərin izahatlarını dinləyib apellyasiya şikayətinin

dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti

əsassızdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci

maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə

işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin

Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin

dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına

riayət etməsini yoxlayır.

İş materiallarında olan, F.N., H.N., F.N., E.N.a, E.İ. və Ə.M. tərəfindən

imzalanmış 13 noyabr 2011-ci il tarixli aktdan görünür ki, iddiaçının cavabdehin

evində kamod güzgüsüz, kamod güzgülü şkafı, tumba, 1 kravat, 1 stulu, “Beko”

markalı soyuducu və 1 ədəd yun döşəyi qalmışdır. Qalan əşyalar iddiaçının qohumları

tərəfindən aparılmışdır.

İş materiallarından görünür ki, cavabdeh F.N. iddiaçıya teleqram ünvanlamışdır

ki, həmin teleqramda iddiaçı cavabdehi xəbərdar etmişdir ki, 5 gün ərzində cehiz

əşyalarının qalığını evindən aparmazsa, 5 gün sonra əşyaları müvafiq qaydada

hakimiyyət nümayəndələrinin iştirakı ilə siyahıya alınaraq aktlaşdırılacaq və başqa

yerdə saxlanılacaqdır, həmin vaxtdan sonra əşyalarının yararsız hala düşməsinə görə

məsuliyyət daşımayacağını əvvəlcədən bildirir.

Birinci instansiya məhkəməsində cavabdeh tərəfdən şahid qismində dindirilmiş,

cavabdehin qardaşının arvadı N.E.F. qızı ifadə verərək göstərmişdir ki, keçən ilin

noyabr ayında iddiaçı evi könüllü tərk etmişdir. İddiaçı əşyalarını özü ilə apamaq üçün

hazırlıq görmüş və ona bildirmişdir ki, qızıllarını da özü ilə aparacaq. İddiaçı

otağından çıxanda o, iddiaçıdan qızıllarını götürməsini soruşmuş, iddiaçı cavabında

“götürmüşəm” demişdir.

Cavabdehin bacısı, şahid qismində dindirilmiş M.Ş.F. qızı ifadə verərək

göstərmişdir ki, qardaşı ilə iddiaçının münasibəti korlanmış və iddiaçı könüllü olaraq

evdən çıxıb getmişdir; gedərkən qızıllarını da özü ilə aparmışdır. Daha sonra

eşitmişdir ki, iddiaçının bibisigil gəlib cehizlərinin çox hissəsini aparıblar.

Cavabdehin qonşusu, şahid H.E.Ə. qızı ifadəsində bildirmişdir ki, eşitdiyinə

görə iddiaçı evdən gedəndə böyük gəlinə demişdir ki, qızıllarını özü ilə aparır.

Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh

küçəsi, ev «n», mənzil “n” ünvanına baxış keçirilmiş və müəyyən olunmuşdur ki,

mənzil 3 otaqdan ibarət olmaqla, bir otaqda iddiaçının cehiz əmlakları yerləşir. Həmin

əmlak- yataq mebelindən qalan 1 ədəd taxt (baş hissəsi olmadan), 1 ədəd kamot (3

hissəli güzgüsüz), 1 ədəd kamot (5 siyirməli); 2 ədəd 2 siyirməli tumba, 1 ədəd

“Beko” markalı soyuducu; iddia ərizəsində qeyd edilməyən çilçıraq, 1 ədəd döşək və 1

ədəd oturacaq stulu aşkar edilmişdir.

İşin hallarından görünür ki, tərəflər rəsmi nikahda olmamışlar.

Azərbaycan Respublikası MPM-nin 13-cü maddəsinə əsasən mülki-prosessual

qanunvericilik analogiyanın tətbiqinə yol verir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha

girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah

4

dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla,

fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın

ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin)

mülkiyyəti sayılır.

Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir

ki, iddia ərizəsində göstərilən əmlaklardan- baş hissəsi olmayan 1 ədəd taxt, güzgüsüz

3 hissəli 1 ədəd kamot, 5 siyirməli 1 ədəd kamot, 2 ədəd 2 siyirməli tumba və 1 ədəd

“Beko” markalı soyuducunun alınması hissə istisna olmaqla digər hissədə iddia tələbi

sübut olunmamışdır. Belə ki, iddiada göstərilən ütünun, tozsoranın, ətçəkənin,

şirəçəkənin, yataq dəstinin, pakrıvalın və nokia 5310 markalı mobil telefonun

məhkəmə baxışı zamanı cavabdehin evində qalması, habelə iddiada tələb olunan üzük

6 q- dəyəri 240 manat, sırğa 8 q- dəyəri 320 manat, kolye 18 q- dəyəri 720 manat,

qolbağı 13 q- dəyəri 520 manat, brilliant nişan üzüyü (750 prob) 6 q- dəyəri 700

manat, sırğa “Versace” 8 q- dəyəri 320 manat, üzük 750 (prob) 8 q- dəyəri 320 manat,

sep 12 q (750 prob, üçgünlükdə ata-ana payı)- dəyəri 480 manat, “Allah” yazısı olan

kulon 7q- dəyəri 260 manat, sep 5q- dəyəri 200 manat (uşaq üçün nənə-baba

hədiyyəsi), qolbağı 11 q- dəyəri 440 manat, sırğa brilliant qaşla- dəyəri 280 manat,

brilliyant qaşlı fantaziya üzük 6 q- dəyəri 660 manat olan qızıl-zinət əşyalarının

cavabdehdə qalması öz təsdiqini tapmamışdır.

Kollegiya həmçinin, qeyd edir ki, iddiaçı, qızıl-zinət əşyalarının mövcudluğunu

təsdiq edən sübutu, eləcə də qızıl-zinət əşyalarının mənşəyinə, dəyərinə, çəkisinə,

əyarına və digər fərdi əlamətlərinə dair, bu cür əşyaların cavabdehdə olmasına dair hər

hansı sübutu təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz.

İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsində ona müvafiq

sübutları təqdim etmək üçün, o cümlədən, şahidlər təqdim etmək üçün şərait

yaradılmadığını bildirmişdir. Lakin iş materiallarında iddiaçının nümayəndəsinin

məhkəmə iclasında iştirak etdiyi, onun öz tələbini sübuta yetirmək üçün hər-hansı

sübut təqdim etmədiyi aşkar görünür. Apellyasiya baxşında da iddiaçı tərəf iddiasını

əsaslandırmaq üçün yeni sübut təqdim etməmiş, şahiidlərin dindirilməsi ilə əlaqədar

vəsatət verməmişir.

İddia ərizəsində və məhkəmə iclasında iddiaçı və ya onun nümayəndəsi

tərəfindən tələb edilən əşyaların təsvirləri, onların keyfiyyət göstəriciləri, onlar

haqqında digər məlmatlar və s. haqda məlumatlar bildirilməmişdir.

Kollegiya, birinci instansiya məhkəməsində toplanmış sübutlar əsasında işə

baxaraq onlara qiymət verir.

Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab

edir ki, iddiaçı, “baş hissəsi olmayan 1 ədəd taxt, güzgüsüz 3 hissəli 1 ədəd kamot, 5

siyirməli 1 ədəd kamot, 2 ədəd 2 siyirməli tumba və 1 ədəd “Beko” markalı

soyuducu” istisna olmaqla digər hissədə istinad etdiyi halları sübuta yetirə bilməmiş,

tələb etdiyi əşyaların konkret təsvirləri, harada və nə vaxt əldə edilməsi, harada

yerləşməsi barədə sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası

MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası

kimi istinad etdiyi halları sübut etməlidir.

5

Məhkəmə, məhkəmə xərclərinə dair hissədə düzgün nəticəyə gəlmişdir.

Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə

xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid

edilir.

Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilənlər

qətnaməni qanunsuz və əsassız saymaq, habelə onu ləğv etmək üçün əsas deyildir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1,

392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

q ə t e t d i :

İddiaçı V.H.nın apellyasiya şikayəti təmin edilməsin.

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2012-ci il tarixli 2(008)-

3330/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti

verilə bilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!