24.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İş № 2(103)-5144/2012.

Azərbaycan Respublliikasıı adıından

Q Ə T N A M Ə

“22” oktyabr 2012-ci il. Bakı şəhəri

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası

Hakimlər: Saqi Əhməd oğlu Məmmədovun sədrliyi və məruzəsi ilə,

Natiq Mehdi oğlu Abbasov və Aygün Abdulla qızı Abdullayevadan

ibarət tərkibdə,

məhkəmə iclas katibi Hacıyev Ziya Əli oğlu.

İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ə.H.E. qızının,ilkin

iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı M.S.X. oğlunun və onun

nümayəndəsi B.M.İ. oğlunun iştirakları ilə,

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2196/2012 saylı 09 iyul

2012-ci il tarixli qətnaməsindən iş üzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia

üzrə iddiaçı M.S.X. oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki

işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq

m ü ə y y ə n e t d i:

İddiaçı Ə.H.E. qızı cavabdeh M.S.X. oğluna qarşı «əmlak tələbinə dair»

iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1740 manat dəyərində

olan briliyant sırğaların və üzüyün, 600 manat dəyərində olan briliyant nişan

üzüyünün, 500 manat dəyərində olan briliyant üzüyün, 450 manat dəyərində olan

briliyant üzüyün və 1500 manat dəyərində olan qızıl boyunbağının və qolbağın

alınaraq ona verilməsi və ya qeyd edilən əşyaların 4840 manat təşkil edən

dəyərinin, eyni zamanda 20 manat dövlət rüsumunun, 100 manat məbləğində

vəkil xərcinin onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş

etmişdir.

İddiaçı Ə.H.E. qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim

edərək, qeyd etmişdir ki, iddia ərizəsində sadalanan briliyant sırğaların və üzüyün

dəyəri 1500 manat olduğu halda, səhvən 1740 manat, qızıl boyunbağının və

qolbağın dəyəri 1740 manat olduğu halda, 1500 manat, briliyant nişan üzüyün

dəyəri 450 manat olduğu halda 600 manat, briliyant üzüyün dəyəri 600 manat

2

olduğu halda 450 manat kimi göstərilmişdir. Göstərilənlərin nəzərə alaraq qeyd

edilən qızıl-zinət əşyaların alınaraq ona verilməsi və ya qeyd edilən əşyaların

4840 manat təşkil edən dəyərinin, həmçinin 20 manat dövlət rüsumunun, 100

manat məbləğində vəkil xərcinin onun xeyrinə ödənilməsi barədə qətnamə

çıxarılmasını xahiş etmişdir.

M.S.X. oğlu cavabdeh Ə.H.E. qızına qarşı «əmlak tələbinə dair» qarşılıqlı

iddia ərizəsi ilə müraciət edərək, ona məxsus olan 550 manat dəyərində briliyant

qaşlı üzüyün və 300 manat dəyərində qızıl qolbağın, istifadəyə verilmiş 1500

manat dəyərində briliyant sırğalar və üzüyün (komplektin), 500 manat dəyərində

briliyant qaşlı üzüyün, müvəqqəti istifadəyə verilmiş 200 manat dəyərində İtaliya

istehsalı olan qızıl üzüyün və 1500 manat qiymətində olan qızıl qolbağın və qızıl

boyunbağının və ya göstərilən qızıl-zinət əşyaların dəyəri 3550 manat pulun

Ə.H.E. qızından alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş

etmişdir.

Ə.H.E. qızı iddia tələbini onunla əsaslandırmışdır ki, 09 sentyabr 2011-ci il

tarixdə onun cavabdeh M.S.X. oğlu ilə toyu olubdur. Onlar təqribən 5 ay

müddətində ailə münasibətində yaşamışlar. Bundan sonra münasibətləri pozularaq

ayrılmışlar. Cavabdeh nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir.

Ona məxsus olan cehiz əşyaları qaytarılsa da, ona hədiyyə kimi verilmiş qızılzinət

əşyaları cavabdeh tərəfindən ona verilməmişdir. Hətta cavabdeh onu

döyərək xəsarət yetirmiş və bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Polis

İdarəsinin İstintaq şöbəsində cinayət işi açılmışdır. İstintaq zamanı zərərçəkən

kimi ifadə verərkən qızıllarının əlindən alındığını ifadəsində təsdiq etmişdir.

Cavabdeh tərəfindən toydan əvvəl Moskva univermağından alınmış dəyəri 1500

manat olan briliyant sırğalar və üzük, dəyəri 500 manat olan briliyant üzük (nişan

mərasimi zamanı verilib), Sumqayıt şəhərindən alınmış dəyəri 450 manat olan

briliyant nişan üzük, anası tərəfindən hədiyyə edilmiş dəyəri 600 manat olan

briliyant üzük və cavabdehin nənəsi tərəfindən ona hədiyyə verilmiş dəyəri 1740

manat olan qızıl boyunbağı və qolbağ qaytarılmamışdır. Göstərilənləri nəzərə

alaraq, məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

M.S.X. oğlu qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, H.Ə. ilə

2011-ci ilin sentyabr ayında ailə həyatı qurandan sonra iddiaçının anası X.Ə.

onların münasibətlərinə davamlı olaraq qarışdığı üçün ailədə söz-söhbətlər,

mübahisələr baş verirdi. H.ın anasının evi qonşu binada yerləşir. H.Ə. anasının

müdaxiləsi və öyrətməsi nəticəsində yaşadıqları mənzildən tez-tez anasının evinə

gedərək orada qalırdı. Cavabdeh qızıl-zinət əşyalarını gəlin köçdüyü evdən aparıb

anasının evində saxlayırdı. Həmin qızıl-zinət əşyalarından ilk iddia ərizəsində 1-ci

sırada göstərilən 1500 manat dəyərində olan sırğa və üzük dəstini, həmçinin, 3-cü

sırada nişan mərasimi zamanı verilməsi qeyd edilmiş 500 manat dəyərində üzüyü

Moskva univermağından almışlar. Həmin üzük cavabdehə nişan mərasimində

yox, xınayaxdı zamanı verilmişdir. İlk iddia ərizəsində 2-ci sırada göstərilən

İtaliya istehsalı olan üzük 2007-ci ildə nənəsi V.Z. tərəfindən Sumqayıt

univermağından cəmi 200 manata alınmışdır. İlk iddia tələbində 5-ci sırada

göstərilən 1740 manat dəyərində qızıl boyunbağı və qolbağ nənəsi V.Z.yə

mərhum həyat yoldaşı Z.Ə.S. oğlundan yadigar qalmışdır. Onlar nənəsinə məxsus

olan həmin üzüyü, qızıl boyunbağını və qolbağı qarşılıqlı iddia üzrə cavabdeh

3

H.Ə.yə vermişlər ki, müvəqqəti olaraq üstündə gəzdirsin. Lakin cavabdeh həmin

qızıl-zinyət əşyalarını anasının təkidi ilə anasının evində saxlayırdı. Hətta ondan

nənəsinə məxsus olan qızıl-zinət əşyalarını geri tələb edəndə qaynanası həmin

qızılların H.ın xüsusi mülkiyyəti olduğunu və geri qaytarılmayacağını

bildirmişdir. İlk iddia ərizəsində 4-cü sırada dəyəri 600 manat kimi qeyd edilən

birilyant qaşlı üzükdən isə onun xəbəri yoxdur. Belə bir üzük onun tərəfindən

H.Ə.yə hədiyyə edilməmişdir. Sadaladığı qızıl-zinət əşyaları hazırki vaxta qədər

də cavabdehin evindədir. Göstərilənləri nəzərə alaraq, ilk iddia ərizəsinin rədd

olunmasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını məhkəmədən xahiş

etmişdir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2196/2012 saylı 09 iyul

2012-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) ilkin iddianın qismən təmin

edilməsi, cavabdeh M.S.X. oğlundan iddiaçı Ə.H.E. qızına məxsus qızıl-zinət

əşyaları olan – dəyəri 1500 manat təşkil edən briliyant sırğalar və üzük, dəyəri

200 manat olan briliyant nişan üzüyü, dəyəri 500 manat olan briliyant üzük,

dəyəri 600 manat olan briliyant üzük və dəyəri 1740 manat olan qızıl boyunbağı

və qolbağ, cəmi 4540 (dörd min beş yüz qırx) manat dəyərində qızıl-zinyət

əşyaları və ya onların dəyəri alınaraq iddiaçı Ə.H.E. qızına verilməsi, cavabdeh

M.S.X. oğlundan 50 (əlli) manat hüquqi xidmət xərci və 20 (iyirmi) manat dövlət

rüsumu vəsaitinin tutularaq iddiaçı Ə.H.E. qızının xeyrinə ödənilməsi, ilkin

iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı M.S.X. oğlunun cavabdeh

Ə.H.E. qızına qarşı «əmlak tələbinə dair» qarşılıqlı iddia ərizəsinin təmin

edilməməsi qət edilmişdir.

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı M.S.X. oğlu

apellyasiya şikayəti verərək, iş üzrə 1-ci instansiya məhkəməsi qətnaməsinin ləğv

edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin

edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı M.S.X. oğlu

apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə 1-ci instansiya

məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə

çıxarılmışdır, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün

faktiki hallar aydınlaşdırılmamışdır. Ona görə də iş üzrə 1-ci instansiya

məhkəməsi qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi,

qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş

etmişdir.

Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh,

qarşılıqlı iddia üzrə iddiaçı M.S.X. oğlu və onun nümayəndəsi B.M.İ. oğlu

apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin

edilməsini xahiş etdilər.

Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı,

qarşılıqlı iddia üzrə cavabdeh Ə.H.E. qızı apellyasiya şikayətinin dəlillərini qəbul

etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini

araşdıraraq, tərəflərin izahatlarını dinləyərək və toplanmış sübutlara məcmu

halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız

4

olduğundan təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi

dəyişdirilmədən saxlanılmalıdır.

Belə ki, iş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında

şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, iddiaçı

Ə.H.E. qızı ilə cavabdeh M.S.X. oğlu arasında 06 avqust 2011-ci il tarixdə rəsmi

nikah bağlanmış və 676 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.

İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon İcra

Hakimiyyətinin 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 13 aprel 2012-ci il

tarixli, 414 saylı arayışından görünür ki, M.S.X. oğlu Bakı şəhəri, Nəsimi rayonu,

A.Məhərrəmov küçəsi, ev «n», mənzil «n» ünvanında qeydiyyatdadır.

İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin notariat qaydasında

təsdiq olunmuş surətindən görünür ki, Ə.H.E. qızı Bakı şəhəri 5-ci mikrorayon,

A.Məhərrəmov küçəsi, ev “n”, mənzil «n» ünvanında qeydiyyatdadır.

İş materiallarına əlavə olunmuş 11 saylı hüquq məsləhətxanasının 16 aprel

2012-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ə.H.E. qızı hazırki iddia tələbi ilə

bağlı 100 (bir yüz) manat məbləğində hüquqi xidmət xərci ödəmişdir.

İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı Ə.H.E. qızı

hazırki tələblə bağlı məhkəmədə iddia qaldırılması üçün 20 (iyirmi) manat dövlət

rüsumu ödəmişdir.

İş materiallarına əlavə olunmuş ittiham aktının surətindən görünür ki, Bakı

şəhəri Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində M.S.X. oğlu barəsində

həyat yoldaşının ailə münaqişəsi zəminində döyülməsi ilə bağlı Azərbaycan

Respublikasının Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə cinayət işi

başlanılmışdır.

1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ə.X.N. qızı

ifadəsində göstərmişdir ki, o, iddiaçı H.Ə.nin anasıdır. 09 sentyabr 2011-ci il

tarixdə qızı H.Ə. ilə S.M.un toyu olmuşdur. Toydan əvvəl qızı H.Ə.yə cehiz

əmlaklar və qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Həmin qızıl-zinət əşyalarından

dəyəri 1500 manat olan briliyant sırğalar və üzük, həmçinin dəyəri 500 manat

olan briliyant üzük (nişan mərasimi zamanı verilib) Moskva univermağından onun

iştirakı ilə alınmışdır. Dəyəri 450 manat olan briliyant nişan üzüyü isə cavabdehin

dediyinə görə nənəsi tərəfindən Sumqayıt şəhərində univermaqdan alınmışdır.

Dəyəri 600 manat olan briliyant üzük isə onun tərəfindən qızına hədiyyə

edilmişdir. Dəyəri 1740 manat olan qızıl boyunbağı və qolbağı da cavabdeh S.M.

tərəfindən toydan əvvəl onun qızına hədiyyə verilmişdir. Qızı H.Ə. ilə cavabdeh

S.M. təxminən 5 ay müddətində ailə münasibətində yaşamış, sonradan cavabdeh

və onun nənəsi qızı H.Ə.ni evlərindən qovmuşlar. Cavabdeh nikahın pozulması

barədə məhkəməyə müraciət etmişdir. 2012-ci ilin fevral ayının 25 və 26

tarixlərində qızına məxsus cehiz əmlakları S.M.un evindən götürmüşlər. 25 fevral

2012-ci il tarixdə cehiz əmlakların birinci hisəssini aparan zaman, cavabdeh S.M.

və onun nənəsi V.Z., həmçinin, nənəsinin bacısı qızları və həmin qızlardan birinin

həyat yoldaşı orada olmuşlar. Həmin gün onlar arasında qızıl-zinət əşyalarının

geri tələb edilməsi ilə bağlı hər hansı söhbət olmamışdır. Yalnız səhəri gün, yəni

26 fevral 2012-ci il tarixdə cehiz əmlakların qalan hissəsini götürən zaman, qızına

hədiyyə verilmiş qeyd edilən qızıl-zinət əşyalarını ondan tələb etdikdə, cavabdeh

S.M. həmin qızıl-zinət əşyalarının sahibi olduğunu, onları geri

5

qaytarmayacaqlarını bildirmişdir. 26 fevral 2012-ci il tarixdə cavabdehin evində

ondan qızıl-zinət əşyalarını geri tələb edən zaman yalnız cavabdeh və onun nənəsi

V.Z. orada olmuşdur. Sonradan qızıl-zinət əşyalarını bir daha geri tələb edərkən

S.M. qardaşının həbsdə olduğu üçün həmin qızıllıarın onlara lazım olduğunu

bildirmişdir.

1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ə.E.C. qızı

ifadəsində göstərmişdir ki, iddiaçı H.Ə. onun qaynı qızıdır. O, H.Ə. ilə S.M.un

nişanında və toyunda iştirak etmiş, iddiaçı H.Ə.yə qızıl-zinət əşyalarının hədiyyə

edilməsinin şahidi olmuşdur. 26 fevral 2012-ci il tarixdə S.M.un evindən cehiz

əmlakların yığışdırılıb aparılmasında iştirak etmişdir. Bu zaman orada S.M. və

onun nənəsi V. xanım orada olmuşdur. Cehiz əmlaklar tam yığışdırılandan sonra

H.Ə. və onun anası X.Ə. onlardan toydan əvvəl hədiyyə verilmiş qızıl-zinət

əşyalarını tələb etdikdə S.M. həmin qızıl-zinət əşyalarının sahibi olduğunu, onları

geri qaytarmayacaqlarını bildirmişdir.

1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş F.E.E. qızı

ifadəsində göstərmişdir ki, o, iddiaçı H.Ə.nin onun anası X.Ə.nın qonşusudur. O,

H.Ə. ilə S.M.un toy mərasimində iştirak etmiş, iddiaçı H.Ə.yə qızıl-zinət

əşyalarının hədiyyə edilməsinin şahidi olmuşdur. 26 fevral 2012-ci il tarixdə cehiz

əşyalarını X.Ə.nın evinə gətirilib yerləşdirilməsində iştirak etmiş və qızıl-zinət

əşyalarının qaytarılmasını görməmişdir.

1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ə.M.M. oğlu

ifadəsində göstərmişdir ki, o, cavabdeh S.M.un nənəsi V.Z.nin bacısı qızının

əridir. Cehiz əmlakların aparılmasının birinci günü o, iştirak etmişdir. Bu zaman

H.Ə.nin hər hansı qızıl-zinət əşyalarının tələb etməsinin şahidi olmamışdır.

Əksinə mənzilin pərdəsini sökən zaman S.M.un onlara məxsus qızılları geri tələb

etməsini deməsini, nənəsi V.Z.nin isə yeri deyil deyə cavab verməsini eşitmişdir.

Növbəti gün cehiz əmlakların aparılması zamanı orada iştirak etməmişdir.

1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş Ə.Y.Ə. qızı

ifadəsində göstərmişdir ki, o, cavabdeh S.M.un nənəsi V.Z.nin bacısı qızıdır.

Cehiz əmlakların aparılmasının birinci günü o, iştirak etmişdir. Bu zaman H.Ə.nin

hər hansı qızıl zinət əşyalarının tələb etməsinin şahidi olmamışdır. Növbəti gün

qalan cehiz əmlakların aparılması zamanı orada iştirak etməmişdir.

1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş Z.S.Ə. qızı

ifadəsində göstərmişdir ki, o, cavabdeh S.M.un nənəsi V.Z.nin bacısı qızıdır.

Cehiz əmlakların aparılmasının birinci günü o, xalası V.Z.nin evində olmuşdur.

Bu zaman H.Ə.nin hər hansı qızıl-zinət əşyalarının tələb etməsinin şahidi

olmamışdır. Növbəti gün qalan cehiz əmlakların aparılması zamanı orada iştirak

etməmişdir.

1-ci instansiya məhkəməsində şahid qismində dindirilmiş Z.V.M. qızı

ifadəsində göstərmişdir ki, o, cavabdeh S.M.un nənəsidir. O, toyla əlaqədar olaraq

iddiaçı H.Ə.yə istifadə üçün qızıl-zinət əşyaları vermişdir. Cavabdeh tərəfindən

iddiaçıya 1500 manat dəyərində olan briliyant sırğalar və üzük, həmçinin 500

manat dəyərində olan briliyant üzük Moskva Univermağından alınmışdır. Digər

üzüyü isə o, özü Sumqayıt Univermağından 200 manata almışdır. Həmçinin,

mərhum həyat yoldaşından ona yadigar qalmış 1740 manat dəyərində olan qızıl

boyunbağı və qolbağını iddiaçı H.Ə.yə müvəqqəti istifadə üçün vermişdir. H.Ə.

6

isə həmin qızılları üstündə gəzdirməyərək anasıgilə aparmışdır. Toydan 7 gün

sonra iddiaçı bütün qızıl-zinət əşyalarını anasının evinə aprarmışdır. Hazırda

həmin qızıl-zinət əşyaları iddiaçı H.Ə.nin özündədir.

Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, tərəflər 06 avqust

2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflər

arasında ailə münasibətləri pozulduğundan ilk iddia ərizəsi üzrə iddiaçı H.Ə.

valideynlərinin evinə köçmüşdür. Cavabdeh S.M. ilk iddia ərizəsində 6-cı sırada

qeyd edilən 600 manat dəyərində olan briliyant üzük istisna olmaqla, digər

göstərilən qızıl-zinət əşyalarının mövcud olmasını etiraf etsə də, həmin qızıl-zinət

əşyalarının hamısının iddiaçı H.Ə. tərəfindən öz anası evinə aparıldığını

bildirmişdir. Cavabdeh S.M. ilk iddia ərizəsində 2-ci sırada 450 manat dəyərində

göstərdiyi briliyant nişan üzüyünü onun nənəsi V.Z. Sumqayıt Univermağından

200 manata almışdır. Həmin üzüyün dəyəri ilk iddia ərizəsində qeyd edildiyi kimi

450 manat deyil, cəmi 200 manat təşkil etmişdir.

Şahidlər Ə.X.N. qızının, Ə.E.C. qızının, F.E.E. qızının ifadələri ilə təsdiq

olunmuşdur ki, H.Ə. anası evinə gedən zaman özü ilə iddia ərizəsində göstərdiyi

qızıl-zinət əşyalarını aparmamış, həmin qızıl-zinət əşyaları cavabdehdə qalmışdır.

Cavabdehin nənəsi V.Z.nin ilk iddia ərizəsi üzrə iddiaçının qızıl-zinət

əşyalarını özü ilə anası evinə aparması barədə verdiyi ifadəsi həqiqətə uyğun

deyildir. Belə ki, həmin ifadə yuxarıda adları çəkilən şahidlərin ifadələri ilə

təkzib olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə

görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə

hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə

etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. (ər-arvadın hər

birinin əmlakıdır).

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin

tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri

tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinin

tələblərinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak,

habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında

aldığı əmlak onun mülkiyyətidir.

Məhkəmə kollegiyası toplanmış sübutlara tam, hərtərəfli və obyektiv

hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia ərizəsi cavabdeh M.S.X. oğlundan

iddiaçı Ə.H.E. qızına məxsus qızıl-zinət əşyaları olan – dəyəri 1500 manat təşkil

edən briliyant sırğalar və üzük, dəyəri 200 manat olan briliyant nişan üzüyü,

dəyəri 500 manat olan briliyant üzük, dəyəri 600 manat olan briliyant üzük və

dəyəri 1740 manat olan qızıl boyunbağı və qolbağ, cəmi 4540 (dörd min beş yüz

qırx) manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin alınaraq

iddiaçı Ə.H.E. qızına verilməsi, həmçinin 20 (iyirmi) manat dövlət rüsumu

vəsaitinin tutularaq iddiaçı Ə.H.E. qızının xeyrinə ödənilməsi hissəsində əsaslıdır.

Bundan başqa, ilk iddia ərizəsi vəkilə çəkilən xərcin tutulması hissəsində də

qismən əsaslıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci

maddəsinin tələblərinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi

7

yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə

alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan

tərəfə verilməsini qərara alır.

Məhkəmə kollegiyası M.S.X. oğlunun cavabdeh Ə.H.E. qızına qarşı

«əmlak tələbinə dair» qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərək hesab edir

ki, məhkəmə iclasında M.S.X. oğlu qarşılıqlı iddia tələbini əsaslandıra və bununla

bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyi üçün qarşılıqlı iddia

ərizəsi əsassızdır.

Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə

yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə

etməlidir.

Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv,

qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq

normalarına müvafiq olaraq qiymət verir.

Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş

üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə

toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü

maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və

tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü

maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə

iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi

iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul

edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamə

qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün AR MPM-nin 385-ci maddəsində

nəzərdə tutulmuş əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin

edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən

saxlanılmalıdır.

Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsində göstərilir ki,

birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan

və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv

edilə bilməz.

«Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi

Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində

göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq

əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü

bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş

üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və

mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə

müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə

qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

8

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376,

378-382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

kollegiyası

q ə t e t d i:

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı M.S.X. oğlunun

apellyasiya şikayəti təmin olunmasın.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2196/2012 saylı 09 iyul

2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən

sonra qanuni qüvvəyə minir.

Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi

gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan

Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə

bilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!