05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

2(103)-5174/2012

Azərbaycan Respublikası adından

Q Ə T N A M Ə

18 oktyabr 2012-ci il Bakı şəhəri,

Bakı Apellyasiya Məhkəməsinin

Mülki Kollegiyası

hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), Azad Nizam oğlu

İmanov və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə,

Aynur Oqtay qızı Alxanovanın katibliyi, iddiaçının nümayəndəsi P.M.A. oğlunun və

cavabdehin iştirakı ilə,

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2012-ci il tarixli qətnaməsindən

cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında

iddiaçı “B.A.” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Q.E.A. oğluna qarşı kredit

müqaviləsinin ləğvi, kredit üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin

qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq

m ü ə y y ə n e t d i:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim M.Zeynalov) 24 iyul 2012ci

il tarixli qətnaməsi ilə “B.A.” ASC-nin iddiası qismən təmin edilmiş, “B.A.” ASC

ilə cavabdeh Q.E.A. oğlu arasında bağlanmış 11 iyun 2007-ci il tarixli kredit

müqaviləsi ləğv edilmiş, həmin müqavilədən irəli gələn 4368,32 manat əsas borc,

3812 manat faiz borcu, 06 manat dəbbə pulunun və iddia qaldırılması üçün ödənilmiş

20 manat dövlət rüsumunun cavabdeh Q.E.A. oğlundan tutularaq “B.A.” ASC-nin

hesabına ödənilməsi, digər hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

Qətnamədən cavabdeh E.Q. tərəfindən apellyasiya şikayəti verilmişdir.

İşin hallarına görə “B.A.” ASC-nin 3 saylı filialı ilə Q.E.A. oğlu arasında

11.06.2007-ci il tarixdə bağlanmış 365 saylı kredit müqaviləsinə əsasən bank

tərəfindən sonuncuya 24 ay müddətinə, illik 22% hesablanmaqla 5665 manat

məbləğində kredit verilmişdir.

İddiaçı bank, cavabdeh E.Q.la bağlanmış 11 iyun 2007-ci il tarixli kredit

müqaviləsinin ləğv edilməsi, cavabdeh E.Q.dan 4368,32 manat məbləğində əsas borc,

kreditdən istifadəyə görə hesablanmış 3812 manat məbləğində faiz üzrə borc, 6683

manat cərimə və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə

iddia ilə məhkəməyə müraciət etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki,

2

cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş,

nəticədə cavabdehin banka vaxtında ödənilməmiş- 4368,32 manat əsas, 3812 manat

faiz borcu qalmış, bununla əlaqədar ona 6683 manat cərimə hesablanmışdır. Dəfələrlə

xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh kredit borcunu tam ödəməmişdir.

Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin

385.1, 386.1, 442, 445, 428.4, 449.4, 462, 465.2, 423.2, 467, 372.1, 375.1, 375.2-ci

maddələrinə istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin

etmişdir.

Cavabdeh E.Q. tərəfindən verilmiş apellyasiya şikayətində rayon məhkəməsinin

qətnaməsinin ləğv edilməsi, iddia müddəti tətbiq edilməklə və iddianın əsassız olması

səbəbi ilə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilir.

Apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və

əsassızdır, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol

vermişdir. Belə ki, cavabdeh 2007-ci ildə “Home Credit” firma mağazasından

müxtəlif adda ev əşyaları almış və həmin əşayların kredit vasitəsilə əldə edilməsinin

mümkünlüyünü nəzərə alaraq əşyaların dəyərinin müəyyən hissəsinin kredit vasitəsilə

ödənilməsi üçün iddiaçı bank ilə məhz mağazada 11 iyun 2007-ci il tarixdə kredit

müqaviləsi bağlanmış və əldə edilən əşyaların kreditin təminatı olaraq girov

qoyulması barədə eyni tarixdə cavabdehlə iddiaçı bank arasında girov müqaviləsi

imzalanmışdır. Həmçinin əldə edilmiş kreditin ödənilməsi üçün mağaza (onun sahibi)

zamin durmuş və bu barədə bank ilə mağaza arasında zaminlik müqaviləsi

imzalanmışdır. Şikayətə görə cavabdeh tərəfindən mütəmadi pul ödənişləri aralarında

olan razılaşmaya əsasən və bütün bank sənədləşmələri də mağazada aparıldığı üçün

mağazaya ödənilmiş və ödənişlər bitmişdir. Bütün bank sənədləşmələri mağaza ilə

bank arasında aparıldığı üçün cavabdeh tərəfindən banka heç bir ödəniş aparılmamış,

kredit ödənişlərini sonuna kimi mağazaya etmiş və heç bir borcu qalmamışdır. Əslində

müqavilənin bağlandığı tarixdən artıq 5 il müddət keçir və bu 5 il ərzində cavabdehin

ödəniş etmədiy aşkar edilsəydi cavabdehə hər hansı xəbərdarlıq edilər və ya əldə

edilən əşyalar iddiaçı bank ilə bağlanmış girov müqaviləsinə əsasan məhkəmə

qaydasında cavabdehdən geri göturülərdi və ya cavabdehin ödəniş etmədiyi təqdirdə

iddiaçı bank ilə adı çəkilən mağaza arasında bağlanmış zaminlik müqaviləsinə əsasən

mağazaya hər hansı xəbərdarlıq edilərdi və ya iddia irəli sürülərdi.

Şikayətə görə iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, 5 il ərzində

iddiaçının nə cavabdehə, nə də məhkəməyə heç bir tələblə müraciət etməmişdir.

Cavabdeh E.Q. izahatında bankdan pul almadığını və banka pul ödəmədiyini,

sözügedən kredit müqaviləsi üzrə ödənişləri mağazaya etdiyini, bununla bağlı bankla

mağaza arasında müvafiq müqavilənin olduğunu, bundan başqa, iddiaçının beş il

ərzində ona borcunu tələb etmədiyindən iddia müddətini ötürdüyünü bildirməklə,

qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

İddiaçının nümayəndəsi P.M.A. oğlu izahatında apellyasiya şikayətinin

dəlillərinə etiraz etməklə məhkəmənin qanuni və əsaslı nəticəyə gəldiyini bildirmiş,

şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin

dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İzahatında nümayəndə iddia

müddətinin ötürülmədiyini, bununla belə, iddia müddətinin bu münasibətlərə şamil

edilmədiyini bildirmişdir.

3

Məhkəmə Kollegiyası iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını

dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab

edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

İşin faktlki halları ondan ibarətdir ki, “B.A.” ASC-nin 3 saylı filialı ilə Q.E.A.

oğlu arasında 11.06.2007-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən

bank tərəfindən E.Q.a 24 ay müddətinə, illik 22% hesablanmaqla 5665 manat

məbləğində kredit verilmişdir.

İş materiallarına iddiaçı bankın 3 saylı filialının hesabına cavabdeh tərəfindən

09.07.2007-ci il tarixdə 290 manat, 14.08.2007-ci il tarixdə 290 manat, 04.09.2007-ci

il tarixdə 294 manat, 19.12.2007-ci il tarixdə 290 manat və 14.01.2008-ci il tarixdə

191 manat məbləğində ödənişlər edildiyini göstərən mədaxil qəbzləri əlavə edilmişdir.

İş materiallarından görünür ki, Bank tərəfindən cavabdeh E.Q.a borcunun

ödənilməsi tələbi ilə 2012-ci ilin yanvar ayında bildiriş göndərilmişdir.

Bankın arayışına görə, cavabdehin banka 4368,32 manat əsas borcu, 3812

manat faiz borcu, 6683 manat məbləğində cərimə borcu var.

İddiaçı bank 20 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən

öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti

etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və

i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin

icrasını tələb etmək hüququ vardır.

Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə

onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda,

işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş

digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445-ci maddəsinə

əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və

gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün

kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş

müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci

maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə

münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İddiaçı bildirmişdir ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün müraciət

edilməsinə baxmayaraq cavabdeh borclarını tam olaraq banka ödəməmişdir.

Cavabdeh tərəf borcunu tam ödədiyini bildirsə də bu barədə müvafiq borcların

ödənilməsinə dair qəbzləri təqdim etməmişdir.

Apellyasiya şikayətində borcun məbləğinə dair hal mübahisələndirilmir.

Cavabdeh tərəf izahatında və apellyasiya şikayətində iddia müddətinin bank

tərəfindən ötürüldüyünü bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki

Məcəlləsinin 372.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi üçün birinci instansiya

məhkəməsində ərizə də təqdim etmişdir.

İddiaçının nümayənədəsi iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsinə

etirazını bildirmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin

4

384.0.4-cü maddəsinə əsasən bankın hazırki tələbinə iddia müddəti tətbiq

edilməməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinin tələbinə

görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının

aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən

məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

Məhkəmə Kollegiyası iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi ilə

razılaşmır.

Digər tərəfdən, cavabdeh iddia müddətinin ötürülməsini onunla əsaslandırır ki,

iddiaçı 2007-ci ildən sonra (beş il ərzində) öz borcunu tələb etməmişdir. Cavabdeh

həmin vaxtdan iddia müddətinin hesablanmasını düzgün hesab edir.

Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən

icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti

bitdikdə başlanır.

İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə

müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra

etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin

tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət

bitdikdən sonra hesablanmağa başlayır.

Sözügedən kredit müqaviləsinin şərtlərində kreditorun iddia ilə müraciət

hüququna səbəb olan vaxtaşırı pozuntunun nədən ibarət olması halı nəzərdə

tutlmamışdır.

İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin

son icra müddəti 2009-cu ilin iyun ayında başa catır. Kreditor 2012-ci ilin yanvar

ayında pretenziya məktubu ilə, həmin ilin may ayında isə iddia ərizəsi ilə müraciət

etmişdir.

Ona görə də Məhkəmə Kollegiyası iddia müddətinin tətbiqinə dair cavabdehin

arqumentini əsaslı saymır və hesab edir ki, birinci instansiya məhkəməsi bu hala

müvafiq qiymət verməsə də mahiyyətcə doğru qənaətə gəlmişdir.

Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək dəbbə pulunu

azaltmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən

məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda

bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün

əsaslı mənafeləri nəzərə alınır.

Kollegiya qeyd edir ki, məhkəmə hesablanmış dəbbə pulunu tənasübsüz hesab

edərək azaltmaqda haqlı olmuşdur.

Beləliklə, Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı

qismən təmin etməklə doğru qənaətə gəlmişdir.

Kollegiya apellyasiya şikayətində göstərilənləri əsassız sayır və hesab edir ki,

şikayətdə göstərilən dəlillər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil.

Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin

qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1,

392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

q ə t e t d i :

5

Apellyasiya şikayəti təmin edilməsin.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2012-ci il tarixli 2(001)-

6204/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti

verilə bilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!