05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası adından

QƏTNAMƏ

İş № 2(103)-293/2013

18 yanvar 2013-cü il Bakı şəhəri

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası

Hakimlər Natiq Mehdi oğlu Abbasovun sədrliyi və məruzəsilə,

Aygün Abdulla qızı Abdullayeva və İsmayıl Kamil oğlu Xəlilovdan ibarət tərkibdə,

məhkəmə iclas katibi Fərid İlham oğlu Əyyubovun katibliyi ilə,

iddiaçının nümayəndəsi V.İ.Q.nın iştirakı ilə,

iddiaçı QSC “B.S.” KB-nin cavabdehlər N.Ə.H.ya, Ş.Z.oğluna, K.Ş.X.ya, X.Ş.S.ya

və T.Ş.S.a qarşıkredit borcun, faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka

predmetinə yönəldilməsi tələbinə dairmülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin

14 mart 2012-ci il tarixli qətnaməsindən qəbul olunan məhkəmə aktının

hüquqlarına toxunan E.F.H. tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə

açıq məhkəmə iclasında baxaraq

M ü ə y y ə n e t d i :

İddiaçı QSC “B.S.” KB cavabdehlər N.Ə.H.ya, Ş.Z. oğluna,K.Ş.X.ya,

X.Ş.S.ya və T.Ş.S.a qarşıkredit borcun, faizlərin,cərimənin ödənilməsi,tələbin

ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə 23 dekabr 2011-ci il

tarixdə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir.

İddiaçı qeyd edir ki, QSC ”B.S.” KB-nın S. filialı ilə cavabdeh H.N.Ə. qızı

arasında bağlanmış 30 iyul 2007-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya

24 ay müddətinə 30 faiz dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmiş,

kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi Ş.Z. oğluna

məxsus Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev prospektində istifadədə olan

0,0596 ha torpaq sahəsində yerləşən «n» nömrəli,9 mərtəbəli binada yerləşən 64,7

kv.m ümumi,46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı «n» nömrəli mənzil 30

iyul 2007-ci il tarixli 1005240707 saylı ipoteka müqaviləsi ilə yüklü

edilmişdir.Lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və

lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də borclu N.H.nın banka

17041,20 manat əsas borcu, 1808,85 manat faiz borcu, 2077,91 manat cərimə üzrə

borcu,ümumilikdə 20.927,96 manat borcu yaranmışdır.Odur ki, cavabdeh H.N.Ə.

qızından bankın xeyrinə 17.041,20 manat əsas borcun, 1808,85 manat faiz borcun,

2077,91 manat cərimə üzrə borcun,ümumilikdə 20.927,96 manat pulun, 20 manat

dövlət rüsumunun və 17.041,20 manat məbləğində əsas borcun ödənilməsi anına

kredit müqaviləsinə əsasən hesablanmalı 40 faiz cərimə məbləğinin hesablanmaqla

tutulmasını,tutmanın ipoteka ilə yüklü edilmiş Qaradağ rayonu, Sahil qəsəbəsi,

E.Quliyev prospektində istifadədə olan 0,0596 ha torpaq sahəsində yerləşən «n»

nömrəli,9 mərtəbəli binada yerləşən 64,7 kv.m ümumi,46,73 kv.m yaşayış

sahəsindən ibarət 3 otaqlı «n» nömrəli mənzilə yönəldilməsini,mənzilin açıq

hərracdan satılmasını,mənzilə tutma yönəldikdə və satıldıqdan sonra ipoteka qoyan

Ş.Z. oğlu ailə üzvləri ilə birlikdə yaşayış sahəsini ən geçi bir ay tərk etmədikdə

yaşayış sahəsindən məcburi qaydada çıxarılmalarını xahiş etmişdir.İddiaçı

tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 445.1, 445.2.1-ci

maddələrinə istinad etmişdir.

Cavabdeh N.Ə.H. birinci instansiya məhkəməsində işə baxılarkən iddianı

qismən qəbul edərək izahatında bildirmişdir ki, QSC ”B.S.” KBilə onun arasında

bağlanmış 30 iyul 2007-ci il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay

müddətinə 30 faiz dərəcəsi ilə 30.000 manat məbləğində kredit verilmişdir.Bakı

şəhəri Sahil qəsəbəsi, E.Quliyev küçəsi, «n» saylı evin, «n» saylı mənzilini qeyrirəsmi

olaraq H.E.ə satmış,aralarında olan razılaşmaya əsasən banka olan pulu da o,

ödəməli idi.

Qaradağ Rayon Məhkəməsi tərəfindən işə baxılmış və 14 mart 2012-ci il

tarixli qətnamə ilə iddia qismən təmin edilmişdir. Cavabdeh N.Ə.H.dan QSC

”B.S.” KB-nin xeyrinə 17.041,20 manat əsas borc, 1808,85 manat faiz borcu və

500 manat cərimə üzrə faiz pulu, cəmi 19370,05 manat və 20 manat ödənilmiş

dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh Ş.Z.

oğluna məxsus olan Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev prospektində

istifadədə olan 0,0596 ha torpaq sahəsində yerləşən «n» nömrəli, 9 mərtəbəli

binada yerləşən 64,7 kv.m ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı

«n» nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satışa çıxarılaraq

satılması və əldə edilmiş məbləğ yaranmış borcun ödənilməsinə yönəldilməsi,

mənzilə tutma yönəldikdən və satıldıqdan sonra mülkiyyətçi Ş.Z. oğlu və onun ailə

üzvləri H.N.Ə. qızı, X.K.Ş. qızı, S.X.Ş. qızı və S.T.Ş. oğlu yaşayış sahəsini ən geci

bir ay ərzində tərk etməklə çıxarılmasıqət edilmişdir.

Sözügedən qətnamədən cavabdehlər apellyasiya şikayəti verməmişlər.

Qətnaməqanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün icra sənədi aidiyyəti

icra şöbəsinə göndərilmişdir.

Məhkəmə prosesində iştirak etməyən, lakin hazırda qəbul edilən

qətnamənin hüquqlarına toxunan hesab edən E.F.H. adlı şəxs apellyasiya

qaydasında qətnamədən şikayət vermişdir.

Birinci instansiya məhkəməsi şikayətin verilməsi üçün buraxılmış müddəti

bərpa etmiş və işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə E.F.H.un

apellyasiya şikayəti MPM-in 357.2-ci maddəsinə müvafiq qaydadamümkün hesab

edilmişdir. Apellyasiya şikayətində tərəf qeyd etmişdir ki, mənzilin mülkiyyətçisi

mənzili etibarnamə əsasında ona satmışdır. Mənzil faktiki onun mülkiyyətidir.

Mənzil ipoteka predmeti ola bilməz. Bu səbəbdən Bankın iddiasının rədd

olunmasını məhkəmədən xahiş etmişdir.

İş üzrə iddiaçı tərəfə və cavabdehlərə apellyasiya instansiyası

məhkəməsində işin baxılması ilə bağlı qanunla müəyyən olunmuş qaydada

məlumat verilmişdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edirək

onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin

dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

Cavabdehlərə məhkəmə bildirişi yaşayış yerini dəyişməsi səbəbindən

çatdırılmamışdır. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat

zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər.

Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı

ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə

bildirişi rəsmi qaydada verilmiş hesab edilir. (MPM maddə 146)

Apellyasiya şikayəti verən şəxsə və onun nümayəndəsinə də məhkəmə

bildirişi göndərilmişdir. Nümayəndəyə göndərilmiş məhkəmə bildirişini tərəf

almışdır. Bildirişin alınması barədə poçt sənədi mülki işə əlavə olunmuşdur. Lakin

şikayət verən şəxs və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə

kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə müvafiq

olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Təfsilatı ilə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş 30 iyul

2007-ci il tarixli KMFŞ 1005240707 saylı kredit müqaviləsinin surətindən görünür

ki, QSC ”B.S.” KB N.Ə.H.ya illik 30 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə

30000 manat kredit verilmişdir.

İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş 30 iyul

2007-ci il tarixli 1005240707 saylı ipoteka müqaviləsinin surətindən görünür

ki,Ş.Z. oğluna məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev

küçəsində olan «n» saylı evin «n» saylı mənzili H.N.Ə. qızının borcuna görə

ipoteka ilə yüklü edilmişdir.Azərbaycan Respublikasının Daşınmaz əmlakın

dövlət reyestri xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın

dövlət reyestrindən seriya MH 0085351 saylı çıxarışdan görünür ki, Bakı şəhəri,

Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev prospektində istifadədə olan 0.0596

ha torpaq sahəsində yerləşən «n» nömrəli,9 mərtəbəli binada yerləşən 64,7 kv.m

ümumi, 46,73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı «n» nömrəli mənzil tam

mülkiyyət hüququ üzrə Ş.Z. oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində

484 nömrəli reyestr kitabının 44716 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ş.Z.

oğluna məxsus Bakı şəhəri, Qaradağ rayonu,Sahil qəsəbəsi, Emin Quliyev

prospekti «n», mənzil «n» QSC ”B.S.” KB-nin xeyrinə ipoteka ilə yüklü

edilmişdir. İpoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydiyyata

alınmasına dair ərizədən görünür ki,bildiriş 11 noyabr 2011-ci il tarixdə

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında

Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində dövlət

qeydiyyatına alınmışdır.

Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən aşağıdakı maddi

hüquq normalarına əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin

739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan

biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər

iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə

aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü

əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin

predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs

(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn,

pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən

hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək

hüququ vardır.

Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi

dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra

edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu

ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə

əgər müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə

daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, pebiya)

müqavilə ilə müəyyənləşdirilən ohdəliyin icra edilmədiyi və ya lazımınca icra

edilmədiyi, o cümlədən icranın gecikdirildiyi haldaborclunun kreditor ödəməli

olduğu pul məbləğidir.

Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, N.Ə.H. QSC

“B.S.” KB-dən illik 30 faiz ödəmək şərti ilə cəmi 30.000 manat kredit götürmüş,

müqavilə öhdəliyinə əməl edilməyərək təşkilata olan kredit borcunu ödəməmişdir.

Odur ki,cavabdehdən iddiaçının xeyrinə 17.041,20 manat əsas borc və 1808,85

manat faiz borcu və 500 manat dəbbə pulu tutulmalıdır.

Eyni zamanda“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun

33,36.3, 36.4-cü, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1ci

maddələrinə əsaslanaraq birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki,

iş üzrə cavabdehlər öhdəliklərini lazımınca yerinə yetirmədiyindən tələb ipoteka

predmetinə yönəldilməlidir.

Apelyatorun şikayətində göstərilən dəlillərə münasibət bildirərək məhkəmə

kollegiyası qeyd edir ki, iş materiallarında mübahisəli mənzilin atılması barədə heç

bir sübut yoxdur. İşdə iştirak edən şəxslərin izahatından da mənzilin satılması

görünmür. Bu halda “birinci instansiya məhkəməsi tərəfindən E.H.un işə cəlb

edilməməsi” kimi dəlillər əsassızdır.

Bundan başqa “mənzilin satılması” kimi apelyatorun dəlillərini

araşdırarkən məhkəmə müəyyən edir ki, mənzil ipoteka ilə yüklü edildiyi halda

onun satılması mümkünsüzdür.Mülkiyyət hüququnun əhəmiyyətli elementlərindən

biri olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun,

vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Əmlaka dair sərəncam

hüququ əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin

edilmiş imkanıdır. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq

daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan

daşınar əşyaların girovudur. Mülki Məcəllənin 269-cu maddəsində girov və

ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ

ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni

zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin

icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının

məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara əşya hüquqlarının

məhdudlaşdırılmasıdır. Mülki Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da

girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə

qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

Girov və ipoteka girov qoyanın girov saxlayan qarşısında əsas öhdəliyinin icrasının

təmin edilməsi üçün əlavəəşya hüququdur. Əşyaya girov və ipoteka hüququ əşyaya

mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.

Məhkəmə kollegiyası apelyatora izah edir ki, mənzilin alqı-satqısı yalnız

notariat qaydada baş verdiyi halda həmin alqı-satqı əsasında dövlət reyestrində

mülkiyyət hüququ qeydə alına bilər. Tərəflər arasında daşınmaz əmlakın alqısatqısı

barədə bağlanmış, lakin notariat qaydda təsdiqlənməmiş əqdi mülki

qanunvericilik tanımır. Yalnız qannvericilik ilə müəyyənləşdirilmiş əqd qanuni

hesab oluna bilər. Belə olan halda məhkəmə kollegiyası apelyatorun şikayətini

əsasız hesab edir.

Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin

apellyasiya dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Qaradağ Rayon

Məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri

baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli

məhkəmə araşdırmasını təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası

Azərbaycan Respublikası MPM-in 384-cü maddəsində müəyyən olunmuş

səlahiyyətinə əsaslanaraq hesab edir, qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti

isə təmin edilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası

Q ə t e t d i :

Apellyasiya şikayəti təmin edilməsin.

Hazırkı iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul

olunmuş 14 mart 2012-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın.

İşdə iştirak edən şəxslər qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay

müddətində ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan

Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə

bilər.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!