05.04.2013 Views

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

PDF format - Bakı Apellyasiya Məhkəməsi

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İş № 2-1(103)-231/09

Q Ə R A R D A D

29 aprel 2009-cu il Bakı şəhəri

Bakı Apellyasiya Məhkəməsinin İqtisadi Mübahisələrə Dair İşlər Üzrə Kollegiyası,

Hakimlər Səriyyə Seyid qızı Seyidovanın sədrliyi ilə (məruzəçi),

Sərvət Qeybəli oğlu Hüseynov və Mirzəli Əbdüləli oğlu Abbasovdan ibarət

tərkibdə,

Məhkəmə iclas katibi Sevinc Mehman qızı Məmmədova

İddiaçı- “Aztelekom” İstehsalat Birliyinin, nümayəndəsi- Sultanov Mehman

Faziləddin oğlu, Əzizov İmanqulu Ağakərim oğlu

Cavabdeh- “AzEurotel” Birgə Müəssisəsinə- nümayəndəsi Hacalıyev Adil

Hacalı oğlu

qarşı 1050 453,77 manat əsas borc, 20053,76 manat dəbbə pulu və 20 manat

ödənilmiş dövlət rüsumunun, cəmi 1070 527,14 manat pulun alınıb “Aztelekom”

İstehsalat Birliyinin hesabına ödənilməsi, “AzEurotel” Birgə Müəssisəsinə “Azteleom”

İstehsalat Birliyindən başqa digər tərəfdən beynəlxalq tranzit giriş-çıxış trafikinin

mübadiləsinə qadağa qoyulması barədə iddia tələbi və AzEurotel” Birgə Müəssisəsinin

“Aztelekom” İstehsalat Birliyinə qarşı 2796 800 manat maddi zərərin və işgüzar

nüfuza dəyən zərərlə bağlı 1 000 000 manatın ödənilməsi və arabağlantılarla bağlı

məhdudiyyətin aradan qaldırılması barədə qarşılıqlı iddiasına dair iş üzrə 1 saylı Bakı

Yerli İqtisad Məhkəməsinin (hakim T.Əsədova ) 2-(82)-636/2009 saylı, 16 mart 2009-cu

il tarixli qərardadından “AzEuroTel” Birgə Müəssisəsinin verdiyi şikayətə 29 aprel

2009-cu il tarixdə Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə, Bakı Apellyasiya

Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,

MÜƏYYƏN ETDİ:

İddiaçı – “ Aztelekom” İstehsalat Birliyi iddia ərizəsi ilə 1 saylı Bakı Yerli İqtisad

Məhkəməsinə müraciət edərək, cavabdeh “AzEurotel” Birgə Müəssisəsindən

1.050.453,77 manat əsas borc, 20.053,76 manatdəbbə pulu və 20 manat ödənilmiş dövlət

rüsumunun-cəmi 1.070.527,14 manat pulun alınıb “Aztelekom” İstehsalat Birliyinin

hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Sonradan “Aztelekom” İB iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçının xeyrinə

1.050.453,77 manat əsas borcun, 20.053.76 manat dəbbə pulunun, 20 manat ödənilmiş

dövlət rüsumunun, cəmi 1.070.527,14 manat pulun tutulması və eyni zamanda

“Aztelekom” İB-dən başqa digər tərəfdən beynəlxalq tranzit giriş-çıxışı trafikinin

mübadiləsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

“AzEurotel” Birgə Müəssisəsi “ Aztelekom” İstehsalat Birliyinə qarşı qarşılıqlı

iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2796.800 manat dəyən maddi zərərin və

işgüzar nüfuza dəyən zərərlə bağlı 1.000.000 manatın ödənilməsi, arabağlantılarla bağlı

məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş

etmişdir.

Qarşılıqlı iddia üzrə iddiaçı “AzEuroTel” BM-in nümayəndəsi A.Hacalıyev

məhkəməyə ərizə ilə müraciət edərək iddiaya baxılıb qurtarandək iddianın təmini tədbiri

olaraq “Aztelekom” İB-ni “Kapitalbank”ın, “Tərəqqi” və “Rabitə ” filiallarındakı,

Azərbaycan Respublikası Beynəlxalq Bankındakı və “Azdəmiryolbank”dakı bank

hesablarına məhkəmə tərəfindən həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş

etmişdir.

1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2 (81)-636/2009 saylı, 16 mart 2009-cu il

tarixli qərardadı ilə “AzEuroTel” BM –in ərizəsi təmin edilməmişdir.

Həmin qərardaddan narazı qalan “AzEuroTel” BM-in nümayəndəsi A.Hacalıyev

şikayət ərizəsi ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edərək, qərardadın

ləğv edilməsini xahiş etmişdir.

1 saylı Bakı Yerli İqtisad Məhkəməsi 02 aprel 2009-cu il tarixli qərardadı ilə

şikayəti təmin etməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə

göndərmişdir.

Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-231/2009 saylı, 16.01.2009-cu il tarixli

qərardadı ilə işə baxılması 28.04.2009-cu il tarixə təyin edilmişdir.

“AzEuroTel” BM-nin nümayəndəsi öz şikayətini onunla əsaslandırmışdır ki, 1

saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-636/2009 saylı, 23.02.2009-cu il tarixli

qərardadı ilə iddianın təmin etmə tədbiri kimi işə mahiyyəti üzrə baxılıb qurtaranadək

“AzEuroTel” Birgə Müəssisəsinin “Rabitəbank” SKB-də, “Azəriqazbank”da,

“Unibankda”, Azərbaycan Respublikası Beynəlxalq Bankında, Nikoyl Bankda olan bank

hesablarına 1.070.527 manat həddində həbs qoyulmuş və “AzEuroTel” BM-nə

“Aztelekom” İB-dən başqa digər tərəfdən Beynəlxalq trafikin gətirilməsinə qadağan

qoyulmuşdur, sonradan həmin qərardad qismən ləğv edilsə də, müvafiq hesablara

qoyulmuş həbslər qüvvəsində qalmışdır. “AzEuroTel” BM məhkəmə prosesində

“Aztelekom” İB-nin “Kapitalbank”ın “Tərəqqi” və “Rabitə” filiallarındakı, Azərbaycan

Respublikası Beynəlxalq Bankındakı və “Azdəmiryolbank”dakı bank hesablarına

məhkəmə tərəfindən həbs qoyulması barədə ərizə ilə müraciət etsə də, məhkəmə bu

ərizəni təmin etməmişdir. “AzEuroTel” BM-nin qarşılıqlı iddia ərizəsində də 3.796.800

manat məbləğində pul tələbinin öz əksini tapdığını və bu səbəbdən də məhkəmənin

analoji qaydada iddianı təmin etmə tədbiri barədə ərizəni təmin etməli olduğunu,

məhkəmə tərəfindən MPM-nin 8-ci maddəsinin tələblərinin pozulduğunu qeyd edən

şikayətçi qərardadın ləğv edilməsini xahiş etmişdir.

“AzEuroTel” BM-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında

şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

“Aztelekom” İB-nin nümayəndələri məhkəmə iclasında verdikləri izahatlarında

şikayətin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini, qərardadın

dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər.

Məhkəmə məruzəçi hakimin məruzəsini, tərəflərin nümayəndələrinin izahatını

dinləyərək, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qərara gəlir ki, birinci

instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət təmin

edilməməlidir.

Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı iddianın təmin edilməsi barədə ərizəsini onunla

əsaslandırmışdır ki, “AzEuroTel” BM tərəfindən “Aztelekom” İB-nə qarşı qarşılıqlı

iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2796.800 manat maddi zərərin və işgüzar

nüfuza dəyən zərərlə bağlı 1.000.000 manatın ödənilməsi və arabağlantılarla bağlı

məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş

etmişdir. Bu mübahisə üzrə qətnamə qəbul edilənədək “Aztelekom” İB-nin

“Kapitalbank”ın “Tərəqqi” və “Rabitə” filiallarındakı, Azərbaycan Respublikası

Beynəlxalq Bankındakı və “Azdəmiryolbank”dakı bank hesablarına məhkəmə tərəfindən

həbs qoyulması məhkəmənin “AzEuroTel” BM –nin iddiasını təmin etdiyi təqdirdə

qətnamənin icrasını təmin edə bilər.

Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak

edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər.

Birinci instansiya məhkəməsi “Aztelekom” İB-nin Azərbaycan Respublikasındakı

rabitə sahəsində fəaliyyət göstərən çoxsaylı operatorlar arasında olan arabağlantılarını və

beynəlxalq giriş-çıxış trafikini tənzimləyən dövlət idarəsi olmasını, Respublika

səviyyəsində fəaliyyət göstərən həmin dövlət idarəsinin banklardakı hesablarına həbs

qoyulmasının həmin idarənin işinin iflic vəziyyətinə düşməsinə və bunun da

ümumrespublika səviyyəsində rabitə sahəsinin tənəzzülə gətirib çıxara bilməsinə

əsaslanaraq ərizəni təmin etməmişdir.

Apellyasiya kollegiyası qarşılıqlı iddia üzrə iddiaçının iddianı təmin etmə tədbiri

barədə ərizəsinin təmin edilməsinin Aztelekom” İB-nin fəaliyyətinə maneçilik

törətməklə, qarşılıqlı iddianın rədd ediləcəyi təqdirdə dəyə biləcək ziyanın həcminin

böyüklüyünü və onun nəticələrinin aradan qaldırılmasının mükünsüzlüyünü nəzərə

alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

Belə ki, AR MPM-nin 164-cü maddəsinə əsasən iddianın rədd edilməsi haqqında

qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar

məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb

etməyə haqlıdır.

“Aztelekom” İB-nin bank hesablarına həbsin qoyulması isə ümumrespublika rabitə

sahəsinə aradan qalıdırılması mükün olmayan zərərin vurulmasına səbəb ola bilər.

Qeyd edələnlərə əsasən apellyasiya kollegiyası hesab edir ki, iddiaçının şikayətində

göstərdiyi xüsusatlar qərardadın ləğvi üçün əsas ola bilməz.

Göstərilənlərə əsasən, məhkəmə belə hesab edir ki, 1 saylı Bakı Yerli İqtisad

Məhkəməsinin 2-(82)-636/2009 saylı, 16 mart 2009-cu il tarixli qərardadı qanuni və

əsaslı olduğuna görə dəyişdirilmədən saxlanılaraq, “AzEuroTel” Birgə Müəssisəsinin

verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir.

Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 405-ci

maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDI:

1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(82)-636/2009 saylı, 16 mart 2009-cu il

tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

“AzEuroTel” Birgə Müəssisəsinin şikayəti təmin edilməsin.

Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə

Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə

Məhkəmə Kollegiyasına kassasiya şikayəti vermək olar.

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!